15 Oktyabr 2024 02:24
2014
Fərmanlar
A- A+
"Elektron su təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

"Elektron su təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Elektron su təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 131 (Cild I); 2024, № 3, maddə 252, № 6 (I kitab), maddə 654) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə üzrə:

1.1. birinci abzasda "Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri "Dövlət Su Ehtiyatları Agentliyi" sözləri ilə əvəz edilsin;

1.2. 2.1-ci bənddən "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə" sözləri çıxarılsın və həmin bənddə "təşkili" sözü  "təkmilləşdirilməsi" sözü ilə əvəz edilsin.

2. 4-cü hissədə "Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti" sözləri "Dövlət Su Ehtiyatları Agentliyi" sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş "Elektron su təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə" üzrə:

3.1. aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:

"1.6. ESTİS-in sahibi və operatoru Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.";

3.2. 2.1.3-cü və 2.1.4-cü yarımbəndlər ləğv edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 oktyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qarabağ” iqlim dəyişikliyi ilə mübarizədə futbol klublarının birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib  

16:01
12 Noyabr

COP29 tədbirində beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlər müzakirə olunacaq  

16:00
12 Noyabr

“Green Belt” şirkətlər qrupunun prezidenti: COP29 iqlim məsələlərində hamını birləşməyə sövq edir  

15:59
12 Noyabr

ABŞ Prezidentinin köməkçisi: COP29-un həqiqətən vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük

15:56
12 Noyabr

Bakıda COP29 sammiti: İqlim dəyişikliyi ilə mübarizə üçün daha çox pul tapılacaqmı?  

15:53
12 Noyabr

Prezident İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb

15:48
12 Noyabr

Afrikalı iştirakçı: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ekoloji dayanıqlılıq mövzusunda nümunəvi addımlar atdığını bir daha təsdiqləyir  

15:47
12 Noyabr

COP-29-da 60-dan çox dövlət öz pavilyonlarını təqdim edib  

15:46
12 Noyabr

COP29 başladığı gün ilk uğuruna imza atıb

15:45
12 Noyabr

Efiopiya Prezidenti: Ümid edirik ki, COP29-da məqsədlərimizə nail olacağıq 

15:44
12 Noyabr

Braziliyalı nümayəndə: Bakıda keçirilən COP29-da iştirak ölkəmiz üçün böyük təcrübədir  

15:33
12 Noyabr

Prezident: İkili standartlar və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib

15:31
12 Noyabr

Baş nazir Əli Əsədov COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib  

15:30
12 Noyabr

Senator Rubio ABŞ-nin dövlət katibi vəzifəsinə namizəddir

15:23
12 Noyabr

Baş direktor: Ələt limanının 2-ci fazasında Avropaya gedən yüklərin çoxu konteynerləşəcək

15:22
12 Noyabr

Antonio Quterreş: İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidir  

15:21
12 Noyabr

Baş nazir Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb  

15:21
12 Noyabr

“Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib - YENİLƏNİB

15:20
12 Noyabr

Baş nazir Əli Əsədov İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib  

15:18
12 Noyabr

Saymon Stil nikbindir və COP29-un uğuruna əmindir 

15:12
12 Noyabr

Sabah üçün hava proqnozu açıqlanıb

15:06
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!