04 Dekabr 2022 01:10
343
SİYASƏT
A- A+
"Dost dosta tən gərək..."

"Dost dosta tən gərək..."

 

Yaxud qardaş ola bilməyən "bacı"ların ortaq "dəyər"ləri 

 

Tarixdə ilk müstəmləkə imperiyaları Portuqaliya, İspaniya və Hollandiya sayılır. Sonradan İngiltərə və Fransa da onların sırasına qoşulmuşlar. Bəs bu imperiyalar işğal etdikləri əraziləri (ölkə və ya dövlət, yaxud xalq yazmırıq, çünki onlar müstəmləkəçilər üçün yalnız ərazi olub) hansı qanunlarla idarə etmişlər? Təəssüf ki, heç bir qanunla. Çünki qaliblər kimi, güclülər də mühakimə olunmurlar.
Əvəzində hər imperiya işğal etdiyi ərazilərdə əhalini qoyduğu qaydalara baş əyməyə vadar etmişdir. Bu minvalla formalaşan müstəmləkə ərazilər və orada yaşayan xalqlar müxtəlif üsullarla hər imperiyanın özündən, yəni ağalarından aşağı tutulurdu. Məsələn,  XIX əsrin ikinci yarısında Fransa və Böyük Britaniya Afrikada fərqli idarə üsulları tətbiq edirdilər. Britaniya yerli əhalini daha çox idarəçiliyə cəlb edir, Fransa isə əksinə, metropol modeli üzərində birbaşa nəzarəti həyata keçirməklə, afrikalılara fransız dilini öyrədir, fransızları Əlcəzairə daşıyırdı. İnsanlar iki yerə - "biz" və "onlar"a bölünmüşdı. Birincilər idarəçilikdə geniş hüquqlara və imtiyazlara malik idilər. İkincilərin isə qul kimi boyunduruqdan savayı heç nələri yox idi. 
Bu gün özünü demokrat kimi bəşəriyyətə sırımaq istəyən Fransa Senatının və Prezidentinin timsalında təxminən 130 illik işğal dövründə Əlcəzairdə 10 milyondan artıq insanın qətlə yetirilməsini xatırlamaq istəmir. Lakin fransız müstəmləkəçilərinin faşist mahiyyətini bəşəriyyətin yaddaşından silmək mümkün deyil. Bu elə ağır cinayətdir ki, mütləq onun hesabı verilməli, bədəli ödənilməlidir. Çünki bir əsrdən çox Əlcəzairdə ağalıq edən fransızlar sonralar meydana gələn və gəlməyi ilə bəşəriyyəti fəlakətə sürükləyən faşistlərdən daha qəddar və daha amansız olublar.
Biz əvvəlki əsrlərdəki fransız və alman faşizmi ilə müasir erməni faşizmini müqayisə edərkən kimin daha qəddar və amansız olduğunu müzakirə etməyə cəhd göstərmirik. Buna lüzum da yoxdur. Əsas sual odur ki, faşist ideologiyasına yoluxan bəzi dövlətlər divan tutduqları xalqların qarşısında  nəyə görə cinayətlərini etiraf etmirlər? Məsələn, alman xalqı kimi. Elə isə fransızlar və onların kiçik  "bacı"ları ermənilər niyə almanlardan nümunə götürmürlər? Əksinə, biz onun şahidiyik ki, cinayətləri cəzasız qalan Fransa da, "məzlum" kimi onun-bunun qoltuğuna sığınan Ermənistan da heç nə olmayıbmış kimi özlərini dünyaya demokratik dəyərlərin daşıyıcısı kimi sırımağa cəhd edirlər. Əslində, təəccüblənməyə ehtiyac yoxdur. Əgər sənin cinayətlərinə göz yumurlarsa, bu, belə də olmalıdır. Nə qədər ki, qatillər və canilər özlərini aydan arı, sudan duru biləcəklər, bu, belə də davam edəcək. 30 illik işğalı arxivə tullayan ermənilər bizi harada gəldi işğalçı elan edəcək, fransız xalqı da onlara züy tutub, qəm tütəyi ilə  nalə çəkəcək. 
Azərbaycan Prezidenti İlham Əliyev müasir dünya düzənində müxtəlif imperiyaların faşist ideologiyasına qarşı söz və əməllə döyüşən cəsarətli və dərin təfəkkürə malik bir liderdir. Onun erməni faşizmini ordusu ilə birlikdə məhv etməsi, Qafqazda sülhün bayrağını qaldırması misli görünməmiş gərgin əməyin və yenilməz sərkərdə qüdrətinin nəticəsidir. İlham Əliyevin Azərbaycana barmaq silkələməkdən zövq alan Makrona Moskvadan, Səmərqənddən, ya da hər hansı başqa ölkənin paytaxtından yox, məhz Əlcəzairdən cavab verməsi təsadüfi deyildi. Ona işarə idi ki, heç nə unudulmur, heç kimin əməli yaddan çıxmır. Bəşəriyyət "demokratik dəyərlərin müdafiəsi" altında dünyada faşist ideologiyasının yenidən boy verib cücərməsinə imkan verməyəcək. 
Kiməsə elə gələ bilər ki, Azərbaycan Prezidenti Əlcəzairdən çox uzaq bir keçmişə səyahət etmiş, tarixi bir neçə yüz il geri vərəqləmişdir. Lakin şahid ifadələri qalır axı... Tək birini xatırladırıq. Fransız yazıçısı Simona de Povuar belə yazır: "1954-cü ildən biz fransızlar soyqırımının ortağı olmuşuq. Sülh yaratmaq bəhanəsi ilə silahlı basqınlar zamanı Əlcəzair əhalisinin bir milyondan çoxunu qətlə yetirdik. Biz bütöv kəndləri sakinləri ilə birlikdə yandırdıq, əhalini qırdıq, hətta doğulmamış uşaqları belə ana bətnindən çıxarıb işgəncə ilə öldürdük. Bütün qəbilələr soyuqdan və aclıqdan əziyyət çəkdi, konsentrasiya düşərgələrində epidemiyalardan öldülər". Ümumiyyətlə, həmin tarixə aid bütün faktlar bir-birindən daha dəhşətli və daha tükürpədicidir. Hər 10 ərəb qadın məhbusdan 9-u zorakılığa məruz qalmışdır. Kütləvi zorlamalar fransız qoşunlarının, xüsusən də kənd yerlərindəki əsgərlərin gündəlik əyləncəsi olmuşdur. Çünki əməliyyat zamanı ələ keçirilən qadınlar qənimət sayılırdı. Yerli əhali 132 illik işğal ərzində yüksək vəzifələr tuta bilmədi və onlar insan yerinə qoyulmadı. Əlcəzairdə Fransadan köçürülən fransızlara "sütun"lar deyirdilər. "Sütun"lar münbit Əlcəzair torpaqlarının 40 faizinin sahibi idilər. Onların maaşları yerli əlcəzairlilərə verilən əməkhaqqından dəfələrlə yüksək idi və s. 
Fransada bu gün də ərəblərə üçüncü növ adamlar kimi baxanlar var və görünür, Makron onlardan biridir. Belə olmasaydı, o, saxta ittihamlarla Azərbaycanın üzərinə gəlməzdi, özünü də, Fransanı da hörmətdən salmazdı. Amma nahaq. O üzdən ki, Makronun "həmlə"ləri genetik müstəmləkəçi ambisiyalarından doğan hikkələrdən və bir də qardaş ola bilməyən "bacı"ların ortaq "dəyər"indən başqa heç nə deyil. Onun və Senatının 20 min erməniyə  özgə dövlətin ərazisində muxtariyyət almaq eşqinə düşməsinə, gündə Azərbaycana qarşı ittiham və tələblərlə dolu bir sənədin müzakirəyə çıxarılmasına başqa nə ad vermək olar ki?! 

Bahadur İMANQULİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!