10 Dekabr 2023 10:35
1166
CƏMİYYƏT
A- A+
Elin Nicatı

Elin Nicatı

 

30 ildən çoxdur məmləkətimizin hər yerində elə bulaqlar çağlayır ki, bir ovuc suyu təkcə susuzluq təşnəsini sirab eləmir, eyni zamanda qan, gen yaddaşını quraqlıq çəkməyə qoymur, vətənə məhəbbət duyğularını suvarır… 
Bunlar, əlbəttə, torpaqlarımızın azadlığı, dövlət suverenliyi və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban verən qəhrəman övladlarımızın şərəfinə tikilmiş "Şəhid bulağı" xatirə kompleksləridir. Zaqatalanın Muğanlı kəndinin sakinləri də neçə müddətdir ki, şəhid Nicatın doğulub böyüdüyü ev, uyuduğu məzar qədər əziz, müqəddəs olan bulağın başına toplaşır, mərmər lövhədən boylanan məsum gəncə baxır, kövrək xatirələrini bölüşürlər.         
Xəlilli Nicat Əli oğlu 1994-cü il dekabrın 9-da dünyaya göz açıb. Ailənin sonbeşiyi idi. Orta məktəbi bitirib müxtəlif sahələrdə, əsasən də mebel sexində işləmişdi. Harada çalışmasından asılı olmayaraq, arzusu Vətən torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxmaq idi. Bu arzu ilə 2013-2014-cü illərdə Milli Ordu sıralarında həqiqi hərbi xidmət keçdi, yüksək döyüş hazırlığına və bacarığına görə dəfələrlə komandanlıqdan təşəkkürlər, fəxri fərmanlar aldı. Qardaşı Nihad da, bacısı Nərmin də ailə qurub oğul-uşaq sahibi olmuşdular. Növbə Nicata çatanda müxtəlif bəhanələrlə vaxtı uzadır, evlənməyi təxirə salırdı. 
Bu gündən dünənə - Vətən savaşımızın başladığı 2020-ci ilə baxanda, doğrudan da, heyrətamiz hadisələrə şahidlik edirik. Xüsusən də heç vaxt Qarabağı görməyən gənclərimizdə işğalla barışmazlıq əhvali-ruhiyyəsi elə aşıb-daşırdı ki, heyrətlənməmək mümkün deyil. İkinci Qarabağ müharibəsi başlayanda şir biləkli oğullarımız dəstə-dəstə səfərbərlik idarələrinə, çağırış məntəqələrinə axışır, silaha sarılaraq vətənin müdafiəsində dayanmaq, işğalçıları müqəddəs ərazilərimizdən qovub çıxarmaq istəklərini bildirdilər. Birinci Qarabağ savaşında 8 şəhid verən Muğanlının cəsur övladları da  vətənpərvərlər dalğasının özəyində idilər. Sentyabr ayında kənd əhli 50-dən çox könüllüsünü ordu sıralarına yola saldı. Onların içərisində Nicat Xəlilli də vardı...
Şəhidimizin valideynləri Əli ata da, Bəsti ana da sadə, əliqabarlı, vüqarlı insanlardır. Oğul itkisi qamətlərini büksə də, təmkinlərini, qürurlarını qoruyub saxlaya biliblər. Nicatın qəlbinin Vətən məhəbbəti ilə döyündüyünü, erməni qatillərinin xalqımızın başına gətirdikləri zülmləri - Xocalı, Daşaltı, Başlıbel faciələrini, əsirlikdəki qız-gəlinlərimizə verilən işgəncələri xatırlayanda çox sarsıldığını söyləyirlər. Əli kişi deyir: "Bizdən gizlicə gedib orduya yazılmışdı. Səfərbərlik idarəsinə telefon nömrələri qoyubmuş, hər gün işdən evə dönəndə onunla əlaqədar zəng gəlib-gəlmədiyini soruşardı. İşin əsas məğzini sonradan bilmişik, cəbhəyə yola düşəndə də elə bil uçurdu. Tək subayımız o qalmışdı, evləndirmək istəyirdik, həmişə toydan söhbət düşəndə "bir az da gözləyin" deyirdi. Sən demə, oğlumuzun ürəyində başqa istək varmış - Azərbaycanın işğaldakı ərazilərini azad görmək eşqi… Təki Vətən sağ olsun!"
Düşmənin xain təxribatlarına layiqli cavab verən Azərbaycan Ordusu sentyabrın 27-dən etibarən bütün cəbhəboyu əks-hücuma keçmişdi. İki gün sonra - ayın 29-da Nicatın arzusu çin oldu, evlərinə zəng, ardınca çağırış vərəqəsi gəldi. Yol yoldaşları söyləyirlər ki, Nicat elə sevinir, deyib-gülürdü ki, sanki toya hazırlaşırdı. Toplanış məntəqəsində kəşfiyyat bölüyündə xidmət etmək istəyini israrla bidirirdi. Onu bu arzudan çəkindirməyə çalışanlara "Bura seçim yeri deyil, yaxşı topçuyam, atıcıyam, indi də yaxşı kəşviyyatçı olacağam. Şərait nə tələb edirsə, yerinə yetirməyə borcluyuq" qətiyyəti göstərirdi. 
Sentyabrın 30-dan ön xətdə döyüşlərə girdi. Kəlbəcər, Ağdam, Ağdərə, Goranboy rayonlarının düşmən tör-töküntülərindən təmizlənməsində fəal iştirak etdi. Rəşadətli ordumuzun hücumları qarşısında qorxaq, aciz ermənilərin atıb qaçdığı neçə-neçə hərbi texnika döyüş meydanında qalmışdı. Oktyabrın 9-da bölük Goranboyun Gülüstan kəndi istiqamətində döyüşə başladı. Nicat və onun Şamaxı şəhərindən olan iki döyüşçü dostu həmin qənimətləri daşıyıb gətirirdilər. Güllə yağışı altında reallaşan 3-cü reysdə mərmi lap yaxınlıqda, qarşılarında partladı və igidlərimiz həlak oldular. 
Dekabrın 9-da 29 yaşı tamam olan Nicatın Vətən, xalq yolundakı qəhrəmanlıqları dövlət tərəfindən yüksək qiymətləndirilib, müvafiq sərəncamlarla "Vətən uğrunda", "Suqovuşanın azad edilməsinə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. 

Qurban MƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!