Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1.
"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə
1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699,
710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə
579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109;
2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr
608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə
1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə
2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr
1374, 1382; Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1685-VQD nömrəli
Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 6-1-ci
maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"Təyin edilmiş
əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə
bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab
edilir.”;
1.2. Aşağıdakı
məzmunda 14.4-cü maddə əlavə edilsin:
"14.4. Bu
Qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış
əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği "Sosial müavinətlər
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ailə başçısını itirməyə
görə sosial müavinətin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin
hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə
sosial müavinət almaq hüququna malikdir.”.
Maddə 2. Bu
Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 noyabr 2019-cu il