29 Dekabr 2021 02:02
1254
CƏMİYYƏT
A- A+
Əməkdar jurnalist Əhməd İsayev əbədiyyətə qovuşub

Əməkdar jurnalist Əhməd İsayev əbədiyyətə qovuşub

 

Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tanınmış yazıçı-publisist Əhməd İsayev dekabrın 26-da Bakı şəhərində dünyasını dəyişib.

Əhməd Məmməd oğlu İsayev 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra əmək fəaliyyətinə başlayıb, kənd klubunda müdir işləyib. 1959-1965-ci illərdə Azərbaycan Dövlət Universitetində ali təhsil alıb. 1963-cü ildən “Kommunist” (indiki “Xalq qəzeti”) qəzeti redaksiyasında işə başlayıb, ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. 1970-1990-cı illərdə bu qəzetin Gəncə-Qazax bölgəsi üzrə xüsusi müxbiri işləyib. 1990-1991-ci illərdə “Respublika” qəzetinin təşkilatçısı və ilk baş redaktoru olub. Sonrakı illərdə “Həyat” və “Səhər” qəzetlərində fəaliyyət göstərib. 1995-2015-ci illərdə “Azərbaycan” qəzetini Gəncəbasarda bölgə müxbiri kimi təmsil edib.

Yaradıcı həyatını bütünlüklə jurnalistikaya və ədəbi fəaliyyətə həsr etmiş Əhməd İsayev 1957-ci ildən mətbuatda ilk yazıları ilə çıxış etmiş, qələmi püxtələşdikcə bədii sənədli publisistikaya, tarixi mövzularda tədqiqata üstünlük verib. 2 minədək qəzet və jurnal məqaləsinin, 30-dan artıq kitabın müəllifidir. “Yeniliyin sorağında” adlı ilk kitabı 1967-ci ildə işıq üzü görüb. “Biz yanmasaq”, “Sevgi saxladı bizi”, “Üsyan”, “Gəncədən ucalan yol”, “Səni kim unudar?”, “İlisu Sultanı Daniyal bəy” kimi kitabları Əhməd İsayevi yetkin publisist və tədqiqatçı kimi tanıdıb. “Gəncə və gəncəlilər” tarixi-sənədli əsəri isə müəllifə geniş populyarlıq qazandırıb, müxtəlif illərdə 4 dəfə nəşr olunub.

İstedadlı və məhsuldar qələm sahibi olan Əhməd İsayev 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Onun ssenarisi ilə 1985-ci ildə Leninqradda “Cəbhədən məktublar” sənədli filmi çəkilib. Yazıçının “Boş barılar” pyesi 1988-ci ildə Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Əhməd İsayev dəfələrlə yaradıcılıq müsabiqələrinin qalibi olub. 1986-cı ildə keçmiş SSRİ-nin Jurnalistlər İttifaqı onu “İlin ən yaxşı jurnalisti” elan edib. Moskvada çıxan “Jurnalist” jurnalının 3 dəfə xüsusi diplomunu alıb. Nüfuzlu “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Ustad jurnalist”, “Araz” mükafatlarına layiq görülüb. Respublika Ziyalılar Cəmiyyəti onun adını “XX əsrin fəxri ziyalısı” siyahısına daxil edib. Tanınmış tədqiqatçı jurnalistə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının fəxri doktoru adı verilib.

Ölkənin media həyatında daim fəal iştirak etmiş Əhməd İsayev rəsmi nümayəndə heyəti və jurnalist qrupları ilə Türkiyədə, Yunanıstanda, Fransada, Bolqarıstanda, İngiltərədə səfərlərdə olmuşdu. İtaliyada “Unita” qəzetinin festivalında və Misirdə beynəlxalq media təlimində Azərbaycanı təmsil etmişdi. Milli-mənəvi dəyərlərimizə dərindən bağlı olan jurnalist 1999-cu ildə Səudiyyə Ərəbistanında Həcc ziyarətində olmuşdu. Nüfuzlu ziyalı Əhməd İsayev uzun illərdən bəri “Gəncə və gəncəlilər” Xeyriyyə Cəmiyyətinə rəhbərlik etmişdi.

Respublikamızda “Əməkdar jurnalist” adına layiq görülmüş ilk qələm sahiblərindən biri Əhməd İsayev idi. O, “Rəşadətli əməyə görə” və “Tərəqqi” medalları ilə təltif edilmişdi. 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Azərbaycan jurnalistikasının adlı-sanlı yetirmələrindən biri və zəngin yaradıcılıq irsi olan Əhməd İsayevin nurlu xatirəsi daim onu tanıyan çoxsaylı insanların qəlbində yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Azərbaycan Mətbuat Şurası

Ahıl Jurnalistlər Məclisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!