26 İyun 2025 08:37
598
SİYASƏT
A- A+
Dövlətin dayağı, xalqın güvənc yeri 

Dövlətin dayağı, xalqın güvənc yeri 


Azərbaycan bineyi-qədimdən qəhrəmanlar diyarı, igidlər məskənidir. Xalqımız hər zaman öz cəsur övladları ilə fəxr edib. Onların hünərini, mərdliyini nəğmələrdə, şeirlərdə tərənnüm edib, adlarına qəhrəmanlıq dastanları, nağıllar, əfsanələr qoşub. 

Ata nəsihəti, ana öyüdü...

Döyüşkən ruhlu bu xalqın igidləri yağıların canını lərzəyə salıblar. Qolları taqətdən düşəndə də, silahının gücü yetməyəndə də, düşmənə təslim olmayıblar. Çünki: "Keçmə namərd körpüsündən, qoy aparsın sel səni", "İgid oğul düşmənə əyilməz", - deyib atalarımız. Analarımız övladlarını düşmənlə döyüşə yola salanda onlara canlarını deyil, vətəni qorumağı tapşırıblar, yurdu əmanət ediblər. Şair Səməd Vurğunun "Ananın öyüdü" şeirində yazdığı kimi:

Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm.

Qulağında yaxşı qalsın mənim sənə öyüdüm:

Biz sənsiz də dolanarıq, uğur olsun yoluna,

Qılıncını çalan zaman qüvvət gəlsin qoluna!

Sən düşmənin qabağında igid tərpən vüqarla...

- deyib mərd analarımız.

Azərbaycanın ilk pedaqoq və jurnalist qadınlarından biri - Şəfiqə Əfəndizadə 1919-cu ildə "Azərbaycan" qəzetində dərc olunmuş "Vətən bizim sevgili anamızdır" adlı yazısında uşaqların milli ruhda böyüməsində anaların rolunu diqqətə çatdırırdı: "Halbuki millətimizə yaxışan şanlı əsgərlər bizim ağuşumuzdan doğmalıdır. Əsgərlərimizi müharibəyə biz təşviq etməliyiz. Kəndimiz çalışmalı, onlara nümunə olmalıyız. Bu sözü təklikdə həpimiz deyiriz. Həpimiz biliriz. Fəqət kim yapsın? Nə yapsın? Nasıl yapsın? Bunu yapacaq bizdən başqa bir qüvvət, bir amil varmı? Xayır! O halda, çalışmaq üçün kimdən dəvət gözləyiriz? Yapacaq, çalışacaq yenə kəndimiz deyilmiyiz? Hanı!  Yalamaya, müharibə meydanına vətən mühafizləri  göndərmişiz.

Onlar bizim can parçamız deyilmi? Onlar bizim qanımız, canımız deyilmi? Onlar bizim övladlarımız, qardaşlarımız deyilmi? Bəli. Onlar bizim ürəklərimizdən qopan, ağuşlarımızda böyüyən sevgili balalarımızdır. Onlar bizim namusumuzu müdafiə edənlərdir".

Şəfiqə Əfəndizadə bu yazını Azərbaycan xalqının çox ağır və məsuliyyətli bir dövründə qələmə almışdı.


Ordu qurmaq zərurəti...


1918-ci il mayın 28-də yaradılmış Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti daxili və xarici düşmənləri ilə üz-üzə idi. Müstəqil hökumətin ilk günlərindən qarşısında duran mühüm və təxirəsalınmaz vəzifələrdən biri ordu quruculuğu oldu. Ölkədəki mövcud hərbi-siyasi vəziyyət bu məsələni daha da vacib edirdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar cümhuriyyət hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Əlahiddə Azərbaycan Korpusu Müsəlman Korpusunun bazasında təşkil edildi.

Təəssüf ki, 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən ölkəmizin işğal olunması, Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə nəticələndi, cümhuriyyət hökumətinin ordu quruculuğu sahəsində həyata keçirdiyi mühüm işlər də yarımçıq qaldı. Müstəqilliyini itirən, yetmiş il sovet ittifaqının tərkibində qalan respublikamız bunun dəhşətli nəticələrini 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində yaşadı. Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağıldığı bir vaxtda yaranan siyasi qarışıqlığı fürsət bilən işğalçı ermənilər həmişə himayəsinə sığındıqlarından bu dəfə də hər cür yardım aldılar. Sovet Rusiyası hər zamankı kimi ikili siyasət yürütdü. Ermənilər tərəfindən yaradılmış münaqişəni bəhanə edərək azərbaycanlılardan ov tüfənglərini belə aldı. Qəsbkar erməniləri isə o dövrün müasir silahları, hərbi texnikası ilə təmin etdi. Beləliklə, mərd, cəsur, qorxmaz bir xalqı qəddar, qaniçən cinayətkarların qarşısında silahsız qoydular. 1990-cı illərdə erməni quldurları Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini dünyanın ən böyük imperiyalarından biri olmuş SSRİ-nin hərbi gücü sayəsində işğal etdilər. Birinci Qarabağ müharibəsində ermənilərin hərbi üstünlüyü müqayisəyəgəlməz olsa da, Azərbaycanın vətənpərvər övladları bu xalqın adına layiq olduqlarını döyüşərək göstərdilər.


Vətən uğrunda...


Qəsbkar Ermənistan 1990-cı illərdə Azərbaycanın iyirmi faiz ərazisini himayədarlarının yardımları, köməyi ilə ələ keçirə bildi. Və həmin ərazilərimizi - Qarabağı və Şərqi Zəngəzuru otuz ilə yaxın işğal altında saxlaya bildi. Ermənistanın XX əsrin sonlarında zəbt etdiyi Azərbaycan torpaqlarında at oynatması üçün bir sıra ölkələr və beynəlxalq təşkilatlar uzun illər boyu dondan-dona girdilər. Məqsədləri işğal müddətini uzatmaq idi. Güman edirdilər ki, bu yolla Qarabağı və Şərqi Zəngəzuru Azərbaycandan həmişəlik alıb Ermənistan ərazisinə çevirə biləcəklər. Lakin Prezident İlham Əliyev uca kürsülərdən qətiyyətlə bəyan edirdi: "Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın".

Azərbaycan dövləti və xalqı tarixinin bütün dövrlərində olduğu kimi, humanistlik göstərir, müharibə istəmir, məsələnin sülh yolu ilə həllinə səy göstərirdi. İşğalçı ölkənin silahlı qüvvələrinin təxribatlar törətməsi, Azərbaycan Ordusunun mövqelərini və mülki vətəndaşlarının yaşayış yerlərini iriçaplı silahlardan intensiv olaraq atəşə tutması Ermənistanın sülh istəmədiyinin bariz nümunəsi idi.  

Dövlətimizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bildirirdi ki, ölkəmizin hərbi potensialının gücləndirilməsi prioritetdir: "Bu, ölkəmizin təhlükəsizliyi üçün lazımdır".


Qələbə sevincləri


2016-cı ilin aprelində dünya Azərbaycan Ordusunun gücünü gördü. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin minlərlə hektarını azad etdi. Dördgünlük Aprel döyüşləri ilə Azərbaycan Ordusu xalqımıza ilk qələbə sevincini yaşatdı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı səbəbindən İkinci Qarabağ müharibəsi başladı. Lakin bu dəfə düşmənin qarşısında Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi güclü Azərbaycan Ordusu dayandı. Müasir silahlara malik, peşəkar hərbçiləri olan bu ordunun hər əsgəri və zabiti bir qəhrəmandı. 

Dövlətinin iqtisadi yüksəlişi, hərbi gücü Azərbaycan xalqında böyük ümidlər yaratmışdı. İkinci Qarabağ müharibəsinin ilk anlarından xalq artıq qalibiyyət ruhuna köklənmişdi. Ali Baş Komandan İlham Əliyevin qismən səfərbərlik əmrinə Azərbaycanın cəsur oğulları hərbi komissarlığa yollanaraq döyüşə getmək üçün etdikləri müraciətlə cavab verdilər. İkinci Qarabağ müharibəsində Dövlət-Xalq birliyi möhtəşəm və sarsılmaz oldu.

Müharibə 44 gün davam etdi. Həmin günlərdə arxa cəbhədə olan hər bir azərbaycanlının qəlbi, fikri, düşüncəsi Qarabağda, Şərqi Zəngəzurda işğalçı düşmənə qarşı döyüşlərdə iştirak edən igidlərimizin yanında idi. Bir də hər kəs intizarla, həyəcanla Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini gözləyirdi. Onun elə ilk sözlərindən, simasından növbəti qalibiyyət müjdəsi alacağını duyurdu.  

Azərbaycan Ordusu öz vətən torpaqlarını işğalçılardan azad edirdi. Haqq da, ədalət də, beynəlxalq hüquq da onun tərəfində idi.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan müharibəni 44 günə bitirdi və bu müharibə beynəlxalq hüquq çərçivəsində aparıldı: "Azərbaycan Ordusu qalib gəldi və orduda müharibə dövründə bir nəfər belə fərari olmadı, Ermənistan tərəfinin özünün yaydığı məlumata görə isə onların ordusunda 12 min fərari olub".

 Azərbaycan Ordusu isə hər addımda mətanət, dəyanət, cəsarət və peşəkarlıq nümunəsi ilə tarix yazdı. Bütün dünya hələ də o tarixi - İkinci Qarabağ müharibəsi tarixini heyrətlə yada salır.

Azərbaycan dövləti və xalqı sülh tərəfdarı olduğunu Zəfərlə başa vurduğu İkinci Qarabağ müharibəsindən sonra bir daha göstərdi. Dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi, müharibədən sonra sülhün də, sülh müqaviləsinin mətninin də təşəbbüskarı Azərbaycan oldu.

Təəssüf ki, Ermənistan müxtəlif bəhanələrlə sülh sazişinin bağlanmasını ləngidir. Himayəsinə sığındığı bəzi ölkələrdən silah-sursat almaqla sülhsevər olmadığını yenidən təsdiqləyir. Ancaq bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın bütün sahələri əhatə edən yüksəlişi ermənilərin məkrli planlarının onlara xeyir gətirməyəcəyini göstərir.

Hərbi potensialın gücləndirilməsi bu gün də ölkəmizdə prioritet məsələlərdəndir. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var".


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!