Düzgün yuxu rejimi ani ölüm risklərini 30 faiz azaldır
ABŞ-ın Boston şəhərində yerləşən Beth Israel Deaconess tibb mərkəzinin tədqiqatçıları düzgün yuxu rejiminin faydalarının insanlarda ani ölüm riskini 30 faizə qədər azaltdığını müəyyən edib.
AZƏRTAC StudyFinds saytına istinadla bildirir ki, alimlər gün ərzində yeddi və ya səkkiz saat yatmaq, heç bir yuxu dərmanı istifadə etməməyi tövsiyə edir.
Araşdırmaya görə, düzgün yuxu rejiminə riayət edən kişilər 4-7, qadınlar isə 2-4 il daha çox yaşayır. Beth Israel Deaconess tibb mərkəzinin həkimi, tədqiqatın müəllifi Frank Qian insanların ideal yuxu rejiminə əməl etdiyi halda onların daha uzun müddət yaşayacağı ehtimalının yüksək olduğunu deyib: “Yuxusuzluq və ya normadan artıq yatmaq ürəyə mənfi təsir göstərir. Eyni zamanda insanlarda yüksək qan təzyiqi, infarkt, ürək-damar xəstəlikləri kimi halların yaranmasına səbəb olur. Ani ölümlərin təxminən 8 faizi pis yuxu rejiminə aid edilə bilər. Düzgün yataq seçiminin də əhəmiyyətli rolu var”.
Tədqiqatçılar 2013-2018-ci illərdə sağlamlıq sorğusunda iştirak edən, orta yaşı 50 olan 172 mindən çox şəxsin sağlamlıq sənədlərini tədqiq edib. Yuxu rejiminə əməl etməyən şəxslərdən bu müddət ərzində 8 min 681 nəfəri vəfat edib. Ölümlərin 30 faizi ürək-damar xəstəliklərindən, 24 faizi xərçəngdən, 46 faizi isə digər səbəblərdən olub.
F.Qian düzgün yuxu rejimi ani ölüm risklərini 30 faiz azaltdığını vurğulayıb: “Əgər gənclər arasında yuxu rejimi barədə ətraflı maarifləndirmə işləri aparılarsa, ani ölümlərin bir hissəsinin qarşısını ala bilərik. Bu onların ümumi sağlamlıqlarına böyük fayda verə bilər. Rejimə uyğun yatan şəxslərin ürək-damar sistemi xəstəliklərindən ölmə ehtimalı 21 faiz, xərçəngdən 19 faiz, digər səbəblərdən ölmə ehtimalı isə 40 faiz daha azdır”.
Qeyd edilib ki, mütəxəssis F.Qian gələn ay Nyu Orleanda Amerika Kardiologiya Kollecinin illik Elmi Sessiyasında tədqiqatın nəticələrini təqdim edəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İsrailin təhlükəsizliyinə sadiqik - Antoni Blinken
19 Aprel
Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb
19 Aprel
Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatla...
19 Aprel
“Nokia”nın yeni smartfonu təqdim edilib
19 Aprel
İranın İmam Xomeyni Beynəlxalq Aeroportundan uçuşlar bərpa edilib
19 Aprel
“Apple” Çində bəzi proqramlarını “App Store”dan çıxarıb
19 Aprel
Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir...
19 Aprel
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
19 Aprel
DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir
19 Aprel
Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır...
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!