04 Fevral 2026 17:20
228
SİYASƏT
A- A+
Əbu-Dabi görüşü göstərdi ki, sülh prosesindəki müsbət dinamika qorunub saxlanacaq

Əbu-Dabi görüşü göstərdi ki, sülh prosesindəki müsbət dinamika qorunub saxlanacaq


Azərbaycanın son illərdə yürütdüyü xarici siyasət kursu onu təkcə regionda deyil, daha geniş coğrafiyada sabitlik yaradan əsas aktorlardan birinə çevirib. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla Əbu-Dabidə baş tutan görüşü bu strategiyanın ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bir daha nümayiş etdirdi.

 Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Deputatın sözlərinə görə, birbaşa dialoq tərəflərə sülh prosesini dinamik şəkildə irəli aparmaq üçün imkanlar yaradır. “Əbu-Dabi görüşündə tərəflərin ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin icrasındakı irəliləyişi alqışlaması isə əldə olunmuş razılaşmaların real icra mərhələsinə keçdiyini təsdiqləyir. Bu yanaşma regional proseslərdə vasitəçilərin rolunu azaltmaqla, sahiblik prinsipini ön plana çıxarır və sülhün dayanıqlığını artırır”, - o vurğulayıb. 

Deputat əlavə edib ki, danışıqlarda xüsusi vurğulanan məqamlardan biri sülhün artıq real iqtisadi faydalara çevrilməsidir: “İkitərəfli ticarətin başlanması, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, eləcə də üçüncü ölkələrdən Ermənistana taxıl və digər yüklərin Azərbaycan ərazisi vasitəsilə tranziti sülhə xidmət edən faktorlardır. Bu, klassik təhlükəsizlik modellərindən fərqli olaraq, iqtisadi inteqrasiya üzərindən sülhün möhkəmləndirilməsi strategiyasının tətbiq olunduğunu sübut edir. Tərəflər sülhün faydalarını cəmiyyət səviyyəsində hiss etdikcə, münaqişəyə qayıdış ehtimalı da azalır”. 

Müşfiq Məmmədlinin sözlərinə görə, ikitərəfli əlaqələrin yaranması tərəflər arasında etimad mühitinin formalaşmasında müstəsa rol malikdir: “Əbu-Dabi görüşündə vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin alqışlanması və etimad quruculuğu tədbirlərinin genişləndirilməsi məsələsi xüsusi yer tutub. Bu, sülhün təkcə siyasi elitalar arasında deyil, cəmiyyətlər arasında da legitimləşdirilməsi məqsədi daşıyır. Uzunmüddətli sülh yalnız sənədlərlə deyil, insanların gündəlik həyatında yaranan yeni münasibətlər üzərindən dayanıqlı ola bilər. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında TRIPP və digər bağlantı layihələrinin müzakirəsi sülh prosesinin geoiqtisadi ölçüsünü ön plana çıxarır. Bu layihələr Cənubi Qafqazı regional nəqliyyat-logistika qovşağına, Avropa–Asiya xəttində strateji körpüyə, enerji və ticarət marşrutlarının təhlükəsiz tranzit zonasına çevirmə potensialına malikdir. Bu kontekstdə Azərbaycan təşəbbüskar və aparıcı rol oynayaraq, regiondakı lider statusunu daha da möhkəmləndirir. Əbu-Dabi görüşü göstərir ki, Azərbaycan artıq yalnız münaqişədən çıxmış ölkə deyil, münaqişə sonrası nizamı formalaşdıran aktordur. Bakı həm siyasi dialoqu təşviq edir, həm iqtisadi mexanizmlər yaradır, həm də etimad quruculuğu proseslərinə liderlik edir”. 

Deputat əlavə edib ki, bu yanaşma Azərbaycanın etibarlı tərəfdaş, əməkdaşlığa töhfə verən ölkə kimi imicini möhkəmləndirir. “Əbu-Dabi görüşünün nəticələri onu deməyə əsas verir ki, Azərbaycan–Ermənistan normallaşma prosesi artıq geri dönməz mərhələyə qədəm qoyub. Tərəflərin dialoqu davam etdirmək əzmi yekun sülh sazişinin uzaq olmayan perspektiv olduğunu göstərir. Bu proses bir daha sübut edir ki, Bakı Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın əsas memarlarından biri kimi çıxış edir və regionun gələcək siyasi arxitekturasını formalaşdırmaqda davam edir” -deyə Müşfiq Məmmədli bildirib.


“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə Donald Trampa təşəkkür edib  

17:54
04 Fevral

Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirak edir YENİLƏNİR  

17:54
04 Fevral

Azərbaycan Prezidenti: Biz sülh şəraitində yaşamağı öyrənirik

17:53
04 Fevral

Prezident İlham Əliyev: Bu mükafatı almaq mənim üçün böyük şərəfdir

17:52
04 Fevral

Əbu-Dabi görüşü göstərdi ki, sülh prosesindəki müsbət dinamika qorunub saxlanacaq

17:20
04 Fevral

Pakistan ilə Qazaxıstan arasında 30-dan çox sənəd imzalanıb  

17:15
04 Fevral

Məleykə Abbaszadə: Ötən il Dövlət İmtahan Mərkəzi tərəfindən 323 imtahan keçirilib

17:13
04 Fevral

Paytaxtın Nizami rayonu ərazisində xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işinin istintaqı davam etdirilir  

17:12
04 Fevral

Azərbaycan–BƏƏ münasibətləri qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanır

16:51
04 Fevral

Qırğızıstanın ilk külək elektrik stansiyası enerji istehsalına başlayıb

16:46
04 Fevral

ABŞ-nin Afrikadakı iri hərbi təlimlərində 30 ölkə iştirak edəcək

16:19
04 Fevral

Həm saat, həm üzük...  

16:13
04 Fevral

Media: Avropa Komissiyası bu gün Rusiya əleyhinə 20-ci sanksiya paketini təqdim edəcək

16:01
04 Fevral

Azərbaycan–BVF əməkdaşlığının cari vəziyyəti və prioritetləri müzakirə olunub  

15:38
04 Fevral

Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarının ikinci raundu keçirilir

15:37
04 Fevral

Güclü külək paytaxtda ağacları aşırdı

15:36
04 Fevral

İlon Mask sərvəti 800 milyard dollardan çox olan ilk biznesmendir

15:35
04 Fevral

Çin və Rusiya liderlərinin virtual görüşü olub

15:34
04 Fevral

“Alagöz Holdinq”in sədri: Azərbaycanın kənd təsərrüfatına sərmayə qoyuluşunda maraqlıyıq  

15:33
04 Fevral

“GəncTALKS 2026: İlham verən hekayələr və sərhədsiz imkanlar” adlı tədbir keçirilib 

15:32
04 Fevral

Əlilliyi olan gənclərlə bağlı yeni sosial layihəyə start verilib

15:28
04 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!