02 Avqust 2025 08:35
769
DÜNYA
A- A+
Donald Tramp ticarət tərəfdaşlarına "dəqiqləşdirilmiş" rüsumlar tətbiq edib

Donald Tramp ticarət tərəfdaşlarına "dəqiqləşdirilmiş" rüsumlar tətbiq edib


Donald Trampın ABŞ-lə yeni ticarət sazişlərinin bağlanması üçün təyin etdiyi son  tarix - avqustun 1-dən bir neçə saat əvvəl Amerika Prezidenti 69 ölkə və əraziyə, habelə Avropa İttifaqına 10 faizdən 41 faizə qədər idxal rüsumları tətbiq edən sərəncam imzalayıb.

Sərəncamda "dəqiqləşdirilmiş cavab" adlandırılan rüsumlar 7 gün ərzində qüvvəyə minəcək. Yalnız Kanada ilə bağlı rüsumlar dərhal qüvvəyə minib. Kanadaya münasibətdə Tramp rüsumları 25 faizdən 35 faizə qaldırıb. Bununla belə, bu rüsumlar USMCA ABŞ-Meksika-Kanada ticarət sazişinin əhatə etdiyi mallara şamil edilmir - bunlar ilk növbədə tamamilə Şimali Amerika xammalından hazırlanmış  və ya idxal olunan xammaldan yüksək emal olunmuş məhsullardır.

Ən yüksək rüsumları Suriya (41 faiz), eləcə də Laos və Birma (hər biri 40 faiz) alıb. Ən aşağı göstərici (10 faiz) Böyük Britaniya və onun Folklend adaları üçündür. Siyahıdakı əksər ölkələrdən, eləcə də Avropa İttifaqından idxallar - Tramp fikrini bir daha dəyişməyincə 15 faizlik rüsumlarla tənzimlənəcək. Hindistana Trampın bir gün əvvəl vəd etdiyi kimi, 25 faiz rüsum tətbiq edilib. Avropada ən yüksək rüsumlar isə İsveçrə (39 faiz) və Serbiyaya (35 faiz) şamil olunacaq.

Trampın idxalına ən yüksək tariflər tətbiq etdiyi bütün ölkələrdən yalnız İsveçrə ABŞ üçün əhəmiyyətli ticarət tərəfdaşıdır. Bu ölkə ötən il ABŞ-yə 63,4 milyard dollar dəyərində mal ixrac etmişdir.

Çin siyahıda yoxdur. ABŞ əsas ticarət tərəfdaşı olan Pekinlə  ayrıca danışıqlar aparır.

Trampın fərmanında ayrıca bənd üçüncü ölkələr vasitəsilə ABŞ-yə mal ixrac etməklə yüksək rüsumlardan yayınma cəhdlərinə həsr olunub. Belə mallara onların əsl mənşəyi Amerika gömrükləri tərəfindən aşkar edilərsə, 40 faiz rüsu tətbiq ediləcək. Qeyd edək ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi əvvəllər bu təcrübəyə görə Çindən mal idxal edən şirkətləri cərimələmişdi.

Donald Tramp aprelin əvvəlində ABŞ-nin əksər ticarət tərəfdaşlarından idxala böyük yeni tariflər elan etmiş, lakin sonra bu yüksək dərəcələrin tətbiqini ən son tarix - avqustun 1-dək təxirə salınmışdır. Son bir neçə ay ərzində bəzi ölkələr və Avropa İttifaqı Tramp və onun administrasiyası ilə mallarının əksəriyyətində idxal dərəcələrini azaltmaq barədə razılığa gəlmişlər: Böyük Britaniya - 25 faizdən 10, Yaponiya - 25 faizdən 15, Filippin - 20 faizdən 19, Vyetnam - 46 faizdən 20, İndoneziya - 32 faizdən 19 faizə qədər.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin təmsil etdiyi Avropa İttifaqı bu yaxınlarda Trampla Avropada Amerika mallarına sıfır tariflərə cavab olaraq 15 faiz tarif (Tramp tərəfindən elan edilən 20 faiz əvəzinə) ilə razılaşmışdır.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!