27 Noyabr 2025 08:35
764
Mədəniyyət
A- A+
Ədəbi dil normaları bütün sahələrdə düzgün tətbiq olunmalıdır

Ədəbi dil normaları bütün sahələrdə düzgün tətbiq olunmalıdır


Ümummilli Lider Heydər Əliyev müstəqillik illərində  Azərbaycan dilinin qorunub saxlanılması,  onun zənginləşdirilməsi istiqamətində böyük işlər gördü. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri isə Prezident Heydər Əliyevin 18 iyun 2001-ci ildə imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman oldu. 

Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmişdir. Xatırladaq ki, bu istiqamətdə  Ulu Öndərin hələ 2002-ci ildə imzaladığı "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilmiş, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülmüşdür.

Bu siyasət Ulu Öndərin sadiq davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət dilinin qorunması məsələsini həmişə diqqət mərkəzində saxlayan Prezident 2018-ci il iyulun 18-də Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi haqqında sərəncam,  1 noyabr 2018-ci ildə "Azərbaycan  dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalamışdır. Bu sənədlərdə cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində Azərbaycan dilinin daha geniş işlədilməsinin təmin edilməsi nəzərdə tutulur.  

Azərbaycan Milli Elmlər Akademiyasının  80 illik yubiley tədbirində iştirak edən Prezident İlham Əliyevin çıxışında qoyduğu  məsələlər, problemlər cəmiyyətin və elmi mühitin yeni inkişaf meyarlarını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan dilinin taleyi barədə təməl düşüncələri şərtləndirən dil quruculuğu haqqında ideya istiqaməti bu gün də  dövlət siyasətinin tərkib hissəsi kimi müasir siyasi baxışlara uyğun səviyyədə aparılır. Prezidentin "Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır" çağırışı dövlətin  apardığı dil siyasətinin manifestidir. 

Azərbaycanda dil siyasətinin  qorunması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi,  ana dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi,  gənc nəslin ana dilinin zənginliklərini öyrənməsi, onların milli dilə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dil normalarına ciddi surətdə əməl edilməsi daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev  çıxışında demişdir: "Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti". 

Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra yaranmış tarixi şəraitə uyğun olaraq xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açaraq latın qrafikalı Azərbaycan əlifbasını bərpa etmişdir. Bu amil isə dil haqqında müvafiq qanunun, eləcə də digər normativ aktların qəbul olunmasını sürətləndirmişdir. Prezident İlham Əliyevin  ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi qətiyyət, milli iradə, gördüyü məqsədyönlü işlər isə Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasını təmin etmişdir. 

Dövlətimizin başçısının çıxışında son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi xüsusi narahatlıq doğuran məsələ kimi qeyd edilir: "Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır". Göründüyü kimi, Prezidentin çıxışında ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi, yalnız ölkəmizdə deyil, bütün türk dilləri arasında   nüfuzunun yüksəlməsi  əsas məsələ kimi önə çəkilir. 

Həqiqətən hazırda Azərbaycan dilinin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq büruzə verir. İnformasiya texnologiyalarının sürətli inkişafi, rəqəmsal kommunikasiya mühitinin genişlənməsi, xüsusilə internet, sosial şəbəkələr insanların gündəlik ünsiyyətini köklü şəkildə dəyişmiş, yazı və nitq formalarına yeni dinamika gətirmişdir. Bu prosesdə sosial şəbəkə dilə sürət, qısalıq və ekspressivlik üzərində qurulan daha çevik, qeyri-formal kommunikasiya formalarını təqdim edir, ədəbi dilin normalarının pozulması, orfoqrafiya normalarına laqeyd yanaşma halları müşahidə olunur, ingilis dilinin təsiri ilə  yeni hibrid yazı modelləri meydana çıxır. Sosial şəbəkədə dilin ən səciyyəvi xüsusiyyətlərindən biri olan ixtisar, sadələşmə və səs qənaəti kimi proseslər ədəbi dilin normalarına təsir edir. Unudulur ki, ədəbi dil sabit norma üzərində qurulan sistemdir. Sosial şəbəkə isə dilin dinamik inkişafı,  impulsiv şəkildə baş verən formalar kommunikasiya mühitində qarşılıqlı təsir mexanizmi yaradır. Ədəbi dil sosial dilin formalarını süzgəcdən keçirərək normalara uyğun olanı qəbul edir  və  dilin təkamülünün özəyini təşkil edir. Lakin sosial şəbəkədə  işlənən ixtisarlar ədəbi norma sayılmır və dil normalarını pozur.

Bununla yanaşı, terminlərin əsas xüsusiyyəti  müəyyən bir elm sahəsi ilə bağlı  ixtisaslaşmış sözlərdir və bu sahədə çalışan mütəxəssislər arasında onların anlaşmasını təmin edir.  Sosial mediada   işlənən  terminlər isə  yalnız mütəxəssislər arasında deyil, demək olar ki, hamı tərəfindən işlədilərək  ümumi sözlərə çevrilir. Bu proses  ədəbi dilin normativ sistemini pozmur, əksinə, onun sosial reallıqla əlaqəsini gücləndirir. Lakin sosial şəbəkələrdə, reklamlarda, ictimai iaşə obyektlərinə adların verilməsində ədəbi dil normaları pozulur. Xüsusilə, ictimai iaşə obyektləri, o cümlədən restoran və şadlıq sarayları milli sözlərlə deyil, daha çox alınma  sözlərlə adlandırılır. Dövlət Reklam Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti bu məsələlərə xüsusi diqqət verməlidir. 2002-ci ildə  "Dövlət dili haqqında qanun"da  Azərbaycan dilinin  dövlət səviyyəsində  tətbiqi məsələləri  dəqiq şəkildə müəyyənləşdirilmişdir. Bu qanunların yerinə yetirilməsi dilin qorunmasına və inkişafına təminat verir. 

Məlumdur ki, elmi-texniki tərəqqi, sosial mühitdə baş verən proseslər  dilə yeni sözlər gətirir, həmin sözlərin Azərbaycan dilində qarşılıqları yaradılır. Qarşılıqlar yaradılan zaman ana dilimizin daxili imkanlarından geniş şəkildə istifadə edilir. Cənab İlham Əliyev çıxışında qeyd edir: "Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir". 

Ağır, amma haqlı iraddır. Ona görə də yeni anlayışların adlandırılmasında, termin yaradıcılığı prosesində Prezidentin qeyd etdiyi prinsiplər nəzərə alınmalıdır. Çünki hər bir dilin özünəməxsus lüğət tərkibi, söz yaradıcılığı  və başqa dildə təkrar edilməyən sistemi vardır. Onun vasitəsilə bizi əhatə edən mühit qavranılır, başa düşülür və hər bir dilin lüğət tərkibi onun daxili imkanları hesabına zənginləşdirilir. 

Beynəlxalq əlaqələrin inkişafı, dünya elminə inteqrasiya dilin lüğət tərkibinin  zənginləşməsinə səbəb olur. Müxtəlif elm sahələri üzrə kəşflər, ixtiralar və yeniliklər termin və anlayışlarda ifadə olunur. Elmi-texniki tərəqqi ilə bağlı Azərbaycan dilinin lüğət tərkibində də terminlərin xüsusi çəkisinin artması müşahidə edilir. Dil dünya sivilizasiyasının, ictimai həyatın əksi olan müxtəlif elm sahələri kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Dilə daxil olan  alınma söz və beynəlmiləl termin axını onların tənzimlənməsi və dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemlər meydana çıxarır. Çünki elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq  dəyişməsinə və inkişafına təsir göstərir. Terminologiyada baş verən bu dəyişikliklər diqqətlə izlənilir və düzgün istiqamətləndirilir. 

Müasir şəraitdə Terminologiya Komissiyasının fəaliyyəti məhz belə tələblər nəzərə alınmaqla qurulur. Digər tərəfdən, teleradiolarda və digər  kütləvi informasiya vasitələrində verilən materiallar ədəbi dil normalarına cavab verməlidir. Ancaq son zamanlar ölkəmizdə KİV-in fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün sahələrinə nüfuz etməsinin sürətlənməsi nəticəsində  sosial şəbəkədə ədəbi dil normalarının qorunmasını nəzarətdə saxlamaq çətinləşmişdir. Belə şəraitdə dilin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi mühüm vəzifələrdən hesab edilir. 

Azərbaycan dilində müxtəlif elm sahələrinə aid terminoloji baza dilin öz daxili imkanlarından əlavə rus və Avropa dillərindən alınmış beynəlxalq terminlər əsasında formalaşır. Yaranan terminlər dilin qrammatik qaydalarına uyğun olmaqla bərabər, anlayışı da məntiqi cəhətdən düzgün təyin etməlidir. Bu məsələnin həlli həm vahid beynəlxalq terminologiyanın yaradılmasına şərait yaradır, həm də elmlərin inkişafına təkan verir. Elmlərin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətdə inkişafı, elmi təcrübələrin, informasiyaların asanlıqla yayılması, başa düşülməsi üçün vahid terminoloji bazaya üstünlük verilməlidir. 

Ölkəmizin iqtisadi-siyasi həyatında, ictimai fikrində baş verən proseslər, yeniliklər dilin lüğət tərkibində dəyişmələrə səbəb olur. Bu nəzərə alınaraq müstəqillik illərində Avropa dillərindən Azərbaycan dilinə  daxil olan alınma sözlər  dilimizin tələblərinə uyğunlaşdırılaraq qəbul edilir və terminlərin izahlı lüğətini  hazırlamaq üçün Azərbaycan dilində orfoqrafiya prinsipləri təkmilləşdirilir. Bununla yanaşı, dildə yaranan terminləri vahid mərkəzə toplamaq, müxtəlif sahələrdə çalışanlara  terminlərin izahını və müxtəlif dillərdə qarşılığını asanlıqla əldə etməyə yardımçı olmaq, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələrini, o cümlədən xaricdə yaşayan soydaşlarımızı cəlb etmək üçün  elektron terminoloji baza yaratmaq lazımdır. 

Heç şübhəsiz, Azərbaycan mədəniyyəti, elmi inkişaf etdikcə Azərbaycan dili daha da zənginləşir, daha müasir, daha qlobal, analitik düşüncə dilinə çevrilir. Buna görə də Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminləri toplayaraq izahlı yeni terminlər lüğətlərinin nəşri vacibdir.

Prezident İlham Əliyevin  qeyd etdiyi kimi, "...biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm". Cənab İlham Əliyevin  çağırışı, çıxışında sadaladığı problemlərin aradan qaldırılması ictimai-mənəvi həyatımızın bütün sahələrində Azərbaycan dilinin tam tətbiqinə imkan verir. O səbəbdən dövlət dilinin tətbiq olunduğu bütün sahələrdə ədəbi dil normaları düzgün tətbiq olunmalıdır. Unudulmamalıdır ki, dünya azərbaycanlılarının ümumi ünsiyyət vasitəsi olan Azərbaycan dilinin qorunması milli-ictimai ehtiyac, mənəvi-mədəni borcumuzdur.                                            


Sayalı SADIQOVA,

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin deputatı İranda Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib  

16:26
05 Dekabr

Bakıda TDT-yə üzv və müşahidəçi ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilib YENİLƏNİB  

16:12
05 Dekabr

Şuşada Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilib YENİLƏNİB

16:07
05 Dekabr

Deputat: Hazırkı mürəkkəb qlobal mühitdə parlament diplomatiyasının rolu getdikcə artır  

15:33
05 Dekabr

Maia Paçkoriya: Media təhsili Azərbaycan və Gürcüstan üçün strateji prioritetə çevrilir  

15:13
05 Dekabr

Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa olunub  

15:13
05 Dekabr

İşğaldan azad edilmiş ərazilərdə 11 avtomat hidroloji, 6 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılıb  

15:11
05 Dekabr

Beynəlxalq konfransda Qərbi azərbaycanlıların qeyri-maddi mədəni irsinin bərpası məsələləri müzakirə olunub  

15:06
05 Dekabr

Azərbaycan və Belarus hərbi mütəxəssisləri görüşüb  

14:54
05 Dekabr

Növbəti köç karvanı Horovlu kəndinə çatıb  

14:53
05 Dekabr

TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının Bəyannaməsi imzalanıb  

14:52
05 Dekabr

Ermənistandan didərgin düşmüş azərbaycanlıların mədəni irsinin bərpası məsələsi müzakirə edilib  

14:49
05 Dekabr

Azərbaycan-Gürcüstan Media Forumunda media ekosisteminin gücləndirilməsi yolları müzakirə edilib 

14:17
05 Dekabr

Amerikalı professor: Ermənistan kontekstində azərbaycanlılara aid toponimlər ciddi dəyişikliklərə məruz qalıb  

14:16
05 Dekabr

Dekabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb  

14:15
05 Dekabr

İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti: Qərbi Azərbaycana qayıdış yalnız fiziki əşyaların bərpası ilə məhdudlaşmamalıdır  

14:15
05 Dekabr

Carlo Marino: Beynəlxalq ictimaiyyətin dəstəyi Qərbi azərbaycanlıların geri qayıdışını sürətləndirəcək  

14:14
05 Dekabr

TDT-nin Baş katibi: Təşkilata üzv olan ölkələr böyük iqtisadi potensiala malikdirlər  

14:13
05 Dekabr

İşçi hüquqlarının gücləndirilməsi üçün Əmək Məcəlləsinə yeni anlayışlar əlavə olunur  

14:12
05 Dekabr

“Qurani-Kərim” Rusiyada ən çox oxunan kitablardan biridir  

14:09
05 Dekabr

Nazir müavini: Azərbaycanda son dörd ildə 12 milyondan çox ağac əkilib  

13:58
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!