05 İyun 2025 09:25
459
İQTİSADİYYAT
A- A+
Diqqət, zəhmət, məsuliyyət

Diqqət, zəhmət, məsuliyyət


Bunlar olan yerdə qara torpaq da üz ağardır


Hətəm Əsgərov Tərtərin Kəngərli kəndindəndir. Bir əsrdən çox ömür yaşayıb. Elə indinin özündə də yaxşı hafizəsi var, çox gümrahdır. Hətəm kişi həm də maraqlı həmsöhbətdir. Gözünü açandan torpaqla ünsiyyətdədir. Elə sözü-söhbəti də bu barədədir aqrar sahənin keçmişindən, bu günündən, gələcəyindən:

- Ötən əsrin 60-cı illərini yaxşı xatırlayıram. Kənddə yaşasaq da, ailələrimizi doyunca çörəklə təmin edə bilmirdik. Dolanışıq çox çətin idi. Şəhərlərdə ərzaq sarıdan vəziyyət daha acınacaqlıydı. Çünki respublikanın kənd təsərrüfatı bərbad gündəydi. Belə bir vaxtda - 1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycana rəhbər seçildi. O zaman biz hələ bilmirdik ki, məhz həmin gün xalqımızın həyatında dönüş nöqtəsi olacaq.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda bütün sahələr üzrə misilsiz nailiyyətlər əldə olundu. Bu, xüsusən aqrar sektorda özünü göstərməyə başladı. Respublikaya rəhbər seçildikdən az sonra - 1970-ci ildə Heydər Əliyev  "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında"  Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən qərar qəbul etdirməyə nail oldu. Bundan sonra kəndlərimizin iqtisadiyyatı, siması inanılmaz dərəcədə dəyişdi. Sanki insanların ruhu da təzələndi. İllərlə tarlalarda çalışıb yaxşı qazanc əldə edə bilməyən kənd adamları  zəhmətlərinin bəhrəsini gördülər. Aqrar sahənin inkişafı kortəbii məcradan çıxaraq  elmi əsaslar üzərində qurulur, mexanikləşdirmə tətbiq olunur, suvarmada həyata keçirilən mütərəqqi üsullar səmərə verirdi. Nəticədə kənd təsərrüfatında məhsuldarlıq ilbəil artırdı. 

Qaradağlı kəndinin o illərin şahidi olan sakini Mətləb Nəcəfov deyir:

- Ötən əsrin 70-ci illərində anam kolxoz sədri işləyirdi, atam isə  sürücü idi. Biz uşaqlar daim onların söhbətlərində Heydər Əliyevin adını eşidirdik. Anam bu barədə öz xatirələrində də danışır və deyirdi ki, Ulu Öndərin həyata keçirdiyi tədbirlərlə yanaşı, respublikada yaratdığı sağlam mənəvi mühit, kənd əməkçilərini həvəsləndirməsi, onlarla birbaşa pambıq tarlalarında görüşməsi hamıya qol-qanad verirdi. Anam pambıqçılıqda qazandığı uğurlarına görə "Volqa" markalı minik maşını ilə mükafatlandırılmışdı, "Əməkdar aqronom"  fəxri adı almışdı. Eləcə də Heydər Əliyevin tapşırığı ilə digər pambıqçılar da qiymətli hədiyyələr alır, gəlirləri ildən-ilə artırdı.

Həyata keçirilən əsaslı tədbirlər nəticəsində Azərbaycanın, o cümlədən bizim Tərtər rayonu 1971-1975-ci illərdə məhsul istehsalının artırılması, əkinçilik və heyvandarlıq mədəniyyətinin yüksəldilməsi sahəsində çox böyük nailiyyətlər qazandı. Bu, insanların dolanışığında da özünü göstərirdi. Bu gün də köhnə tərtərlilər deyirlər ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə rayonun hər bir kəndində zəhmətkeşlər aldıqları illik qazanc ilə yaraşıqlı evlər tikdirir, minik maşınları alırdılar. 

Təməli Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin 2004-cü il fevralın 11-də imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" regionların və aqrar sektorun inkişafında mühüm rol oynadı. Bundan sonrakı illərdə qəbul edilən analoji proqramlar isə Azərbaycanda kənd təsərrüfatının elmi əsaslar üzərində inkişafını sürətləndirdi, sahibkarların səmərəli fəaliyyətinə şərait yaratdı.  Həmçinin kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə yanaşı, həmin məhsulların emalı, tədarükü və satışı diqqət mərkəzində saxlanıldı, bu sahələr təkmilləşdirildi. 

Dövlətimizin,  Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi qayğıdan bəhrələnən fermerlərdən biri də rayonumuzun Bəyimsarov kəndindən olan  "Tərəqqi"  medallı Habil İbrahimovdur. O, doğma yurdunu tərk etməsindən ürək ağrısı ilə danışır:

- Qərbi Azərbaycanda - Vardenis rayonunun Zər kəndində anadan olmuşam. 1988-ci ildə ailəmlə birlikdə doğma yurdumuzdan qovulandan sonra Tərtərin Bəyimsarov kəndində məskunlaşdıq. 14 yaşım vardı. Vəziyyətimiz çox çətin idi. Ermənilər valideynlərimin illər ərzində halal zəhmətlə qazandıqları mal-mülkü əlimizdən almışdılar. Həyata yenidən başladıq. Ulu Tanrı, bir də Azərbaycanda vətəndaşlara göstərilən qayğı, dəstək köməyimiz oldu.

İndi Habil rayonda tanınan sahibkarlardan sayılır. Deyir ki, əvvəlcə az bir sahədə taxıl və pambıq əkib. İndi icarəyə götürdüyü və ailəsinə məxsus pay torpaqları ilə birlikdə 170 hektarda müxtəlif kənd təsərrüfatı məhsullarının becərilməsi, tədarükü və satışı ilə məşğuldur. Daim yeniliklərə can atan fermer təsərrüfatında iki pilot suvarma sisteminin tətbiqinə nail olub. Bu ildən etibarən isə  pambıq və qarğıdalı bitkilərinin becərilməsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə birlikdə yeni pilot layihə həyata keçirir. Texnika elmləri doktoru, professor Ziyad Abbasov deyib ki, universitetin alimləri kənd təsərrüfatında innovativ üsulların tətbiqinə kömək etməklə, Tərtər rayonunun aqrar sektorunun gələcək inkişafına töhfə verəcəklər. 

H.İbrahimovdan onu da öyrəndik ki, təsərrüfatı daha da inkişaf etdirmək və möhkəmləndirmək üçün 2012-ci ildə 500 başlıq iri südçülük-heyvandarlıq kompleksi  yaradıb. Kiçik emal müəssisəsi də var. Deyir ki, bu il Bakıda keçirilən XVIII Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib, hələlik ziyarətçi kimi. Amma əmindir ki, bundan sonra ölkəmizdə təşkil olunan kənd təsərrüfatı sərgilərində onun məhsulları da nümayiş etdiriləcək. 

Son illər iqlim dəyişiklikliyi ilə əlaqədar aqrar sahənin  qarşısında yeni vəzifələr dayanır. Bununla bağlı Tərtər rayonunda da xeyli iş görülüb. Rayon icra hakimiyyətinin baş məsləhətçisi Natiq Musayevin verdiyi məlumata görə, Prezidentin "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi haqqında sərəncamının icrası ilə əlaqədar Tərtərdə suvarma prosesində innovasiyaların tətbiqinə başlanılmışdır. Hazırda Şıxarx qəsəbəsində yaradılmış Berton MMC-yə məxsus təsərrüfatda 345 hektar payızlıq arpa və 150 hektar kartof sahəsi müasir üsullarla suvarılır. Eləcə də Frutto-Aqro MMC-nin 255, Rayfrutto MMC-nin 91, Aqro-Pat MMC-nin 228, Tərtər-1 MMC-nin 42 hektar meyvə bağları müasir suvarma sistemləri ilə təchiz edilib. Bu üsul həm su ehtiyatlarından səmərəli istifadəyə imkan verir, həm də məhsuldarlığı artırır. Dövlət bu səbəbdən suvarma sistemlərini 40 faiz güzəşt tətbiq edilən kənd təsərrüfatı avadanlıqları siyahısına daxil edib. 


Svetlana BAĞIROVA,

"Yeni Tərtər" qəzetinin redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!