"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844; 2001, № 7, maddə 470, № 10, maddə 640; 2002, № 12, maddə 725; 2003, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004, № 9, maddə 678; 2005, № 5, maddə 400; 2006, № 7, maddə 590; 2007, № 5, maddə 452, № 6, maddə 599, № 11, maddə 1097; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2013, № 10, maddə 1146; 2014, № 5, maddə 477; 2015, № 9, maddə 999; 2016, № 8, maddə 1384; 2019, № 3, maddə 413, № 5, maddə 826, № 6, maddə 1036; 2021, № 1, maddə 41; 2022, № 5, maddə 455, № 12, maddə 1443; 2023, № 1, maddə 75; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli 2077 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları"nın 4.2-ci bəndinin onuncu abzası on birinci abzas hesab olunsun və aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
"Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar icarəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi icarəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya icarəçi tərəfindən təmin edilir.".
2. Həmin Fərmanla təsdiq edilmiş "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları" üzrə:
2.1. aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:
"3.4-1. Bu Qaydaların 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar hərracda iştirak etmək istəyən şəxslərdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi hərracda iştirak etmək istəyən şəxslərin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya həmin şəxslər tərəfindən təmin edilir.";
2.2. 3.6-cı bəndin dördüncü abzasına "tam şəkildə təqdim olunmadıqda" sözlərindən sonra "(bu Qaydaların 3.4-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
3. Həmin Fərmanla təsdiq edilmiş "Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı Qaydaları" üzrə:
3.1. aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:
"3.3-1. Hərracda iştirak etmək üçün nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.";
3.2. 3.6-cı bəndin dördüncü abzasına "tam şəkildə təqdim olunmadıqda" sözlərindən sonra "(bu Qaydaların 3.3-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2023-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində işt...
26 Aprel
Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB...
26 Aprel
Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib...
26 Aprel
“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridi...
26 Aprel
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
26 Aprel
Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib
26 Aprel
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər
26 Aprel
Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflas...
26 Aprel
“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB
26 Aprel
Almaniyada əsgər çatışmır
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!