05 İyun 2025 08:20
599
İQTİSADİYYAT
A- A+
Dünya miqyasında "yaşıl enerji"yə töhfə verən ölkələr sırasındayıq

Dünya miqyasında "yaşıl enerji"yə töhfə verən ölkələr sırasındayıq


Bakı Enerji Həftəsi qlobal miqyasda nüfuzlu tədbirlərdən biridir və tədbir çərçivəsində hökumət nümayəndələri, qlobal şirkətlər, sənaye sahəsindəki ekspertlər bir araya gələrək enerji siyasətini müzakirə edirlər. Ən mühüm məqamlardan biri odur ki, Bakı Enerji Həftəsi çərçivəsində bir neçə tədbir keçirilir. Eyni zamanda  "Caspian Oil and Gas" və "Baku Energy Forum"unun 30 illikləri qeyd edilir. Azərbaycan artıq bir ənənə formalaşdırıb və bu, müstəqillik tariximizdə davamlı olaraq təşkil edilən mühüm tədbirlərdəndir. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, 30 il əvvəl bu istiqamətdə işlərə başlananda Azərbaycan əsasən neft istehsalına və onun artırılmasına fokuslanırdısa, növbəti mərhələlərdə qaz hasilatının artırılması məsələləri də gündəmə gəldi: "Son illər Bakı Enerji Həftəsinin gündəliyində "yaşıl enerji" də yer tutur, çünki Azərbaycan bu sahədə də sürətlə irəliləyir. Enerji həftəsi ölkəmizə neft, qaz sahəsi ilə yanaşı, "yaşıl enerji" sektoruna da ciddi dividendlər verir. Tədbirlərdə qlobal miqyaslı nüfuzlu şirkətlər iştirak edirlər və onlar arasında əməkdaşlıq dərinləşir. Ötən il və hazırda keçirilən Bakı Enerji Həftəsi "yaşıl enerji" sahəsində imzalanan müqavilələrlə diqqəti çəkir. Bu müqavilələr Azərbaycanın bu sahədəki mövqeyini gücləndirir, "yaşıl enerji" sektoruna xarici investisiyaların cəlbinə xidmət edir. Məhz Bakı Enerji Həftəsi çərçivəsində ölkəmizin əsas rol alacağı "yaşıl enerji" dəhlizlərinin müzakirə mövzusu olması həm də gələcək planlardan xəbər verir. Bunlardan biri Qara dənizin altı ilə  enerji kabelinin çəkilməsini özündə ehtiva edən "Xəzər-Qara dəniz-Avropa" "yaşıl enerji" dəhlizi layihəsidir. Eyni zamanda Azərbaycan-Türkiyə-Avropa, Azərbaycan-Mərkəzi Asiya "yaşıl enerji" dəhlizləri də müzakirə mövzusudur. Azərbaycan təkcə "yaşıl enerji"nin istehsalı deyil, həm də ixracı ilə bağlı imkanları qiymətləndirir". 

İİTKM-in direktor müavini qeyd edib ki, qlobal şirkətlərdən biri olan BP Azərbaycanda "yaşıl enerji" sektroruna da investisiya qoyur. Builki Bakı Enerji Həftəsində bununla bağlı mühüm sənəd imzalanıb. Cəbrayıl rayonunda "yaşıl enerji" istehsalında BP və Azərbaycan şirkətləri yer alacaq və bu sahədə əməkdaşlıq dərinləşəcək. Buna paralel olaraq Naxçıvanda "yaşıl enerji" istehsalı və ixracı, işğaldan azad olunmuş ərazilərimizdə digər layihələrin icrası ilə bağlı məsələlər də müzakirə olunub. Bütün bunlar göstərir ki, Azərbaycan dünya miqyasında "yaşıl enerji"yə töhfə verən ölkələr sırasında yer alır. "Neft və qazla zəngin olan ölkəmiz bu sahədə də öz potensialını reallaşdırmaq istəyir. Bakı Enerji Həftəsinin bu baxımdan da ölkəmiz üçün mühüm rol oynayacağını düşünürəm. Qarşıdakı müddətdə Azərbaycan "yaşıl enerji"yə investisiya qoymaqla yanaşı, həm də enerji ixracatçısı mövqeyini qoruyub saxlayacaq.  "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da ölkənin hədəfi bundan ibarətdir ki, enerji qoyuluşu güclərində 2030-cu ildə "yaşıl enerji"nin payı 30 faizə çatdırılsın. Amma müzakirələr göstərir ki, Azərbaycan daha tez - 2027-ci ildə bu hədəfə çatacaq. Burada yeni ideyalar da meydana gəlir. Məsələn, builki Bakı Enerji Həftəsindəki müzakirələrdə "yaşıl enerji" ixracı ilə yanaşı, Qara dənizin dibi ilə data nəql edəcək, fiberoptik kabellərin çəkilməsi də müzakirə olunur. Göründüyü kimi, məsələ enerji müstəvisindən çıxaraq daha böyük və Azərbaycan üçün mühüm olan sahələri əhatə etməyə başlayıb. Bakı Enerji Həftəsində ən son trendlər izlənilir və süni intellektin sürətli inkişafının yaratdığı reallıqlar nəzərə alınır", - deyə R.Hüseyn əlavə edib.

İİTKM-in rəsmisi qeyd edib ki, ümumilikdə Bakı Enerji Həftəsində Azərbaycan iqtisadiyyatına töhfə verəcək layihələr müzakirə olunur, yeni ideyalar gündəmə gətirilir və qarşıdakı müddətdə bunların reallaşması istiqamətində atılacaq addımlar müəyyənləşdirilir. 


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!