17 May 2025 08:45
661
CƏMİYYƏT
A- A+
Dövlət idarəetməsinin informasiya təminatı və media ilə işin təşkili

Dövlət idarəetməsinin informasiya təminatı və media ilə işin təşkili


Müasir dövrün tələbləri və texnologiyanın sürətli inkişafı dövlət idarəetməsində informasiya təminatının və media ilə işin təşkilinin əhəmiyyətini artırıb. Dövlətin şəffaf və səmərəli fəaliyyət göstərməsi, vətəndaşların dövlət orqanları ilə əlaqələrinin optimallaşdırılması, cəmiyyətin müxtəlif sahələrində dövlətin fəaliyyəti barədə məlumatlılığın təmin edilməsi üçün düzgün, effektiv informasiya siyasətinin həyata keçirilməsi vacibdir. 

Bu, eyni zamanda dövlətin ictimaiyyətlə münasibətlərinin inkişafını və media ilə əlaqələrinin səmərəli təşkilini tələb edir.

Azərbaycan Respublikasında da bu istiqamətdə mühüm islahatlar həyata keçirilmiş və dövlət idarəetməsində informasiya təminatı, media ilə işin təşkili strateji hədəflərdən biri kimi müəyyən edilmişdir. Dövlət idarəetməsinin informasiya təminatı və media ilə işin təşkili yalnız hüquqi və institusional çərçivələrdə deyil, həm də informasiya məkanının bütün iştirakçıları ilə düzgün əlaqələr qurulmasını tələb edir. Bu sahədə Azərbaycan Respublikası müxtəlif qanunvericilik və normativ aktlar qəbul edərək informasiya təminatını təkmilləşdirmişdir. Müvafiq qanunlar, xüsusilə "İnformasiya əldə etmək haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunları dövlətin informasiya siyasətinin əsas çərçivəsini müəyyən edir.

İnformasiya əldə etmək hüququ və media azadlığı Azərbaycanın Konstitusiyasında qorunan əsas hüquqlar sırasındadır. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi vətəndaşların informasiya əldə etmək hüququnu təmin edir və dövlət orqanlarının fəaliyyətinə dair məlumatların açıq olmasını şərtləndirir. Bu hüququn təmini və inkişafı çərçivəsində dövlət qurumlarının informasiya təminatının keyfiyyətini artırmaq, media ilə əlaqələrini gücləndirmək üçün müxtəlif təkmilləşdirmə mexanizmləri tətbiq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları əsasında Elektron Hökumət platformalarının inkişafı da dövlət idarəetməsinin informasiya təminatını optimallaşdırmışdır. 

Azərbaycan hökuməti informasiya təminatının gücləndirilməsi və ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra islahatlar həyata keçirmişdir. Bu islahatlar arasında açıq hökumət təşəbbüsləri, elektron hökumət layihələri və media sahəsindəki yeni təşəbbüslər xüsusilə diqqət çəkir.

"ASAN xidmət" və "e-Gov" kimi layihələr elektron hökumət xidmətlərinin inkişafını, vətəndaşların dövlət xidmətlərinə daha rahat çıxışını təmin edir. Bu platformalar dövlət orqanlarının fəaliyyətini vətəndaşlara daha açıq göstərir və informasiya əldəetmə prosesini sürətləndirir.

"ASAN xidmət" mərkəzləri dövlət xidmətlərinin təqdimatında böyük irəliləyişə səbəb olmuşdur. Bu mərkəzlər vətəndaşlara yüksək keyfiyyətli və vaxtında dövlət xidmətləri göstərir. Eyni zamanda "e-Gov" sistemi də dövlət- vətəndaş əlaqələrini yeni bir səviyyəyə çatdırıb. Burada vətəndaşlar bir çox xidmətlərə onlayn şəkildə müraciət edə bilirlər. Bununla yanaşı, "Açıq Hökumət Məlumatları" portalı da Azərbaycan Respublikası dövlət qurumlarının şəffaflığını artırmaq məqsədini daşıyır. 

Dövlətin fəaliyyətini cəmiyyətə çatdırmaq və ictimai rəyi formalaşdırmaq baxımından media ilə qarşılıqlı əlaqələrin düzgün qurulması vacibdir. Bu məqsədlə Azərbaycan Respublikasının dövlət qurumları mətbuat xidmətlərini gücləndirərək, media ilə əlaqələrini daha da təkmilləşdirmişdir.

Azərbaycan Respublikasında Medianın İnkişafı Agentliyinin yaradılması media sahəsində islahatların aparılmasında və peşəkar jurnalistlərin hazırlanmasında mühüm addım olmuşdur. Agentlik media sahəsinin tənzimlənməsi, jurnalistlərin hüquqlarının qorunması və peşəkar inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir. 

Dövlət idarəetməsində media ilə işin düzgün təşkili ictimaiyyətin dövlət siyasətinə olan inamını artırır, informasiya təhlükəsizliyini təmin edir və şəffaflığı gücləndirir. Bu sahədə media ilə əməkdaşlığın inkişafı və kommunikasiya strategiyalarının təkmilləşdirilməsi müasir dövlət idarəetməsinin ayrılmaz hissəsinə çevrilib. Ölkəmizdə bu istiqamətdə atılan addımlar - dövlət qurumlarında peşəkar mətbuat xidmətlərinin formalaşdırılması, sosial media vasitəsilə məlumatlandırmanın gücləndirilməsi və şəffaflığın artırılması dövlət-media münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına xidmət edir. Bu baxımdan, dövlət idarəetməsində media ilə əlaqələrin gücləndirilməsi üçün davamlı islahatlar aparılır, yeni kommunikasiya texnologiyalarından istifadə genişləndirilir və ictimaiyyətlə əlaqələrdə şəffaflıq əsas prinsip kimi qorunur.

Sosial media və rəqəmsal platformalar dövlət idarəçiliyi üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Son illərdə dövlət qurumlarının "Tviter", "Feysbuk", "İnstaqram" və sair bu kimi sosial media platformalarında fəaliyyəti ilə ictimai ünsiyyətdə yeni dövr başlayıb. Bu platformalar vətəndaşların dövlətin fəaliyyəti haqqında operativ, dəqiq məlumatlarla təmin edilməsi, ictimai rəy və təkliflərin qəbulu üçün səmərəli vasitəyə çevrilib.

Müasir dövrdə məlumatların doğruluğu və etibarlılığı, eləcə də internet üzərindən yayılan saxta xəbərlər və dezinformasiyanın qarşısının alınması məsələləri dövlətin informasiya siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. 

Dezinformasiyaya qarşı mübarizə məqsədilə müxtəlif təhlil və araşdırmalar aparılır, jurnalistlər və ictimaiyyət məlumatlandırılır. Kibertəhlükəsizlik sahəsində atılan addımlar və müxtəlif kibermüdafiə tədbirləri dövlətin informasiya təhlükəsizliyini qorumağa yönəlmişdir. Elə bu tədbirlərdən biri də dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədilə "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası"nın qəbul edilməsidir. Bu strategiya yalnız texnoloji yenilikləri dəstəkləməklə kifayətlənmir, eyni zamanda dövlət idarəçiliyi, iqtisadiyyat, elm və təhlükəsizlik sahələrində süni intellektin effektiv istifadəsini təmin etməyə yönəlib. Süni intellektin inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramı bu sahənin planlı şəkildə inkişaf etdirilməsinə və gələcək çağırışlara uyğun olaraq idarə edilməsinə imkan yaradır.

Süni intellektin inkişafı üzrə qəbul edilən dövlət proqramı Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın və dövlət idarəçiliyinin modernləşməsində mühüm rol oynayacaq. Proqramın icrası kibertəhlükəsizliyi gücləndirəcək, insan kapitalını inkişaf etdirəcək və ölkədə innovasiyaların sürətli inkişafına şərait yaradacaq. Dövlət proqramının strateji məqsədləri süni intellektin təhlükəsiz, etik və effektiv tətbiqini təmin etməklə, Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatda mövqeyini möhkəmləndirməkdir. Bu istiqamətdə atılan addımlar süni intellektin yalnız innovasiya aləti kimi deyil, həm də dövlət təhlükəsizliyi, informasiya idarəçiliyi və ictimai rifahın artırılması üçün mühüm vasitə olduğunu göstərir. Beləliklə, qəbul olunan dövlət proqramı süni intellektin məsuliyyətli və dayanıqlı inkişafını təmin edərək, Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran əsas sütunlardan birinə çevrilir.

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da hər bir sivil cəmiyyətin inkişaf göstəricisi hesab olunan söz və məlumat azadlığının təmin olunması, medianın fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Bu gün muxtar respublikada yaradılan yardıcılıq mühiti jurnalistlərin istənilən mövzuda sərbəst material hazırlamasına, araşdırma aparmalarına imkan verir. Bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş Naxçıvan mediasını da əhatə edib. Mətbuat orqanlarına, teleradiolara olan hərtərəfli dövlət qayğısı yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olub.

Naxçıvan televiziyasının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanı olan "Şərq qapısı" qəzetinin internet saytlarının, media hesablarının operativ fəaliyyətinin təmin olunması, Naxçıvan televiziyasının və radiosunun internet üzərindən yayımlanması, muxtar respublikada ölkə telekanallarının və informasiya agentliklərinin müxbir postlarının faəliyyət göstərməsi, mərkəzi media qurumlarının muxtar respublikadakı nümayəndələri ilə sıx əlaqələrin yaradılması, bununla da Naxçıvan mediasının vahid komanda şəklində hərəkət etməsi, işin daha da optimallaşdırılması, yeni texnologiyaların iqtisadiyyatın və həyatın bütün sahələrində tətbiqi, sürətli internetə çıxış imkanlarının yaradılması Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə daha operativ çatdırılmasına imkan verir. 

Dövlət orqanlarının fəaliyyəti ilə bağlı mətbuata açıq informasiyalar - ümumiləşdirilmiş statistik məlumatlar, aylıq və rüblük hesabatlar, əhaliyə göstərilən ictimai xidmətlər haqqında məlumatlar, açıqlanması qanunvericiliklə müəyyənləşdirilən digər informasiyalar internet saytlarında ictimailəşdirilərək geniş oxucu kütləsinə çatdırılır. Dövlət qurumlarının internet saytları mütəmadi yenilənir və informasiya yükü artırılır. Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialı haqqında qurumların internet saytlarında məlumatlar, fotoşəkillər və videolar yerləşdirilir, təbliğat işi aparılır.


Rəmzi İBRAHİMOV,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!