21 May 2026 19:10
138
CƏMİYYƏT
A- A+
UN-Habitat: Dayanıqlı və aşağıkarbonlu şəhər inkişafında mənzil və iqlim siyasətlərinin inteqrasiyası vacibdir - YENİLƏNİB  

UN-Habitat: Dayanıqlı və aşağıkarbonlu şəhər inkişafında mənzil və iqlim siyasətlərinin inteqrasiyası vacibdir - YENİLƏNİB  


Milli iqlim planlarında şəhərlərin rolu əhəmiyyətli dərəcədə artır və şəhərəsaslı yanaşmalar iqlim siyasətinin əsas istiqamətlərindən birinə çevrilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Milli iqlim planlarının şəhər məzmunu ilə bağlı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) hesabatı” mövzusunda keçirilən tədbirdə bildirilib.

Tədbirdə qeyd olunub ki, UN-Habitat-ın yeni hesabatına əsasən, təqdim olunan yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC 3.0) 80 faizində şəhərlərlə bağlı tədbirlər əksini tapıb. Halbuki əvvəlki mərhələdə bu göstərici 49 faiz təşkil edirdi. Hesabat çərçivəsində 142 ölkənin milli iqlim planı təhlil olunub.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Koordinatoru Lea Ranalder bildirib ki, son illərdə şəhərlərin iqlim siyasətində rolu sürətlə güclənib və artıq əksər milli iqlim planlarında şəhər inkişafı məsələləri yer alır. Onun sözlərinə görə, milli iqlim planları ölkələrin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası qarşısında götürdüyü öhdəlikləri əks etdirir və bu sənədlər hər beş ildən bir yenilənərək emissiyaların azaldılması və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərini müəyyən edir. Lea Ranalder vurğulayıb ki, şəhərlər həm iqlim dəyişikliklərindən ciddi şəkildə təsirlənir, həm də həllərin əsas hissəsini təşkil edir. Buna görə də şəhərlərin milli iqlim planlarına daxil edilməsi konkret tədbirlərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə, həmçinin mənzil sektorunun iqlim dəyişiklikləri və şəhər infrastrukturu ilə daha sıx əlaqələndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bir çox milli iqlim planlarında dəniz səviyyəsinin qalxmasının və maliyyə bazarlarının mənzil sektoruna təsiri kimi məsələlər artıq nəzərə alınır.

UN-Habitat rəsmisinin sözlərinə görə, dayanıqlı və aşağıkarbonlu mənzil sisteminin qurulması üçün mənzil siyasəti şəhər infrastrukturu ilə inteqrasiya edilməlidir. Drenaj sistemləri, enerji təminatı, nəqliyyat şəbəkələri və tullantıların idarə olunması kimi xidmətlər yaşayış məhəllələri ilə birlikdə planlaşdırılmalıdır.

“Bu yanaşma mühüm irəliləyişdir. Çünki mənzil artıq yalnız tikili deyil, insanların həyat keyfiyyətini yaxşılaşdıran əsas vasitə və iqlim fəaliyyətinin başlanğıc nöqtəsi kimi qəbul olunur”, - deyə Lea Ranalder vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-İran danışıqları iyunun əvvəlində Pakistanda keçirilə bilər

22:51
21 May

Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi üzrə əməkdaşlığın vacibliyi qeyd edilib  

22:43
21 May

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib

22:40
21 May

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

22:31
21 May

Ukraynalı uşaqlar türk dilinə böyük maraq göstərirlər

22:01
21 May

Azərbaycan və Qırğızıstan parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər  

21:39
21 May

Çernobıl AES ətrafındakı heyvanlar aləmi alimləri təəccübləndirib

21:34
21 May

Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib

21:19
21 May

BBC-nin əməkdaşı: Azərbaycan xalqı çətinliklərə baxmayaraq qurub-yaradır 

21:06
21 May

Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib

20:49
21 May

CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib

20:43
21 May

Misirdə böyük neft-qaz yatağı tapılıb

20:33
21 May

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır 

20:17
21 May

Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb

20:11
21 May

WUF13 çərçivəsində “Bakı Baş Planı-2040”ın dayanıqlı şəhər inkişafı istiqamətlərindən danışılıb - YENİLƏNİB  

19:57
21 May

Xüsusi nümayəndə: Kəlbəcərdəki layihələr doğma torpaqlara həyatın yenidən qayıtdığını təcəssüm etdirir  

19:51
21 May

Xüsusi nümayəndə: Mənzil təminatı və sosial inklüzivlik Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir  

19:47
21 May

Rusiya Ermənistandan gül idxalını məhdudlaşdırıb

19:43
21 May

Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və dataəsaslı idarəetmə həlləri təqdim olunub  

19:41
21 May

Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar  

19:36
21 May

İlyas Demirci: Yaşayış sahələrimizi qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik

19:30
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!