25 İyul 2026 08:50
218
İQTİSADİYYAT
A- A+
Dövlət Neft Fondu yarım ilin hesabatını açıqlayıb

Dövlət Neft Fondu yarım ilin hesabatını açıqlayıb


Fondun 72,6 milyard dollar aktivləri var


Azərbaycan  Respublikası Dövlət Neft Fondu (ARDNF)  2026-cı ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumat yayıb.Məlumatda bildirilir ki, göstərilən dövrdə fondun aktivləri 72,6 milyard dollar (123 milyard manat) təşkil edib. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan gəlirlər 3,6 milyard manat, neft-qaz sazişləri üzrə karbohidrogenlərin satışından gəlirlər 4,9 milyard manat olub. Dövlət büdcəsinə ARDNF tərəfindən 6,4 milyard manat köçürülüb.

Məlumatda eləcə də nəzərə çatdırılır ki, bu ilin əvvəlinə fondun aktivləri 73 milyard 542 milyon dollar (125 milyard 21 milyon manat), iyun ayının 30-na 72 milyard 596 milyon dollar (123 milyard 414 milyon manat) təşkil edib. Yanvar-iyun ayları ərzində ARDNF-nin ümumi gəlirləri 8 milyard 531,3 milyon manat, neft-qaz gəlirləri 4 milyard 953,4 milyon manat olub. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 milyard 577,9 milyon manat təşkil edib. Hesabat dövrü üzrə büdcə xərcləri də açıqlanıb: 6 milyard 449,7 milyon manat.

Neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı olan 4 milyard 953,4 milyon manat gəlirlərin 4 milyard 947,6 milyon manatı mənfəət neftinin və qazın satışındandır. Bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat, akrhesabı ödənişləri 4,9 milyon  manat təşkil edib. Sözügedən dövr ərzində ARDNF-yə "Azəri-Çıraq-Günəşli" yataqlarından 4 milyard 374,9 milyon manat, "Şahdəniz" yatağından (qaz və kondensat) isə 437,1 milyon manat məbləğində vəsait daxil olub.

Büdcə xərclərinə gəldikdə isə bildirilir ki, hesabat dövrü ərzində fondun 2026-cı il büdcəsinin icrası çərçivəsində 6 milyard 420 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Birinci yarımillikdə icrası davam edən layihələrə 14,3 milyon manat yönəldilib. O cümlədən "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 2,1 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"nın maliyyələşməsinə 12,3 milyon manat.

Sözügedən dövrdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,4 milyon manat təşkil edib. Qızılın qiymətinin və valyuta məzənnələrinin dəyişməsindən 3 milyard 688,1 milyon manat büdcədənkənar xərc yaranıb.

Bəs maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri necə olub? Cari ilin birinci rübündə başlanan ABŞ-İran münaqişəsi nəticəsində qlobal maliyyə və enerji bazarlarında yüksək volatillik müşahidə olunub və müharibə bütün investisiya istiqamətlərinə mənfi təsir göstərib. İkinci rüb ərzində isə müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunub. Müsbət gəlirlilik əldə edilib, qızıl isə idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə verib.

Birinci rübün əvvəlində investorların etibarlı aktivlərə yönəlməsi dövlət istiqrazlarının qiymətlərini dəstəkləyib. Rübün sonlarından etibarən bu meyil əksinə dönüb, neft qiymətlərinin kəskin artımı inflyasiya gözləntilərini yenidən gücləndirib və inkişaf etmiş ölkələrin bazarlarında istiqrazların dəyər itirməsinə səbəb olub. Enerji qiymətlərindən qaynaqlanan inflyasiya təzyiqi ən çox Avropa bazarlarına təsir edib, ABŞ dolları istiqraz subportfeli isə dövr ərzində nisbi dayanıqlılıq nümayiş etdirib.

Qlobal səhm bazarları birinci rübün əvvəlində müsbət nəticələr göstərib, lakin İran münaqişəsinin kəskinləşməsi və geosiyasi risklərin artması səbəbindən birinci rübün qalan hissəsində geriləyib. İkinci rübdə bazarlarda bərpa müşahidə edilib, süni intellekt sahəsinə investisiya marağı və atəşkəs danışıqları fonunda neft qiymətlərinin ucuzlaşması hesabına bu rüb 2020-ci ildən bəri səhm bazarları üçün ən uğurlu rüb olub. İkinci rübün sonunda texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqlar yarımkeçirici sektorunun səhmlərinə mənfi təsir göstərib və volatillik yenidən artıb.

Qızılın qiymətinin birinci rübün əvvəlində kəskin artmasına ABŞ dollarının zəifləməsi və investorların dövlət istiqrazları və valyutalardan real aktivlərə yönəlməsi kimi struktur amillər səbəb olub. Birinci rübün sonunda isə qiymətlər kəskin azalıb və real faiz dərəcələrinin artımı fonunda bu eniş ikinci rüb ərzində davam edib.

Qeyd edək ki, ARDNF Azərbaycanın neft-qaz sərvətlərinin xalqa davamlı şəkildə xeyir-bərəkət gətirməsi məqsədilə yaradılıb. Bu barədə fərmanı Ümummilli Lider Heydər Əliyev 1999-cu il dekabrın 29-da  imzalayıb. Bir il sonra - 2000-ci il dekabrın 29-da Ulu Öndərin növbəti fərmanı ilə ARDNF-nin Əsasnaməsi təsdiq olunub. Bundan yarım il sonra isə daha bir fərmanla fondun vəsaitlərinin yerləşdirilməsi qaydaları təsdiq edilib və qurum əməli fəaliyyətə başlayıb.

ARDNF-nin fəaliyyəti xeyirxah, məqsədyönlü və uzaqgörən siyasət əsasında qurulub. Qurumun qarşısında çox mühüm vəzifələr dayanır ki, onlardan da ölkədə makroiqtisadi sabitliyin qorunması, neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və s. xüsusilə əhəmiyyətli yer tutur. Fondun fəaliyyəti eləcə də ölkənin sosial-iqtisadi tərəqqisi naminə nəhəng ümummilli layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Neft ehtiyatlarının bərpa olunmadığı, yəni hasil edildikcə tükəndiyi hamıya yaxşı məlumdur. Ona görə neft fondunun ən başlıca vəzifələrindən biri gəlirlərin nəsillər arasında bərabər bölüşdürülməsi, gələcək üçün ehtiyat vəsaitlərin toplanmasıdır.

Azərbaycan Respublikası Dövlət Neft Fondu  yüksək reytinqə malik bir qurumdur. Belə ki, bu fond beynəlxalq tədqiqatlara  əsasən, dünyanın ən şəffaf suveren fondları arasında lider mövqelərdə, o cümlədən ilk beşlikdə qərarlaşıb. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

İki əsrin dialoqu: Bakıda tarixin və müasirliyin memarlıq harmoniyası

09:00
25 İyul

Sənaye zonaları: istehsalın çeşidi artır, ixracın coğrafiyası genişlənir

08:55
25 İyul

Dövlət Neft Fondu yarım ilin hesabatını açıqlayıb

08:50
25 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

08:45
25 İyul

Azərbaycanın liderlik missiyası 

08:40
25 İyul

Bundestaqın deputatı: "Azərbaycan-Almaniya tərəfdaşlığı yeni institusional mexanizmlərlə güclənir"

08:35
25 İyul

Azərbaycan-Almaniya Biznes Şurası uzunmüddətli iqtisadi tərəfdaşlığın güclənməsinə xidmət edəcək

08:30
25 İyul

"Qarabağın bərpası bütün türk dünyası üçün mühüm tarixi quruculuq prosesidir"

08:25
25 İyul

Almaniya və Azərbaycan faktlara əsaslanaraq keçmişə deyil, gələcəyə baxırlar

08:20
25 İyul

"Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı"

08:15
25 İyul

Mixael HARMS: "Almaniya-Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm addımdır"

08:10
25 İyul

Yüksələn beynəlxalq nüfuz, möhkəmlənən geostrateji mövqe

08:05
25 İyul

Cənubi Qafqazın aparıcı dövləti, qlobal siyasətin mühüm aktoru

08:00
25 İyul

R.E.Məmmədovun Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:19
25 İyul

R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:19
25 İyul

R.F.Aslanovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:16
25 İyul

R.F.Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

01:15
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!