29 Sentyabr 2026 16:13
74
DÜNYA
A- A+
Əks istiqamətdə fırlanan planet kəşf edilib  

Əks istiqamətdə fırlanan planet kəşf edilib  


Astronomlar əks istiqamətdə fırlanan planet kəşf ediblər. London Kraliça Meri Universiteti və Cenevrə Universitetinin birgə tədqiqatı nəticəsində tapılan və "Astronomy & Astrophysics Letters" jurnalında dərc olunan bu planet “GJ 3090 b” adlanır. Neptun ölçüsündə olan bu göy cismi, kiçik və sərin bir ulduz olan “GJ 3090”nın ətrafında təxminən 136 dərəcə meyilli orbitdə geriyə doğru fırlanır. Normalda planetlərin yarandıqları qaz və toz diskinin fırlanma istiqamətini miras alaraq ulduzları ilə eyni tərəfə hərəkət etməsi gözlənilsə də, bu kəşf mövcud nəzəriyyələrdən kənara çıxır.

Alimlər NIRPS spektroqrafı vasitəsilə planetin üçölçülü orbit istiqamətini ölçdükdən sonra bu qeyri-adi vəziyyətin səbəbini araşdırmağa başlayıblar. İlkin ehtimal kimi orbiti kəskin şəkildə dəyişdirə biləcək böyük bir planetin və ya ulduz yoldaşının varlığı axtarılsa da, sistemdə belə bir nəhəng cismin izinə rast gəlinməyib. Tədqiqat qrupunun üzvü Yann Karteret və Vinsent Burrier bildiriblər ki, bu vəziyyət sistemin ilkin mərhələlərində ulduzun fərqli istiqamətdə düzülmüş ikinci bir qaz və toz diski əldə etməsindən qaynaqlana bilər. Süd Yolunda ən geniş yayılmış ulduz növü olan bir M cırtdan ulduzunun ətrafında kəşf edilən “GJ 3090 b” indiyə qədər üçölçülü orbital meyilliliyi ölçülən ən kiçik planetdir və bu kəşf milyardlarla il əvvəl planet sistemlərinin hansı şəraitdə formalaşdığına dair yeni suallar ortaya qoyur.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xsolla” Bakıda Tədqiqat və İnkişaf Mərkəzi açdı

16:27
29 Sentyabr

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb  

16:15
29 Sentyabr

Əks istiqamətdə fırlanan planet kəşf edilib  

16:13
29 Sentyabr

Azərbaycan kibertəhlükəsizlikdə tarix yazdı 

15:59
29 Sentyabr

Rusiyadan Azərbaycana nağd pul aparanlara yeni qayda

15:48
29 Sentyabr

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB 

15:46
29 Sentyabr

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

15:27
29 Sentyabr

Bu xəstəlikdən ölümlər bütün ölümlərin 50 faizini təşkil edir

14:59
29 Sentyabr

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

14:46
29 Sentyabr

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər  

14:39
29 Sentyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

14:29
29 Sentyabr

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

14:23
29 Sentyabr

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

14:09
29 Sentyabr

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub  

14:07
29 Sentyabr

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır  

14:03
29 Sentyabr

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb  

14:03
29 Sentyabr

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

14:02
29 Sentyabr

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

13:59
29 Sentyabr

AZAL-ın ixrac gəlirləri açıqlanıb

13:58
29 Sentyabr

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

13:56
29 Sentyabr

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

13:55
29 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!