28 Mart 2024 13:53
197
CƏMİYYƏT
A- A+

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub  

 

“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi tərəfindən icra edilən “Əhalinin səhiyyəyə əlçatanlılığı” layihəsi çərçivəsində “fokus-qrup” görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, onlayn müzakirələrdə blogerlər, vətəndaş cəmiyyətinin və QHT-lərin tanınmış simaları iştirak ediblər. “Fokus-qrup” müzakirəsi zamanı tədbir iştirakçılarına 300 respondent arasında əhalinin tibbi xidmətlərdən yararlılıq səviyyəsi ilə bağlı verilmiş sualların cavabları təqdim olunub. Təqdimatı təqdim edən layihə rəhbəri Vüsalə Hüseynli qeyd edib ki, sorğuda 20 sual yer alıb. Respondentlərin 83,1 faizi təhsilli, 11,3 faizi təhsilsiz, 5,6 faizi isə natamam ali təhsilli olub. Sorğuda iştirak edənlərin 87,3 faizini məşğul əhali, 12,7 faizini isə işsizlər təşkil edib. İcbari Tibbi Sığorta barədə məlumatlılıq səviyyəsinə aid suala 93,7 faiz iştirakçı bəli, 6,3 faiz respondent isə xeyr cavabı verib. İcbari Tibbi Sığortadan istifadə etmisinizmi sualına 42,3 faiz istifadə etmədiyini, 29,6 faiz bir dəfə istifadə etdiyini, 25,4 faizi isə bu xidmətdən bir neçə dəfə istifadə etdiyini deyib. Sorğuda qeyd olunan müsbət cəhətlər kimi, İcbari Tibbi Sığortanın bir çox xidmətləri əhatə etməsi, özəl klinikalarda baha qiymətə olan analizlərin və müayinələrin bir çoxunun dövlət xəstəxanalarında ödənişsiz olması qeyd edilib. Müsbət məqamlarla bərabər insanlar İcbari Tibbi Sığortadan istifadə zamanı ortaya çıxmış müəyyən problemləri də qeyd ediblər. Bunlar isə bu xidmətlərdən istifadə zamanı yaranmış uzun növbələrdir. Növbənin elektronlaşmaması, həkim personalının bəzilərinin savad dərəcəsinin yetərli olmaması, xidmətlərlə bağlı icbari tibbi sığorta kartlarının təqdim olunması və sair kimi narazı qalınan məqamlar da sorğuda yer alıb.

Layihə rəhbəri qeyd edib ki, qiymətləndirmə hesabatının nəticəsi olaraq, respondentlər tərəfindən qeyd edilən təkliflərin hər biri hesabata əlavə olunacaq və lazımi qurumlara təqdim ediləcək.

“Fokus-qrup” müzakirəsi zamanı İcbari Tibbi Sığorta Agentliyinin, TƏBİB-in və Səhiyyə Nazirliyinin səlahiyyətləri və əhaliyə verdikləri xidmətlərlə bağlı təqdimat edilib. Təqdimatdan sonra əhalinin bu xidmətlərdən istifadəsi üçün yaradılmış şəraitin müsbət və mənfi tərəfləri müzakirə olunub. Çıxış edən QHT-nin tanınmış simaları - Əliməmməd Nuriyev, Hafiz Həsənov, Cəsarət Hüseynzadə, Məleykə Əlizadə, Məhluqə Qaramanlı və başqaları təqdimatın nəticələri barədə fikir bildirərək təkliflərini irəli sürüblər.

Vüsalə Hüseynli qeyd edib ki, təqdim olunan sorğu və təqdimatın nəticələri ictimai birlik tərəfindən hazırlanan qiymətləndirmə hesabatında istifadə ediləcək.

Qeyd edək ki, layihənin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən tibbi xidmətlərdən əhalinin istifadəsi ilə bağlı nəticələrin ölçülməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video