23 İyul 2023 10:40
1654
Mədəniyyət
A- A+
Dulusçuluq min illər yol gələn sənət nümunəsidir

Dulusçuluq min illər yol gələn sənət nümunəsidir

 

Xalq sənətkarlığı nümunələri xalqların tarixini, mədəniyyətini, incəsənətini, bir sözlə, qədim  keçmişini öyrənmək üçün ən etibarlı vasitə hesab olunur. Min illər bundan əvvəl toxunmuş xalçalardakı ilmələr, naxışlar, butalar, çeşnilər, mis qablar üzərindəki oymalar, keramika ustalarının, dulusçuların gil qablar üzərində "saldıqları izlər" xalqımızın milyon illik tarixinin sübutu, mədəni  kimliyimizi təsdiq edən ən dəyərli  nümunələrdir. 
Dulusçuluq qədim sənət növlərindən biridir. Azərbaycanın dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlayırdılar. Etnoqrafık tədqiqatlar göstərir ki, məişətdə işlədilən dulusçuluq məhsulları  öz təyinatlarına görə bir neçə qrupa bölünürlər. Bunların arasında su qabları, yemək qabları, süd məhsulları üçün, eləcə də evlərin qızdırılması və işıqlandırılması üçün nəzərdə tutulan qablar əsas yer tutur.
Təkcə məişətdə işlədilən su qablarının bir neçə növü su daşımaq (səhəng, cürdək, bardaq, şəhrəng, kuzə), su saxlamaq və süfrədə işlətmək (küp, sürahı, qurqur, dolça, parç, tayqulp), yuyunmaq və dəstamaz almaq üçün (aftafa, lülyəin və s.) istehsal edilirdi. Ümumiyyətlə isə, dulus ustaları 50-dən çox müxtəlif növlü qab-qacaq istehsal etməyi bacarmışdılar.
Bədii keramika Azərbaycan sənətkarlığının ən qədim sahələrindən biri olub və bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən, qadınların məşğul olduğu dulusçuluq Eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər və bədii təkamül nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi. Yerli sakinlərdə estetik təsəvvürlərin formalaşması keramik məmulatlarda da tədricən dekorativ xüsusiyyətlərin artmasına gətirib çıxarmışdır. Sadə həndəsi və nəbati motivlər əvvəlcə qoruyucu və ovsun mahiyyətli olmuş, tədricən, onların dekorativ xüsusiyyətləri kəşf edildikcə, bəzək sistemlərinə çevrilmişlər.
İbtidai dövrdə zoomorf keramik qabların meydana gəlməsi qədim insanlarda totemistik və animistik anlayışların yaranması ilə əlaqələndirilir. Bu məmulatların ayin təyinatlı olması həmin qabların yalnız qəbir inventarında rast gəlinməsi ilə izah olunur.
Tunc və Dəmir dövrü keramikasının ayrıca istiqamətini boyalı qablar təşkil edir. Tunc və Dəmir dövrünü əhatə edən rəngli keramika mədəniyyəti bizə daha çox bədii ifadəli dekorasiyanın yeni imkanlarını və axtarışlarını nümayiş etdirir. Naxçıvanın Kültəpə adlanan nekropolunda aşkar olunmuş polixrom keramika bu sənətin yeni inkişaf mərhələsini əks etdirir. Bu dövrün bədii keramikasındakı dekor prinsipləri və bir çox motivləri Ön Asiya, Yaxın Şərq sivilizasiyaları ilə bədii-texnoloji əlaqələrin, təmasın olmasını sübut edir. Azərbaycan ərazisində mövcud olmuş antik Albaniya (Qafqaz) dövlətinin keramika sənətinə artıq Yunan-Roma sənətkarlığının təsiri izlənməkdədir. Yaloylu təpə (Qəbələ) keramikasının konstruktiv və plastik xüsusiyyətləri bu mədəni kontaktların bariz nümunəsidir.
Arxeoloji qazıntılar zamanı əldə edilmiş tapıntılar göstərir ki, keramika erkən Orta əsrlərdə də Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olmuşdur. Azərbaycanın Qəbələ, Beyləqan, Bakı, Mingəçevir, Naxçıvan və digər bölgələrində tapılmış saxsı məmulatları bu növün bədii və texnoloji xüsusiyyətləri haqqında bizə ətraflı məlumatlar verərək, keramik məmulatda dekorativliyin artmasını nümayiş etdirirlər. 
Mütəxəssislər dulusçuluq sənətini   iki böyük hissəyə bölürlər. Bunlardan birincisi, qırmızı gil keramika, ikincisi, cilalanmış qara rəngli keramikadır. 
Gil qablar kürədə bişərkən, gilin tərkibində olan dəmir duzları istiliyin təsiri nəticəsində dəmir oksidinə çevrilir. Dəmir oksidləri isə bişmiş qablara qırmızı, çəhrayı, qəhvəyi, sarımtıl, qırmızı rənglər verir. Qədim dulusçular gil qabları bu rənglərdən azad edib, onlara qara və boz rənglər vermək üçün texnoloji üsul axtarıb tapmışlar. Onlar bu üsulu kəşf edərkən fiziki qanuna, maddələrin istidən genişlənib, soyuqdan sıxılması halına əsaslanmışlar.
Eneolit dövründə başlayıb tunc dövründə ən yüksək zirvəsinə çatmış qara rəngli keramikanın yayılma ərazisi geniş olmuşdur. Arxeoloqlarımız qazıntılar zamanı Xanlar, Mingəçevir, Daşkəsən, Qazax və  digər bölgələrin ərazilərində  bu cür qablara daha tez-tez rast gəlirlər. Keramikadan düzəldilmiş qab-qacaqlar öz formalarından daha çox üzərindəki bəzəkləri ilə diqqəti cəlb etmişdir. Arxeoloqlarımız bu tip keramika nümunələri üzərində rast gəlinən naxış elementlərinin adi bəzək deyil, qədim yazı növləri (piktoqram) olduğu fikrini də irəli sürmüşlər. Qazax bölgəsinin Babadərviş adlı qədim yaşayış məskənindən bu tip yazılı qablar xüsusilə çox tapılmışdır. Qara keramika üzərində rast gəlinən müxtəlif mahiyyətli şəkil, naxış nümunələri o dövrdə əsasən iki üsulda icra olunurdu. Bunlardan biri cızma, o birisi isə inkrustasiya idi. Onu da qeyd etmək lazımdır ki, qara keramika mədəniyyəti bu dövrdə tək Şimali Azərbaycanda yox, Cənubi Azərbaycan ərazisində də öz yüksək inkişaf mərhələsini keçmişdir.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!