16 Noyabr 2025 10:17
602
SİYASƏT
A- A+
Ekspert: Azərbaycanda müasir silahlarla təchiz olunmuş ordu yaratmaq istiqamətində mühüm addımlar atılır

Ekspert: Azərbaycanda müasir silahlarla təchiz olunmuş ordu yaratmaq istiqamətində mühüm addımlar atılır

Son illərdə dövlət büdcəsindən Azərbaycan Silahlı Qüvvələrinə ayrılan vəsait artıb. Noyabrın 8-də Azadlıq meydanında keçirilmiş hərbi paradın əvvəlkilərdən fərqi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sayının çox olması idi. İstər 2016-cı ilin aprel döyüşlərində, istərsə də Vətən müharibəsində biz onların sayının artmasının şahidi olduq. Eyni zamanda Azərbaycan Ordusunun 2016-cı ildə ilk dəfə istifadə etdiyi dronlar 44 günlük müharibəsində çox uğurlu şəkildə tətbiq olundu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Tərlan Eyvazov söyləyib.

Onun sözlərinə görə, sonralar bu istiqamətdə işlər davam etdirilib. Komando qüvvələrinin yaradılması və onların sayının artırılmasına diqqət artırılıb. Bu 2023-cü ilin sentyabrında keçirilmiş bir günlük lokal xarakterli antiterror tədbirlərində özünü müvəffəq şəkildə göstərib. 2023-ci ildən indiyədək hər il yeni silahlar alınmaqdadır: “Biz, yalnız Müdafiə Nazirliyində deyil, digər güc strukturlarında da - Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, kəşfiyyat və əks kəşfiyyat qurumlarında xüsusi təyinatlı qüvvələrin, komanda hərbi hissələrinin sayının artırılmasının şahidi olduq. Bunun bariz nümunəsini Azadlıq meydanındakı hərbi paradda gördük.

Bundan başqa, Azərbaycan Silahlı Qüvvələri hərbi dronların tətbiqi sahəsindəki üstün mövqeyini qoruyub saxlamaqdadır. Paradda İnsansız Sistem Qoşunları tərəfindən Ordumuzun pilotsuz uçuş aparatları və digər insansız vasitələr təqdim edildi. İsraildən hərbi hava qüvvələrinin arsenalına daxil olan yeni nəsil qurğular alınıb. Həmçinin “Bayraktar Akıncı” pilotsuz döyüş aparatlarının alınması üçün Türkiyə ilə imzalanmış müqavilələr uğurla icra olunur”.

Hərbi ekspert qeyd edib ki, hərbi hava qüvvələrinin silah arsenalına “JF-17” çoxməqsədli yeni qırıcı təyyarələr də daxil olub: “Çin və Pakistanın birgə istehsalı olan bu təyyarələr digərlərinə nisbətən daha kiçik, mobil, ucuz və müasirdir. Silahlanmaya yeni qəbul edilmiş və sürətlə hərəkət edən dəniz hədəflərini vura bilən KAYRA - kamikadze tipli suüstü dəniz vasitəsi Ordumuza dəniz əməliyyatlarında əlavə taktiki imkanlar qazandırır. Paradda Vətən müharibəsində sınaqdan keçirilmiş “LORA” əməliyyat-taktiki raket sistemlərinin keçidi oldu. Silahlanmaya yeni qəbul edilmiş uzaqmənzilli “NORA” artilleriya sistemləri NATO standartlarına uyğundur”.

T.Eyvazov bildirib ki, paradda təqdim olunan 155 millimetrlik uzaqmənzilli “DİTA” özüyeriyən artilleriya sistemləri döyüş sahəsinin tələblərinə uyğun olaraq texnikanın dəqiq zərbə vurmaq imkanlarını artırır. Ordumuzun kifayət qədər mobil və stasionar havadan müdafiə qurğuları mövcuddur. Buna baxmayaraq, paradda göstərilən və silahlanmaya yeni qəbul edilmiş “HQ-9” uzaqmənzilli zenit-raket kompleksi Azərbaycanın hava məkanının etibarlı müdafiə qabiliyyətinin təcəssümüdür.

Bütün bu silahları, qurğuları və avadanlıqları təhlil edərək Azərbaycan Ordusunun hərbi texnikaların alınmasında kəmiyyətdən keyfiyyətə yönəldiyi qənaətinə gəlmək olar. Beləliklə, ölkəmizdə daha peşəkar və müasir silahlarla təchiz olunmuş ordu modeli yaratmaq istiqamətində yeni addımlar atılır.

“Ordumuzun Hava Hücumundan Müdafiə Qoşunlarının arsenalına müxtəlif ölkələrdən alınmış stasionar və qeyri-stasionar mobil qurğuları daxil olduğundan Azərbaycanın aviasiya sahəsində artıq MDB-də qabaqcıl ölkələr arasında olduğunu görərik. Odur ki, ölkəmizin hava məkanına hər hansı hərbi müdaxilə olunarsa, Hərbi Hava Qüvvələrimiz təyyarə hücumlarının və raket zərbələrinin qarşısını çevik ala biləcək. Eləcə də, İsraildən və Türkiyədən pilotsuz uçuş aparatlarının (PUA) həm alınması, həm də Azərbaycanda birgə istehsalı çox uğurla davam edir”, - deyə T.Eyvazov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!