06 İyul 2026 11:07
136
İQTİSADİYYAT
A- A+
Dünya bazarında neft qiymətlərinin enmə tendensiyası başlayıb

Dünya bazarında neft qiymətlərinin enmə tendensiyası başlayıb


Bir neçə həftə əvvəl dünya bazarında neft defisiti yaşanırdısa, bu gün artıq profisit müşahidə olunur ki, bu da qiymətlərə təsirsiz ötüşmür. Bir ay əvvəl neftin 1 barelinin qiyməti 100 dolları ötmüşdüsə bu gün 70 dollar ətrafında satılır.

AZƏRTAC xəbər verir ki, bazarın tələb və təklif prinsipinə əsasən bazara artıq həcmdə neft daxil olanda qiymətlər aşağı düşür. Bu gün Hörmüz boğazından tankerlərin sərbəst keçməsi qiymətləri sabit həddə saxlayır. Lakin İran-ABŞ razılaşmasına əsasən müvəqqəti olaraq İrana dünya bazarına neft ixrac etmək üçün sanksiyaların aradan qaldırılması, Rusiya iqtisadiyyatındakı gərginliyi aradan qaldırmaq üçün neft ixracını artırması qiymətlərin düşməsinə səbəb olub.

“Bloomberg” agentliyi beynəlxalq analitiklərin fikirlərini təhlil edərək qeyd edib ki, cari ilin sonuna kimi dünya bazarında neftin qiyməti 60 dollar və daha aşağı qiymətə satılacaq. Hələlik Avropa dövlətləri Körfəzdəki hərbi əməliyyatlar zamanı istifadə etdikləri ehtiyatların yerini doldurmağa çalışırlar. Bu proses başa çatdıqdan sonra qiymətlərdə yenə də enmə müşahidə olunacaq.

Dünya neft istehlakçıları arasında yüksək həcmdə neftə ehtiyacı olan Hindistan ilə Çinin neftayırma zavodları da iri həcmdə neft almağa başlayıblar. Həmçinin OPEC tərəfindən hasilatın daha da artırılması gözlənilir. Hazırda Hörmüz boğazının açılması ilə əlaqədar olaraq dünya bazarına gündəlik 60 milyon barel neft daxil olur.

“Citigroup”un proqnozuna əsasən, yay mövsümündə yanacağa tələbat qış mövsümünə nisbətən az olduğu üçün qiymətlərdə enmə prosesi davam edəcək. Eyni məsələ mayeləşdirilmiş təbii qaza (LNG) da aiddir. Avropa İttifaqı ölkələri anbarları boğaz açıq olduğu üçün anbarları tez bir zamanda dolduracaq və bundan sonra qazın da qiymətində enmə müşahidə olunacaq. Neftin qiymətinin aşağı düşməsi qlobal bazarlarda inflyasiyanın qarşısını alaraq istehlak mallarının qiymətinə təsir edəcək, nəticədə qiymətlər aşağı düşəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib VİDEO  

11:47
06 İyul

Malavi Respublikasının Prezidenti Zati-aliləri cənab Artur Piter Mutarikaya

11:43
06 İyul

Serbiya Rusiyaya sanksiyalar tətbiq etməyəcəyini bir daha bəyan edib

11:36
06 İyul

ADA Universiteti ilə CECECO arasında anlaşma memorandumu imzalanıb

11:34
06 İyul

Ciovanni Kristofoli: Enerji mənbələrinin şaxələndirilməsi getdikcə daha kritik əhəmiyyət kəsb edir  

11:32
06 İyul

Son iki gündə 81 cinayətin açılması təmin olunub

11:28
06 İyul

Rəqəmsal inkişaf Azərbaycanın yeni iqtisadi inkişaf modelinin əsas dayağıdır  

11:25
06 İyul

Hafiz Paşayev: XX Bakı Yay Enerji Məktəbinin iştirakçıları zəngin bilik və dəyərli təcrübə qazanacaqlar  

11:21
06 İyul

Dünya bazarında neft qiymətlərinin enmə tendensiyası başlayıb

11:07
06 İyul

“AzerGold” 10 illiyi münasibətilə sikkə kolleksiyasını təqdim edib

11:04
06 İyul

Muxtar Babayev: İqlim dəyişikliyi ilə bağlı fəlakətlərin intensivliyi sürətlə artır

11:01
06 İyul

DÇ-2026-da erkən final: Portuqaliya millisi İspaniyaya qarşı

10:51
06 İyul

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib  

10:42
06 İyul

XX Bakı Yay Enerji Məktəbi başlayır

10:36
06 İyul

Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycan–Aİ əməkdaşlığını yeni səviyyəyə yüksəldir

10:35
06 İyul

Xocalının Malıbəyli kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır  

10:31
06 İyul

Qızılın qiyməti son 2 həftənin maksimumuna yaxınlaşır 

10:23
06 İyul

FHN: Ötən həftə ərzində 593 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib

10:18
06 İyul

Kiyevə kütləvi hava zərbələri nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb

09:43
06 İyul

Yəməndə hökumət qüvvələri ilə şiddətli döyüşlərdə 50-dən çox husi silahlısı öldürülüb

09:18
06 İyul

Cəbrayıl sakini: İnanırdıq ki, gec-tez öz elimizə, obamıza qayıdacağıq

09:17
06 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!