30 Yanvar 2024 09:40
539
SİYASƏT
A- A+
"Dost"ların xəyanəti

"Dost"ların xəyanəti

 

Gürcüstan, Ukrayna, Moldova təəssüf ki, bu dəfə də Azərbaycana qarşı səmimi ola bilmədilər

 

Bir neçə gün əvvəl Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bu qurumla əməkdaşlığını və burada iştirakını qeyri-müəyyən müddətə dayandırdı. 
Bu addımı ilə dövlətimiz göstərdi ki, heç bir siyasi mərkəz onunla təhdid və şantaj dili ilə danışa bilməz. Bu onu da nümayiş etdirdi ki, istənilən riyakarlığın qarşısında Azərbaycan layiqli adekvat cavab verməyi bacaran dövlətdir.  

 

Əsl dostluğun sınağı

 

Azərbaycanın AŞPA-da fəaliyyətini dayandırmasından sonra bu qurum nümayəndə heyətimizin iştirakı olmadan ölkəmizin nümayəndə heyətinin səsinin dondurulması barədə qərar qəbul edib. Azərbaycan öz yolu, müstəqil siyasəti olan dövlətdir və bizim üçün nəinki belə bir qərarın qəbulu, heç AŞPA-nın özü belə əhəmiyyət kəsb etmir. 
Bu baxımdan Azərbaycanı belə bir qərarın hazırlanması və ya qəbulu qətiyyən narahat etmir. Onsuz da AŞPA Azərbaycana qarşı həmişə qərəzli münasibət göstərmiş, respublikamızın uğurlarına kölgə salmağı, ağa qara deməyi vərdişə çevirmişdi. Torpaqlarımızın azad edilməsindən və Qarabağda erməni separatizminə son qoyulmasından sonra isə bu qurumun antiazərbaycançı dairələrin bir həlqəsi olacağı gözlənilən idi. Qəbul etdiyi son qərar da AŞPA-nın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdi idi.  
Amma bir düşündürücü məqam da var. Söhbət Azərbaycana dost deyən bəzi dövlətlərin nümayəndələrinin AŞPA-da həmin bədnam qərarın qəbulu zamanı tutduqları mövqedir. Gürcüstan, Ukrayna və Moldovanın həmin qərarın qəbulu zamanı nümayiş etdirdikləri qeyri-səmimi mövqe sadəcə təəssüf doğurur.

 

Gürcüstana ən çətin günlərində yalnız Azərbaycan dəstək olub

 

Azərbaycan Gürcüstana qarşı hər zaman əsl dost münasibəti göstərib. Gürcüstanın bütün çətin dönəmlərində Bakı Tbilisiyə kömək əlini uzadıb. Bu ölkənin ötən əsrin 90-cı illərindən sonra sosial-iqtisadi xilası və inkişafı Azərbaycanın layihələri nəticəsində mümkün olub. Azərbaycanın sərmayələri ilə Gürcüstan dövləti ayaqda durub, gürcülərin sosial rifahı düzəlib. Azərbaycanın enerji layihələri Gürcüstana böyük xeyir verib və bu gün də verməkdədir. Azərbaycanın yardımı olmasaydı, Gürcüstan da Ermənistan kimi regionun dalanına çevriləcəkdi.
2008-ci ilin avqustunda Rusiya qoşunları az qala Tbilisiyə qədər gəlib çatmışdılar. Gürcüstan həmin çətin günlərində birinci növbədə Bakının köməyini gördü. Azərbaycan dost bildiyi dövləti darda qoymadı. Gürcüstanda enerji böhranı yarananda Azərbaycan dərhal kömək əlini uzatdı. Bunu zaman-zaman gürcü siyasilər də etiraf ediblər.
Gürcüstandakı erməni icması separatizmə başlayanda Azərbaycan icması bütöv Gürcüstan amalına sadiq qalıb, Osetiya və Abxaziya uğrunda savaşlarda iştirak edib. Osetiya və Abxaziya problemləri ilə bağlı Azərbaycan dövləti daim prinsipial mövqe ortaya qoyub, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib. 
Amma AŞPA-da Azərbaycana qarşı qərarın səsverməsi zamanı Gürcüstanın davranışı iki dövlət arasındakı strateji münasibətlərlə tamamilə ziddiyyət təşkil etdi. Gürcülər bu münasibətlərə sadiq qalıb sənədin qəbulunun əleyhinə səs verə bilmədilər və bununla da münasibətlərə sadəcə xilaf çıxdılar. 

 

Münasibətlərə xilaf çıxanlar Azərbaycanın dostu ola bilməzlər

 

Eyni sözü Ukrayna barədə də demək olar. İki ilə yaxındır ki, Ukrayna Rusiya ilə savaşır. Azərbaycan Rusiya ilə strateji tərəfdaş olsa da, hələ bu savaş başlamazdan əvvəlki dönəmdə də Ukraynaya dəstəyini ifadə etmişdi. Savaş başlamazdan əvvəl Azərbaycan vasitəçilik missiyasını yürütmüşdü.
Ötən 2 ilə yaxın dövrdə isə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Bu dövrdə Ukraynanın şəhərləri, iqtisadiyyatı dağıntılara məruz qalıb. Azərbaycan dostluq münasibətlərinə sadiq qalaraq mütəmadi olaraq Ukraynaya kömək göndərib. 
O cümlədən Azərbaycan Moldovanın ərazi bütövlüyünü həmişə dəstəkləyib, bu ölkənin iqtisadi inkişafına töhfələr verib.
Adıçəkilən bu dövlətlərlə Azərbaycanı həm də GUAM təşkilatı birləşdirir. Onlar Azərbaycanın tərəfdaşları sayılır.  
Lakin AŞPA-dakı səsvermə zamanı Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin nümayiş etdirdikləri mövqe Azərbaycana qarşı xəyanət idi. Onların mövqeyi Azərbaycana arxadan endirilən zərbə idi. Bu isə Azərbaycanı bir daha düşünməyə vadar edir. AŞPA-da səsvermə zamanı Fransadan və Almaniyadan çəkinib gizlənənlər, qorxaqlıq nümayiş etdirənlər, münasibətlərə xilaf çıxanlar Azərbaycanın dostu ola bilməzlər. 
Azərbaycan öz torpaqlarında işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Lakin gedişat göstərir ki, nə Gürcüstanın, nə Ukraynanın, nə də Moldovanın ərazi bütövlüyü problemi tezliklə bitəcək. Bəlkə də bitməyəcək. Və bundan sonra onların problemləri Azərbaycan üçün maraqlı deyil.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!