27 May 2025 19:29
716
İQTİSADİYYAT
A- A+
Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  


Mayın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası olub.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Azər Əmiraslanov iclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) və 2024-cü ilin büdcəsinin icrası barədə hesabatın müzakirə olunacağını söyləyib. O, bu sənədlərin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyini deyib.

Azər Əmiraslanov məsələ ilə əlaqədar fikirlərini açıqlayaraq “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və müvafiq hesabatın büdcə qanunvericiliyinin tələblərinə uyğun tərtib edildiyini, layihə ilə bağlı Hesablama Palatasının geniş rəyinin təqdim olunduğunu deyib. Komitə sədri büdcə parametrlərinin, o cümlədən büdcə gəlirləri, xərcləri və kəsirinin, habelə büdcə qaydasının əhəmiyyətindən danışıb. Ölkə Prezidenti tərəfindən büdcə siyasətinin prinsip və hədəflərinin müəyyən edildiyini vurğulayıb. O, dövlətimizin başçısının büdcənin maksimum dərəcədə icra edilməsi, maliyyə intizamının daha da yüksək səviyyədə olması, şəffaflığın tam şəkildə təmin edilməsi, büdcə xərclərinin strukturuna yenidən baxılması və büdcə vəsaitinin qənaətlə xərclənməsi, bütün cari xərclərimizinqeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsi kimi tövsiyələrini nəzərə çatdırıb. Bu tezislərin konseptual yanaşma olmaqla bərabər, həm də özündə sosial-iqtisadi, o cümlədən büdcə siyasətinin hədəf və prinsiplərini çox aydın şəkildə əks etdirdiyini vurğulayıb.

A.Əmiraslanov 2024-cü ilin büdcəsinin ötən ildə müxtəlif istiqamətlər üzrə dövlət siyasətinin reallaşması üçün etibarlı maliyyə təminatı olduğunu və əlverişli makroiqtisadi şəraitdə icra olunduğunu söyləyib. Qeyd edib ki, büdcənin icrası 4,1 faizlik iqtisadi artımla, 2,2 faizlik ortaillik inflyasiya ilə müşayiət edilib. O, büdcənin gəlir və xərcləri üzrə icrasını, büdcə kəsirinin və dövlət borcunun səviyyəsini, büdcə qaydasına tam riayət edilməsini müsbət dəyərləndirib.

Sonra maliyyə naziri Sahil Babayev Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında hesabatı təqdim edib. O, bildirib ki, qlobal və regional müstəvidə cərəyan edən hadisələr fonunda 2024-cü il Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmiz üçün sabitlik, təhlükəsizlik, sosial-iqtisadi inkişaf göstəriciləri və nailiyyətlərlə yadda qalıb. Dövlət büdcəsində nəzərdə tutulmuş gəlir və xərclər müsbət dinamika ilə icra olunub. Ötən il neft və qeyri-neft sektorları üzrə ümumi daxili məhsulun (ÜDM) istehsalında artım qeydə alınıb, illik inflyasiya hədəf diapazonunda qərarlaşıb, cari əməliyyatlar balansında profisit formalaşıb, milli valyutanın sabitliyi qorunub, valyuta ehtiyatları beynəlxalq normaları və xarici borc göstəricisini əhəmiyyətli dərəcədə üstələyib.

Nazir nəzərə çatdırıb ki, 2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 4,1 faiz artaraq, 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat təşkil edib. Ötən ildə adambaşına düşən ÜDM 3,6 faiz artaraq 12,4 min manat olub. Qeyri-neft-qaz sektorunda 6,2 faizlik real artım qeydə alınıb. Fiskal və monetar siyasətlərin sıx əlaqələndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyini təmin edib. Ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faiz artaraq 83,1 milyard manat təşkil edib, hər nəfərə düşən gəlir orta hesabla 8144,1 manata çatıb. Cari ilin əvvəlinə ölkənin valyuta ehtiyatları 71 milyard ABŞ dolları təşkil edib. “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 ABŞ dolları səviyyəsində qərarlaşıb, 2024-cü ilin dövlət büdcəsi üzrə göstəricilərlə müqayisədə 10,5 faiz artıb. O, qeyd edib ki, ötən il çoxsaylı infrastruktur layihələri, Böyük Qayıdış proqramı, ölkənin sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn tapşırıqlar icra olunub, habelə əhalinin sosial, tibbi müdafiəsini təmin edən sosial islahatlar davam etdirilib, bununla yanaşı fiskal çərçivə də qorunub.

Bildirilib ki, 2024-cü ildə dövlət büdcəsinin mədaxili 37,2 milyard manat olmaqla, proqnoza qarşı 774 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 1,9 milyard manat və ya 5,5 faiz çox icra edilib. Qeyri-neft sektoru üzrə daxilolmalar proqnozla müqayisədə 573 milyon manat və ya 3,1 faiz çox icra olunaraq 19,2 milyard manat təşkil edib. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorundan daxilolmaların payı 3,1 faiz-bəndi artaraq, 48,5 faizdən 51,6 faizə yüksəlib.

Ötən il vergi orqanları xətti ilə büdcəyə 15,8 milyard manat, gömrük orqanları xətti ilə isə 6,6 milyard manat vəsaittəmin edilib. Vergi orqanları xətti ilə daxil olan vəsaitin 11 milyard manatı və ya 70 faizi qeyri-neft, 4,8 milyard manatı və ya 30 faizi neft sektorunun payına düşür. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 548 milyon manat və ya 2023-cü illə müqayisədə 67 milyon manat çox olub. Hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu həcmdə, yəni 12,8 milyard manat transfert edilib.

Çıxışının sonunda nazir 2024-cü ildə dövlət və icmal büdcələrinin icrası zamanı Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında qoyulan vəzifələrin maliyyələşdirilməsinin təmin edildiyini bildirib.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata palatanın rəyini təqdim edib.

Palata sədri qanun layihəsinin və hesabatın ümumilikdə mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını bildirib. Ötən ilin dövlət büdcəsinin icrasının büdcə parametrlərinə, ölkənin strateji sənədlərinə uyğunluğu barədə ali audit orqanın mövqeyini diqqətə çatdıran Vüqar Gülməmmədov gəlir və xərc göstəricilərindəki məqamlardan söz açıb.

Bildirilib ki, Hesablama Palatası tərəfindən 2024-cü ilin dövlət büdcəsinin icrasına dair rəyin tərtib edilməsi zamanı 173 qurum üzrə 32,1 milyard manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 85,2 faizini təşkil edir. Ümumilikdə, təhlilin əhatə dairəsi əvvəlki ilə nəzərən 0,9 milyard manat artıb.

2024-cü ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə dövlət büdcəsinin gəlirləri çox icra edilib, layihədə göstərilmiş mədaxil mənbələrinə münasibətdə proqnoz göstəricilər 15 mənbə üzrə artıqlaması ilə, 4 mənbə üzrə kəsirlə, 3 mənbə üzrə isə proqnozla eyni səviyyədə yerinə yetirilib.

Məsələ ilə bağlı müzakirələrdə çıxış edən deputatlar 2024-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatın yüksək səviyyədə hazırlandığını, iqtisadi hədəflərə uyğun olduğunu, habelə Hesablama Palatasının rəyinin obyektiv və dolğun şəkildə tərtib edildiyini bildiriblər, bəzi qeyd və təkliflərini də səsləndiriblər.

Maliyyə naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin konstruktiv və məhsuldar keçdiyini deyən Azər Əmiraslanov büdcə qanunvericiliyinin tələblərinə riayət edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini, Hesablama Palatasının rəy və tövsiyələrinin faydalı olduğunu söyləyib. Maliyyə Nazirliyi və Hesablama Palatası arasında əməkdaşlığın gücləndiriıməsinin əhəmiyyətindən danışıb. Büdcə sisteminin davamlı olaraq təkmilləşdirilməsi istiqamətində addımların atıldığını bildirib.

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!