01 May 2026 08:05
167
SİYASƏT
A- A+
Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu güclənir

Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu güclənir


Son zamanlar Azərbaycanın xarici siyasət xətti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Rəsmi Bakı ardıcıl şəkildə Avropa ölkələrinin ali səviyyəli rəhbərlərini qəbul edir. 

Latviya və Ukrayna prezidentlərinin, Litva və Çexiyanın baş nazirlərinin, eləcə də digər dövlətlərin nümayəndələrinin Azərbaycana səfərləri artıq təsadüfi diplomatik fəallıq kimi deyil, ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunun artmasının göstəricisi kimi qiymətləndirilir. 

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında deyib ki, qısa zaman kəsiyində bir neçə Avropa liderinin Azərbaycana səfər etməsi, xüsusilə Latviya və Ukrayna prezidentlərinin Bakıda aparılan danışıqları ölkəmizin strateji tərəfdaş kimi qəbul edildiyini açıq şəkildə nümayiş etdirir: "Bu səfərlər göstərir ki, Azərbaycan Avropa paytaxtlarında sabit, etibarlı və nəticəyönümlü əməkdaşlıq təklif edən tərəfdaş kimi dəyərləndirilir. Aparılan danışıqların məzmunu göstərir ki, gündəlik daha çox praktik məsələlər üzərində qurulub. Regional təhlükəsizlik və Cənubi Qafqazda sülh prosesinin irəliləyişi əsas müzakirə mövzularından biridir. Münaqişədən sonrakı mərhələdə Azərbaycan artıq yalnız müzakirə olunan tərəf deyil, regionda yeni əməkdaşlıq modelinin formalaşmasında fəal iştirak edən aktordur. Avropa dövlətlərinin bu prosesə marağı da məhz bununla bağlıdır, çünki regionda davamlı sülh daha geniş coğrafiyada sabitliyə xidmət edir".

Deputatın fikrincə, enerji təhlükəsizliyi məsələləri də danışıqların mühüm hissəsini təşkil edir. Qlobal enerji bazarlarında qeyri-müəyyənliyin davam etdiyi bir şəraitdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Baltik ölkələrinin, o cümlədən Litva və Latviyanın bu istiqamətdə əməkdaşlığa xüsusi önəm verməsi Azərbaycanın uzunmüddətli tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Yeni geoiqtisadi reallıqlar fonunda Orta dəhlizin əhəmiyyəti artmaqdadır və Azərbaycan bu marşrutun əsas halqalarından biri kimi çıxış edir. Avropa liderlərinin səfərləri çərçivəsində bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi, infrastruktur layihələrinin inkişafı və tranzit imkanlarının artırılması məsələləri müzakirə olunur.

İqtisadi əməkdaşlıq məsələlərinin siyasi dialoqun mühüm davamı kimi çıxış etdiyini deyən S.Fətəliyeva bildirib ki, səfərlər çərçivəsində keçirilən biznes-forumları, investisiya imkanlarının müzakirəsi və ticarət əlaqələrinin genişləndirilməsi siyasi münasibətlərin real iqtisadi nəticələrə çevrildiyini göstərir: "Ukrayna Prezidentinin Azərbaycana səfəri xüsusi diqqət çəkir. Bu səfər yalnız ikitərəfli münasibətlər kontekstində deyil, daha geniş geosiyasi çərçivədə əhəmiyyət daşıyır. Müasir şəraitdə Ukrayna üçün etibarlı tərəfdaşlarla əməkdaşlıq xüsusi önəm kəsb edir və Azərbaycan bu baxımdan mühüm mövqeyə malikdir. Eyni zamanda bu dialoq Azərbaycanın müxtəlif siyasi mərkəzlərlə balanslaşdırılmış münasibətlər qurmaq qabiliyyətini bir daha nümayiş etdirir və ölkənin müstəqil xarici siyasət kursunun effektivliyini təsdiqləyir".

Deputat qeyd edib ki, Baltik ölkələri ilə münasibətlərin dərinləşməsi diqqətəlayiq tendensiyadır. Litva və Latviyanın Azərbaycanla əməkdaşlığa artan marağı göstərir ki, ölkəmiz yalnız enerji sahəsində deyil, həm də digər istiqamətlər üzrə - müdafiə, təhsil, texnologiya və humanitar əməkdaşlıq sahələrində etibarlı tərəfdaş kimi qəbul olunur. Bu isə münasibətlərin kompleks xarakter aldığını göstərir. Çexiyanın Baş nazirinin bu günlərdə ölkəmizə reallaşan səfərində də ikitərəfli münasibətlərin inkişafına dair faydalı müzakirələr aparılıb. Çexiya Azərbaycanla strateji tərəfdaş ölkədir. Səfər çərçivəsində aparılan müzakirələr, eləcə də Azərbaycan-Çexiya biznes-forumunun keçirilməsi ölkələrimiz arasında əlaqələrin inkişafına əhəmiyyətli təsir göstərəcək. "Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu şərtləndirən əsas amillərdən biri də onun dialoq platforması kimi çıxış etməsidir. Ölkəmiz sabitlik, etibarlılıq və praqmatik əməkdaşlıq prinsiplərinə əsaslanan siyasət həyata keçirərək beynəlxalq tərəfdaşlar üçün cəlbedici mühit formalaşdırır. Qlobal qeyri-sabitlik şəraitində belə yanaşma xüsusi aktuallıq kəsb edir. Beləliklə, Latviya və Ukrayna prezidentlərinin səfərləri, Litva, Çexiya ilə fəal dialoq və digər Avropa dövlətlərinin artan marağı Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeni rolunun formalaşdığını göstərir", - deyə Sevinc Fətəliyeva əlavə edib.

Deputat sonda vurğulayıb ki, Azərbaycan artıq yalnız regional aktor deyil, daha geniş geosiyasi və geoiqtisadi proseslərdə fəal iştirak edən və onları formalaşdıran ölkə kimi çıxış edir. Bu isə ölkəmizin həm Avropa, həm də daha geniş Avrasiya məkanında strateji əhəmiyyətinin davamlı şəkildə artdığını təsdiqləyir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ürək sağlamlığı hər yaşda qorunmalıdır

09:00
01 May

Beynəlxalq Xalça Festivalı sərgilərlə zəngin olacaq

08:55
01 May

Adı ədəbiyyat tariximizə əbədi həkk olunmuş şair

08:50
01 May

Xalqının fədakar övladı

08:45
01 May

BP-nin Azərbaycan təhsilinə növbəti dəstəyi 

08:40
01 May

Dövlətinə və özünə güvən - irəlilə

08:35
01 May

İKT cəmiyyətə nə verir

08:30
01 May

Təbiətin sınağı, dövlətin qayğısı

08:25
01 May

Din adı altında sülh təhdid olunur

08:23
01 May

Sülh müharibədən daha yaxşıdır 

08:20
01 May

Liderlik nümunəsi

08:15
01 May

Heydər Əliyev siyasətinin təntənəsi

08:10
01 May

Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu güclənir

08:05
01 May

Azərbaycanın sülh strategiyasının alternativi yoxdur

08:00
01 May

Y.P.Kamayevin "Şöhrət" ordeni ilətəltif edilməsi haqqında

00:49
01 May

Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında  

00:48
01 May

"Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 

00:47
01 May

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:46
01 May

Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi QAYDALARI

00:44
01 May

“Neftçi” 5 il sonra “Qarabağ”a qalib gəldi

22:51
30 Aprel

ABŞ-də 75 gündən sonra Daxili Təhlükəsizlik Departamentinin maliyyələşməsi bərpa edilir

22:46
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!