13 Avqust 2026 14:55
140
SİYASƏT
A- A+
Dövlət başçısının muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

Dövlət başçısının muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi


Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına budəfəki səfəri regionun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Səfər çərçivəsində istifadəyə verilən sosial obyektlər və Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində verdiyi mesajlar Naxçıvanın təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və sosial inkişaf baxımından yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA qəzetimizə açıqlamasında deyib ki, Prezidentin Naxçıvana 17-ci səfəri çərçivəsində verdiyi mesajların əsas qayəsini muxtar respublikanın dayanıqlı və hərtərəfli inkişafının təmin olunması təşkil edir. Dövlətimizin başçısı vurğulayıb ki, Naxçıvanın inkişafı daha geniş coğrafiyanın iqtisadi və nəqliyyat imkanlarına təsir göstərən strateji prosesdir. “Naxçıvanın hərtərəfli inkişafı sistemli xarakter daşıyır və müxtəlif istiqamətlərdə atılan addımlar vahid inkişaf strategiyasının tərkib hissəsidir. Naxçıvanın strateji coğrafi mövqeyi onun təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsini zəruri edir. Cənab Prezidentin də söylədiyi kimi,  Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet istiqamətlərdən biridir: “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”. Bu mesaj Azərbaycanın Naxçıvanın təhlükəsizliyinə verdiyi strateji əhəmiyyətin göstəricisidir. Müasir hərbi texnika, yeni komando qüvvələri və Əlahiddə Ordunun imkanlarının gücləndirilməsi Naxçıvanın müdafiə qabiliyyətinin davamlı şəkildə artırılmasına xidmət edir”, – deyə o bildirib.

Naxçıvanın həm də sənaye və enerji mərkəzinə çevrildiyini söyləyən deputat qeyd edib ki, burada Sənaye Parkının təməlinin qoyulması regionda istehsal imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması və iqtisadi fəallığın artırılması baxımından mühüm addımdır. Bununla yanaşı, sənaye parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası nəzərdə tutulur. Naxçıvan həm də Günəş enerjisi potensialının yüksək olması ilə fərqlənir. 600 hektardan artıq ərazidə yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır. Prezident Naxçıvanda Günəş enerjisi istehsalının gələcəkdə ən azı 500 meqavat, potensial olaraq isə 1000 meqavata çata biləcəyini bəyan etdi. Beləliklə, Naxçıvan gələcəkdə enerji ixrac edən mühüm mərkəzlərdən birinə çevriləcək.

N.Məmmədova bildirib ki, Zəngəzur dəhlizi də Naxçıvanın strateji əhəmiyyətini artıracaq: “Prezident bu xüsusda qeyd etdi ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən strateji nəqliyyat bağlantısı olmaqla yanaşı, daha geniş regional nəqliyyat sisteminin mühüm hissəsinə çevriləcək. Dövlət başçımızın açıqlamalarından aydın olur ki, Azərbaycanın əsas hissəsində Horadiz-Ağbənd istiqamətində həm avtomobil, həm də dəmir yolu layihələri sürətlə həyata keçirilir. Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun bərpası üzrə işlər davam etdirilir. Xüsusilə diqqətçəkən məqamlardan biri Naxçıvan dəmir yolunun gələcəkdə 15 milyon ton yükdaşıma qabiliyyətinə çatdırılması planıdır. Bu isə Naxçıvanın regional tranzit qovşağına çevrilməsi üçün ciddi iqtisadi potensial yaradır. Bu baxımdan Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı baxımından da böyük əhəmiyyət daşıyır. Naxçıvanın bu dəhlizlərin kəsişməsində yerləşməsi onun regional iqtisadi çəkisini əhəmiyyətli dərəcədə artırır”.

Deputat vurğulayıb ki, Prezidentin Azərbaycan televiziyasına müsahibəsində diqqətçəkən digər məqam Zəngəzur dəhlizi üzrə gələcəkdə elektrik xətlərinin, fiber-optik kabellərin, zərurət yaranacağı təqdirdə isə digər enerji infrastrukturlarının yaradılması imkanlarının nəzərdən keçirilməsidir. Bu o deməkdir ki, Zəngəzur dəhlizi daha geniş geoiqtisadi layihəyə çevrilir. Səfər zamanı Naxçıvanın tarixi-mədəni irsinə də xüsusi diqqət yetirilib. Möminə Xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər dövlətin tarixi abidələrin qorunmasına münasibətinin göstəricisidir. Dövlət başçımızın da söylədiyi kimi, “bütün görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır”. Yəni, tarixi irsin qorunması, milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi də dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

N.Məmmədova qeyd edib ki, Naxçıvanın inkişaf strategiyasında sosial məsələlər də əsas prioritetlər sırasındadır: “Səfər zamanı DOST Mərkəzinin açılışı, “ASAN xidmət” sisteminin fəaliyyəti, yeni elektrik avtobuslarının təqdimatı, şəhərlərarası və rayonlararası nəqliyyatın yaxşılaşdırılması ilə bağlı qərarlar bu istiqamətdə atılan addımlar sırasındadır. Bu layihələr birbaşa insanların gündəlik həyatına təsir edən məsələlərin həllinə yönəlib. Cənab Prezidentin verdiyi əsas mesajlardan biri də Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsidir. Dövlət başçımız söylədi ki, Naxçıvan, azad olunmuş ərazilər – Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Bu yanaşma üç region arasında iqtisadi, nəqliyyat, enerji və sosial əlaqələrin gələcəkdə daha da gücləndirilməsini nəzərdə tutur. Xüsusilə Zəngilanla Ordubad arasındakı coğrafi yaxınlıq bu ərazilərin regional inkişaf baxımından bir-birini tamamlayan məkanlara çevrilməsi üçün imkan yaradır. Qarabağ və Şərqi Zəngəzurla bərabər Naxçıvanın da yaşıl enerji zonası kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Batareya saxlanc qurğularının yaradılması isə bərpaolunan enerji mənbələrindən daha səmərəli istifadə imkanlarını genişləndirəcək”.

Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən idarəetmə modelinin Naxçıvanda da tətbiqi dövlət idarəçiliyinin çevikliyinin artırılmasına yönəlib. Burada əsas məqsəd muxtar respublikanın statusunu qorumaqla idarəetmənin daha səmərəli qurulması, kadr və struktur islahatlarının inkişaf məqsədlərinə uyğunlaşdırılmasıdır. Ən əsas məsələ isə budur ki, dövlət başçısının da söylədiyi kimi, planlar böyükdür və bu planların icrası ilə bağlı heç bir şübhə yoxdur.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiya XİN-i Rusiyaya sərt etirazını bildirib

16:05
13 Avqust

Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki regionunu deyil, həmçinin Çini Avropa ilə birləşdirəcək

16:00
13 Avqust

Prezidentin Naxçıvan səfəri: Yüksək diqqətin və strateji baxışın təzahürü  

15:55
13 Avqust

Məleykə Abbaszadə I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə keçid balları ilə bağlı gözləntiləri açıqlayıb 

15:50
13 Avqust

Naxçıvan Azərbaycanın gələcəyinin mühüm ünvanlarından biridir 

15:45
13 Avqust

Laçın sakinləri mina və partlamamış hərbi sursat təhlükəsi barədə məlumatlandırılıblar

15:40
13 Avqust

Dahi şair Nizami Gəncəvinin Marneulidəki büstü yenidən bərpa olunub

15:35
13 Avqust

Hörmüz boğazının bağlanmasına görə Almaniyanın nəhəng gəmiçilik şirkəti 600 milyon dollar itirib

15:30
13 Avqust

Zəngəzur dəhlizinin təşəbbüskarı Prezident İlham Əliyevdir

15:25
13 Avqust

Geostrateji yüksəliş və yenilməz hərbi qüdrət

15:20
13 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələ başlayır

15:15
13 Avqust

MAQATE rəhbəri BMT strukturunun sadələşdirilməsini təklif edib

15:10
13 Avqust

UEFA Superkubokunu "PSJ" qazandı

15:05
13 Avqust

Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarına əlavə güc qatacaq

15:00
13 Avqust

Dövlət başçısının muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:55
13 Avqust

Naxçıvan Avrasiyanın yeni enerji və logistika mərkəzinə çevrilir

14:50
13 Avqust

Qlobal güclərin maraqları fonunda Azərbaycanın balanslaşdırılmış xarici siyasət modeli

14:45
13 Avqust

Naxçıvan enerji strategiyamızın vacib həlqəsi olacaq  

14:40
13 Avqust

Astronomlar “qara dəlik ulduzu” kəşf ediblər

14:35
13 Avqust

Dövlət Agentliyi: 101 çeşiddə qeyri-qida malında Azərbaycan dilində etiket məlumatlarının olmadığı aşkarlanıb

14:30
13 Avqust

Odessada sərnişin qatarına dron hücumu nəticəsində iki maşinist həlak olub

14:25
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!