01 May 2026 08:20
156
SİYASƏT
A- A+
Sülh müharibədən daha yaxşıdır 

Sülh müharibədən daha yaxşıdır 


Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri barışa xidmət edən növbəti mühüm hadisədir


Aprelin 29-da baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib. Bu, unikal bir səfərdir, çünki indiyədək Azərbaycanın hökumət nümayəndələrinin bu səviyyədə Ermənistana səfərləri baş tutmamışdı. Bundan əvvəl 2025-ci ilin noyabrında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Azərbaycana səfər etmişdi ki, bu da öz növbəsində unikal hadisə idi. Həmin vaxt Qəbələdə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın 12-ci iclası keçirilmişdi. Xatırladaq ki, hər iki baş nazir müavini Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasına rəhbərlik edir. Ş.Mustafayevin İrəvana səfəri də məhz sərhədlərin delimitasiyası mövzusuna həsr olunub.

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, bu cür səfər və görüşlər, konkret əməli fəaliyyətlər iki ölkə və xalq arasında sülhün bərqərar olunması yolunda atılan praktiki addımlardır: "Bu xüsusda hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərin və mühüm məsələlərin müzakirəsi üçün görüşlər təşkil etdiyi "Sülh körpüsü" təşəbbüsünü də qeyd etmək lazımdır. Bununla belə, əgər "Sülh körpüsü" təşəbbüsü humanitar ölçülü, praktiki əhəmiyyəti zamanla üzə çıxacaq bir layihədirsə, baş nazir müavinlərinin və nümayəndə heyətlərinin görüşləri sırf tətbiqi xarakter daşıyır. Hələ 2022-ci ilin mayında Şahin Mustafayevin və Mher Qriqoryanın rəhbərliyi ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası formalaşdırılmışdı və həmin il mayın 24-də iki ölkənin sərhədində bu komissiyanın ilk görüşü keçirilmişdi. 2024-cü il aprelin 23-də isə iki ölkə arasındakı sərhəddə, ərazidəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində ilk sərhəd dirəyi quraşdırılmışdı".

Deputat qeyd edib ki, hazırda sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri ilə yanaşı, iki ölkə arasında nəqliyyat qovşaqları, TRIPP layihəsi, elektrik ötürücü xətləri və perspektivdə mümkün qaz marşrutları müzakirə olunur. Azərbaycan Ermənistanın enerji təhlükəsizliyinə öz töhfəsini verir - ənənəvi ixracatçılar olan İran və Rusiyadan qaz tədarükündə gözlənilən çətinliklər fonunda bu məsələ getdikcə daha aktual xarakter alır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan sülh quruculuğu ilə məşğul olduğu, onilliklər boyu davam edən münaqişədən sonra qarşılıqlı etimad və əməkdaşlıq yollarını aradığı bir vaxtda Avropadakı bəzi dairələr sülh gündəliyinə zidd addımlar atırlar. Artıq ikinci həftədir ki, biz "Qoca qitə" tərəfindən həyata keçirilən anti-Azərbaycan təşəbbüslərinin şahidi oluruq. Belə ki, Belçika və Niderland parlamentləri Bakıya qarşı əsassız ittihamlar səsləndirir, o cümlədən Azərbaycanın Qarabağ bölgəsi üzərindəki suverenliyini şübhə altına alan bəndlərin yer aldığı açıq-aşkar düşmənçilik xarakterli təşəbbüslərlə çıxış ediblər. "Daha sonra Avropa Parlamentinə "Ermənistanın demokratik dayanıqlılığının dəstəklənməsi" adlı qətnamə layihəsi təqdim olunub. Müttəfiqə yardım proqramı kimi qələmə verilən bu "sənəd" mahiyyət etibarilə Bakı və İrəvan arasındakı sülh prosesinə qarşı hibrid təzyiq aktı rolunu oynayır. Burada Robert Köçəryan, Samvel Karapetyan və digər revanşistlərin simasında Ermənistan müxalifətinin istifadə etdiyi eyni narrativlərdən - ermənilərin Qarabağdan guya məcburi köçürülməsi, "Qarabağdakı erməni irsinin məhv edilməsi", "erməni girovların saxlanılması", hətta gülünc görünsə də, guya Ermənistanla sülh müqaviləsinin imzalanmasına maneçilik törədilməsi barədə iddialardan istifadə olunur", - deyə o əlavə edib.

K.Bayramov bildirib ki, Avropanın müəyyən siyasi dairələrinin bu hərəkətləri, əslində, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması və revanşist ritorikadan imtina yolunu seçmiş Ermənistanın maraqlarına ziddir. Bu, həmin dairələrin Ermənistanın öz maraqlarına laqeyd qaldığının, bu ölkə və xalqdan sadəcə öz anti-Azərbaycan fəaliyyətlərini pərdələmək və geosiyasi məqsədlərini güdmək üçün sipər kimi istifadə etdiklərinin sübutudur. Bu gün böyük əminliklə demək olar ki, dünya erməniliyinin iki müstəvisi mövcuddur. Onlardan biri müxtəlif ölkələrin siyasi mərkəzləri tərəfindən dəstəklənən erməni diasporu ilə bağlıdır. Ermənistan reallıqlarından uzaq yaşayan bu qüvvələr sülh prosesinə düşmən kəsiliblər və Azərbaycana qarşı ərazi iddiaları siyasətinin dirçəldilməsinin tərəfdarıdırlar. 

Dünya erməniliyinin digər qrupunun bilavasitə Ermənistana aid olduğunu deyən deputat vurğulayıb ki, burada daha mürəkkəb prosesin şahidi oluruq: "Bəli, erməni cəmiyyətinin bir hissəsində revanşist ideyalar hələ də qalmaqdadır, lakin bununla yanaşı, Paşinyan hökumətinin qonşularla sülhə və ərazi iddialarından imtinaya yönəlmiş siyasətinə cəmiyyətdə aşkar bir tələbat da hiss olunur. Biz bu hökumətlə, həm də erməni cəmiyyətinin bu hissəsi ilə işləyirik. Bu əməkdaşlıq göstərməlidir ki, Azərbaycanla sülh müharibədən daha yaxşıdır. Şahin Mustafayevin səfəri isə bu çətin yolda növbəti bir mərhələ oldu".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ürək sağlamlığı hər yaşda qorunmalıdır

09:00
01 May

Beynəlxalq Xalça Festivalı sərgilərlə zəngin olacaq

08:55
01 May

Adı ədəbiyyat tariximizə əbədi həkk olunmuş şair

08:50
01 May

Xalqının fədakar övladı

08:45
01 May

BP-nin Azərbaycan təhsilinə növbəti dəstəyi 

08:40
01 May

Dövlətinə və özünə güvən - irəlilə

08:35
01 May

İKT cəmiyyətə nə verir

08:30
01 May

Təbiətin sınağı, dövlətin qayğısı

08:25
01 May

Din adı altında sülh təhdid olunur

08:23
01 May

Sülh müharibədən daha yaxşıdır 

08:20
01 May

Liderlik nümunəsi

08:15
01 May

Heydər Əliyev siyasətinin təntənəsi

08:10
01 May

Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu güclənir

08:05
01 May

Azərbaycanın sülh strategiyasının alternativi yoxdur

08:00
01 May

Y.P.Kamayevin "Şöhrət" ordeni ilətəltif edilməsi haqqında

00:49
01 May

Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında  

00:48
01 May

"Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 

00:47
01 May

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:46
01 May

Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi QAYDALARI

00:44
01 May

“Neftçi” 5 il sonra “Qarabağ”a qalib gəldi

22:51
30 Aprel

ABŞ-də 75 gündən sonra Daxili Təhlükəsizlik Departamentinin maliyyələşməsi bərpa edilir

22:46
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!