01 May 2025 09:05
434
DÜNYA
A- A+
Donald Tramp prezidentliyinin ilk 100 gününə yekun vurdu

Donald Tramp prezidentliyinin ilk 100 gününə yekun vurdu


Yeni tarif siyasəti, kəskin azalan qanunsuz miqrasiya, tarixin ən böyük iqtisadiyyatını yaratmaq vədi


ABŞ Prezidenti Donald Tramp ikinci səlahiyyət müddətinin ilk 100 günündə sərhəd təhlükəsizliyi və iqtisadi artımla bağlı əhəmiyyətli irəliləyişlər olduğunu bildirib. Bu barədə Ağ Ev rəhbəri Miçiqan ştatında öz işinin ilkin nəticələrinə yekun vuran çıxışı zamanı məlumat verib.

Amerika liderinin sözlərinə görə, 100 gün ərzində Vaşinqtonda, demək olar ki, bir əsrin ən radikal islahatları aparılıb. Tramp açıqlamasında sərhəd təhlükəsizliyi tədbirləri və iqtisadi təşəbbüslərə diqqət çəkib, üç ay ərzində həm daxili, həm də xarici siyasətdə mühüm nəticələrin əldə olunduğunu vurğulayıb. O həmçinin bildirib ki, Demokratlar Partiyası etimadı itirib, respublikaçılar isə  xeyli güclənib.


Qanunsuz miqrasiya kəskin azalıb


Tramp qeyd edib ki, onun əsas kampaniya vədlərindən biri də sərhəddən qanunsuz miqrasiyanın dayandırılması idi: "Biz qanunsuz sərhəd keçidlərinin ən aşağı sayına görə rekord vurmuşuq. Bizim administrasiyamız dövründə bu hallar  99,99 faiz azalıb. Bu, rekord göstəricidir".

Ağ Ev rəhbəri sələfi Co Baydeni sərhəd təhlükəsizliyinə etinasızlıqda ittiham edərək demokratların hakimiyyəti dövründə cinayətkarların ölkəyə maneəsiz daxil olduğunu qeyd edib: "Biz əvvəllər başqa ölkələr üçün mübarizə aparırdıq, amma özümüz üçün yox. İndi sizin ölkəmizi və sərhədlərimizi qoruyan bir prezidentiniz var". O, həmçinin Latın Amerikası quldur dəstələrinin bəzi üzvlərinin xarici terror təşkilatları kimi tanındığını və  Salvadora deportasiya edildiyini bildirib. Prezidentin çıxışı zamanı bu cür saxlanmaların nümunələrinin əks olunduğu videoçəkiliş nümayiş etdirilib.


"Amerika Çindən daha vacibdir"


Tramp vurğulayıb ki, onun administrasiyası tarif siyasəti vasitəsilə Çinlə ticarət kəsirini azaltmağa çalışır. O, Baydenin dövründə Çinə bir çox iş yerlərinin verildiyini, indi isə onların ABŞ-yə qaytarılacağını bildirərək deyib:"Mən Çini deyil, Miçiqan və Amerikanı birinci yerə qoyuram. Çinə tətbiq edilən tariflər sayəsində biz tarixdəki ən böyük iş oğurluğuna son qoyduq. Artıq heç bir ölkə ticarət tarifləri vasitəsilə Amerikanı istismar edə bilməyəcək".


"Tarixin ən böyük iqtisadiyyatını yaradacağıq"


İqtisadiyyatdan danışan Trump, "çox səriştəli olmayan FES işçisinə" baxmayaraq, inflyasiyanın azalmasına işarə edib.

Bununla belə, ABŞ Prezidenti Federal Ehtiyat Sisteminə hörmətlə yanaşmaq istədiyini vurğulayaraq onu tənqid edib: "Onları tənqid etməyin mənası yoxdur, onlara öz işləri ilə məşğul olmaq icazəsi verilməlidir. Amma mən faiz dərəcələri haqqında onlardan daha çox məlumatlıyam".

Bundan əlavə, Tramp qeyd edib ki,  Vaşinqton Pekinlə münasibətləri kəsmir: "Hazırkı rüsum dərəcəsi 145 faiz təşkil edir, bu, sıfırdan çox uzaqdır, lakin mən əminəm ki, biz həll yolu tapacağıq. Çin saziş istəyir və biz bunu edəcəyik. Amma ədalətli olacaq".

Çıxışı zamanı Tramp inflyasiyaya qalib gəlməyə, maaşları artırmağa və "bəşər tarixində ən böyük iqtisadiyyatı" yaratmağa söz verib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!