25 İyul 2026 08:20
345
SİYASƏT
A- A+
Almaniya və Azərbaycan faktlara əsaslanaraq keçmişə deyil, gələcəyə baxırlar

Almaniya və Azərbaycan faktlara əsaslanaraq keçmişə deyil, gələcəyə baxırlar


Almaniyanın Cənubi Qafqaza marağının artması yalnız enerji sahəsində əməkdaşlıqla məhdudlaşmır. Azərbaycan Avropaya qaz ixracını artırmaqla qitənin enerji təhlükəsizliyində böyük rol oynayır. Bununla yanaşı Almaniya Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirməyə çalışır.

AZƏRTAC xəbər verir ki, 2022-ci ildə başlanan Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqının (Aİ) lider dövləti olan Almaniya Rusiya vasitəsilə Şərq ilə əlaqələrinə birdəfəlik son qoymaq qərarına gəldi ki, bu da yalnız iqtisadi deyil, həm də siyasi xarakter daşıyır. Bu barədə ABŞ, Çin, Belarus, Özbəkistan və digər postsovet ölkələrində səfir olmuş, diplomat Monfred Huterer hələ 2024-cü ildə dərc olunan "Epoxa dəyişikliyindən sonra Almaniyanın Mərkəzi Asiya siyasəti" məqaləsində yazırdı. Müəllif "epoxa dəyişikliyi" dedikdə, 2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonrakı dövrü nəzərdə tutur.

Səfir qeyd edir ki, Almaniya nəqliyyat, enerji, təbii sərvətlər sahəsində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrini tez bir zamanda genişləndirməli, bununla yanaşı Cənubi Qafqaz və Türkiyəni də əməkdaşlıq halqasına daxil etməlidir. Onun fikrincə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhlizi) ilə bağlı beynəlxalq konsorsium yaratmaq və alman firmalarını bu konsorsiuma daxil etmək lazımdır. O, Azərbaycanı Mərkəzi Asiya ilə əlaqələrdə əhəmiyyətli ölkə hesab edərək ona iqtisadi və siyasi dəstəyi əsirgəməməyi tövsiyə edir.

Bu tövsiyənin əsasında Rusiyadan enerji asılılığına son qoymaq istəyi dayanır. Mərkəzi Asiyanın zəngin təbii resurslarını Avropa bazarlarına çıxarmaq və enerji idxalını şaxələndirmək bu gün Avropanın əsas prioritetlərindən biridir. Qazaxısan, Özbəkistan və Azərbaycanın "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin reallaşması da Almaniya üçün mühüm xarakter daşıyır.

Almaniya Xarici İşlər Nazirliyinin məsləhətçisi, Bonn Universitetinin politologiya üzrə professoru Andreas Hayneman Qryüder Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfərini və səfər çərçivəsində imzalanan sənədləri qiymətləndirərək yerli mətbuata açıqlamasında deyib ki, Almaniya və Azərbaycan faktlara əsaslanaraq keçmişə deyil gələcəyə baxırlar. Onun fikrincə, bu gün əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün yaradılan əsaslar gələcək nəsillər üçün daha çox faydalı olacaq: "Prezident Əliyevin səfəri Almaniyanın resurslara çıxışını əks etdirir və Almaniya üçün milli maraqlar ümum-Avropa dəyərlərindən vacibdir".

Almaniya Avropada atom enerjisindən imtina edərək təmiz enerjiyə keçid edən ilk ölkədir. Bu günə kimi ölkə ərazisində 4 atom-elektrik stansiyasının fəaliyyəti dayandırılıb. Bu baxımdan Almaniya Mərkəzi Asiyanın alternativ və bərpaolunan enerji potensialından səmərəli istifadə etməyə çalışır. Bu məsələdə də Azərbaycan Almaniya üçün mühüm ölkədir. Ölkəmizin enerji tranziti imkanları və bunun üçün yaradılan infrastruktur da Almaniya üçün zəruridir. Bu infrastrukturdan Almaniya Mərkəzi Asiyadan elektrik enerjisi idxalında istifadə edəcək.  

Almaniya ilə Azərbaycanın münasibətlərindəki yeni mərhələnin perspektivlərinə baxdıqda demək olar ki, hər iki dövlət praqmatik siyasi xəttin tərəfdarıdır. Bu isə maraqların uzlaşmasına əsaslanır. Azərbaycan etibarlı tərəfdaş olduğunu nümayiş etdirib və Almaniya ilə enerji, nəqliyyat və tranzit sahədə əlaqələrini davam etdirmək niyyətindədir.

Son dövrlər Azərbaycanın ABŞ, Çin, Almaniya kimi qlobal siyasətdə söz sahibi olan dövlətlərlə əlaqələrini inkişaf etdirməsi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Bu siyasət sayəsində Azərbaycan regionda sabitlik adasını xatırladır. Cənubda və şimaldakı müharibələrin ölkəmizə sirayət etməməsi üçün dövlət başçımızın səyləri danılmazdır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

İki əsrin dialoqu: Bakıda tarixin və müasirliyin memarlıq harmoniyası

09:00
25 İyul

Sənaye zonaları: istehsalın çeşidi artır, ixracın coğrafiyası genişlənir

08:55
25 İyul

Dövlət Neft Fondu yarım ilin hesabatını açıqlayıb

08:50
25 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

08:45
25 İyul

Azərbaycanın liderlik missiyası 

08:40
25 İyul

Bundestaqın deputatı: "Azərbaycan-Almaniya tərəfdaşlığı yeni institusional mexanizmlərlə güclənir"

08:35
25 İyul

Azərbaycan-Almaniya Biznes Şurası uzunmüddətli iqtisadi tərəfdaşlığın güclənməsinə xidmət edəcək

08:30
25 İyul

"Qarabağın bərpası bütün türk dünyası üçün mühüm tarixi quruculuq prosesidir"

08:25
25 İyul

Almaniya və Azərbaycan faktlara əsaslanaraq keçmişə deyil, gələcəyə baxırlar

08:20
25 İyul

"Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı"

08:15
25 İyul

Mixael HARMS: "Almaniya-Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm addımdır"

08:10
25 İyul

Yüksələn beynəlxalq nüfuz, möhkəmlənən geostrateji mövqe

08:05
25 İyul

Cənubi Qafqazın aparıcı dövləti, qlobal siyasətin mühüm aktoru

08:00
25 İyul

R.E.Məmmədovun Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:19
25 İyul

R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:19
25 İyul

R.F.Aslanovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:16
25 İyul

R.F.Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

01:15
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!