13 Fevral 2026 11:12
595
CƏMİYYƏT
A- A+
Ekspert: Süni intellekt üzrə data mərkəzləri kibertəhlükəsizlik və startap ekosistemi üçün yeni imkanlar açır

Ekspert: Süni intellekt üzrə data mərkəzləri kibertəhlükəsizlik və startap ekosistemi üçün yeni imkanlar açır

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və müdafiə əməkdaşlığı prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Sənəddə AI data mərkəzlərinin inkişafı, texnologiyaların mühafizəsi və könüllü ötürülməsi, mühüm infrastrukturun qorunması, eləcə də hökumətlərarası və dövlət-özəl tərəfdaşlıq mexanizmlərinin yaradılması xüsusi vurğulanır. Bu çərçivədə kibertəhlükəsizlik məsələsi həm iqtisadi-rəqəmsal transformasiyanın, həm də milli təhlükəsizliyin əsas komponentlərindən biri kimi ön plana çıxır. Süni intellekt üzrə data mərkəzlərinin yaradılması ölkənin texnoloji inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Rəşad Əliyev bildirib.

Onun sözlərinə görə, elə yüksək texnologiyalı avadanlıqlar var ki, onların satışı və ölkəyə gətirilməsi yalnız dövlət səviyyəsində xüsusi icazələr əsasında mümkündür. “Xüsusi çiplərlə təchiz olunmuş süni intellekt superkompüterləri ölkəyə gətirildiyi təqdirdə, onların əsasında müxtəlif AI modelləri hazırlamaq olar. Bu modellər təkcə mülki sahələrdə deyil, eyni zamanda kibertəhlükəsizlik istiqamətində də tətbiq edilə bilər. Xüsusilə müdafiə, simulyasiya və müxtəlif testlərin aparılması baxımından bu imkanlar olduqca faydalıdır”, – deyə ekspert vurğulayıb.

Ekspert qeyd edib ki, texnologiya sahəsində ABŞ-ın böyük təcrübə və potensiala malik olması bu əməkdaşlığa əlavə dəyər qazandırır. “Fikir və təcrübə mübadiləsi aparılarsa, ölkədə bu sahədə fəaliyyət göstərən kadrların peşəkar inkişafı da sürətlənər. Eyni zamanda, yeni məhsulların və startapların formalaşması üçün real imkanlar yaranar”, – deyə o əlavə edib.

Ekspertin fikrincə, ekosistemin dayanıqlılığının artırılması üçün yeni texnoloji məhsulların və startapların inkişafına sistemli dəstək vacibdir. “Amerika bazarına çıxış imkanları, eləcə də bu sahədə fəaliyyət göstərən startaplar və şirkətlər arasında fikir və məlumat mübadiləsi daha dayanıqlı və rəqabətqabiliyyətli məhsulların ortaya çıxmasına səbəb olacaq. Bu isə gələcəkdə sahə üzrə yaranacaq çağırışlara cavab vermək, tövsiyə və həll mexanizmləri formalaşdırmaq baxımından mühüm üstünlüklər yaradır”, – deyə Rəşad Əliyev bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!