23 Sentyabr 2022 17:52
663
İQTİSADİYYAT
A- A+

Elektrik və hibrid mühərrikli avtomobillər üçün kredit qaydaları açıqlanıb

 

Məlum olduğu kimi, 2021-ci il dekabrın 29-da “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi” (Yol Xəritəsi) təsdiqlənib. Yol Xəritəsi ilə Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin olunması, bu sahədə aidiyyəti normativ aktlara dəyişikliklərin edilməsi və Azərbaycan Banklar Assosiasiyası vasitəsilə geniş təşviq olunması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, tədbirlərin icrası istiqamətində Mərkəzi Bank tərəfindən “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair” Qaydalarda müvafiq dəyişikliklər edilərək elektrik mühərrikli və hibrid avtomobillərə verilən kreditlər üzrə borcalanlar tərəfindən ödənilməli olan ilkin ödənişlərlə bağlı diferensial yanaşma tətbiq olunub. Ekoloji təmiz avtomobillərdən istifadənin stimullaşdırılması məqsədilə mühərrik növündən (elektrik, hibrid, yanacaq) və istehsal ilindən asılı olaraq avtomobillər üzrə yeni requlyativ tələblər müəyyənləşdirilib, habelə qüvvədə olan qaydada avtomobilin qiyməti üzrə limit tələbi ləğv edilib. İstehsal müddəti 3 ilədək olan elektrik mühərrikli avtomobillər üçün ilkin ödəniş minimum 10 faiz (kredit təminata nisbəti maksimum 90 faiz), 3 ildən yuxarı istehsalı olan elektrik mühərrikli avtomobillər üçün ilkin ödəniş minimum 40 faiz (kredit təminata nisbəti maksimum 60 faiz) müəyyən olunub. Hibrid mühərrikli avtomobillər üçün isə istehsal müddəti 1 ilədək, 1-3 il və 3 ildən yuxarı olan avtomobillər üçün ilkin ödəniş müvafiq olaraq minimum 20 faiz, 40 faiz və 50 faiz müəyyənləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video