25 İyun 2025 08:25
500
SİYASƏT
A- A+
Diplomatlar Qarabağ və Şərqi Zəngəzurda reallıqlara şahidlik etdilər

Diplomatlar Qarabağ və Şərqi Zəngəzurda reallıqlara şahidlik etdilər


Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş bölgələrə səfəri ölkəmizin milli maraqlarının ehtiva olunduğu geosiyasi hadisədir. Ayrı-ayrı beynəlxalq subyektlərin rəsmi təmsilçisi olan diplomatlar Qarabağ və Şərqi Zəngəzurun məruz qaldığı transformasiyanı öz gözləri ilə görərək reallıqlarla bağlı özləri təəssürat formalaşdıra bilir. 

30 illik işğal və təcavüz dövründə Ermənistanın dövlət siyasəti çərçivəsində qəsdən törədilmiş ekosid, urbisid və kultursid cinayətləri nəticəsində işğal zonasında daş daş üstündə qalmamışdı. Azərbaycan Ordusu İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığında həmin torpaqları azad edərkən Prezidentin də ifadə etdiyi kimi, bayraq sancmağa belə salamat bir tikili tapılmamışdı.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, ərazilər işğaldan azad olunduqdan dərhal sonra Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Qarabağ və Şərqi Zəngəzura səfər edən Prezident İlham Əliyev kameralar qarşısında erməni vəhşiliklərini ifşa etdi. Dövlət başçısı bu bölgədən sanki vəhşi qəbilələrin keçdiyini bildirmişdi. Elə həmin dövrlərdən etibarən diplomatik korpusun ayrı-ayrı nümayəndələrinin işğaldan azad olunmuş bölgələrə səfərləri təşkil olunub, amansızlıq və vəhşiliklə törədilmiş bu cinayətlər dünya ictimaiyyətinə çatdırılıb. "Azərbaycan işğal və təcavüzə son qoyduqdan sonra Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi və yenidən qurulması, o cümlədən ölkənin iqtisadi fəaliyyətinə reinteqrasiya olunması istiqamətində ardıcıl, planlı və qətiyyətli fəaliyyət göstərilib, işğala son qoyulmasından cəmi bir neçə həftə sonra artıq ilk infrastruktur layihələrinin icrasına və istehsal müəssisələrinin inşasına başlanılıb, habelə cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı rəsmən açılaraq ilk qonağını qəbul edib.   Üstəlik, Azərbaycan Respublikası ərazicə Livan dövləti ölçüsündə bir coğrafiyada quruculuq-bərpa prosesini təkbaşına, öz gücü hesabına həyata keçirir və işğaldan azad olunmuş demək olar ki, bütün rayonlara bu və ya digər formada mərhələli şəkildə sakinlərin geri dönüşünə start verilib", - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bu mənada, əslində, diplomatlara kifayət qədər aydın mənzərə verir. Belə ki, diplomatlar bir tərəfdə uçurulmuş, dağıdılmış və XXI əsrin baxışları ilə birmənalı şəkildə üst-üstə düşməyən vəhşilik tendensiyasına, digər tərəfdə isə qısa müddət ərzində müasir rifah standartlarını tam şəkildə əhatələyən insan haqlarına hörmət, etibarlı və təhlükəsiz həyat şəraiti vəd edən quruculuq və bərpa işlərinə şahidlik edirlər. Daha sadə dillə desək, diplomatların qarşısında kimin dağıdıcı, pozucu, işğal və təcavüzkar mahiyyətə malik olduğu, kimin isə bu torpaqların əsl sahibi kimi qurucu, yaradıcı mövqedən çıxış etdiyi mübahisə doğurmur. Sirr deyil ki, Vətən müharibəsində və antiterror tədbirlərinin gedişində bir çox dövlət beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsipləri bir kənara qoyaraq ikili standartlara söykənərək Azərbaycan əleyhinə hüquqa və ədalətə zidd mövqedən çıxış edərək böhtan və yalan kampaniyasının mühüm subyektləri kimi çıxış etdi. Lakin Azərbaycan hərbi-siyasi qələbələri və regionda əsas güc mərkəzinə çevrilməsi ilə bu bölgədə maraqları olan həmin dövlətləri bir daha düşünməyə vadar etdi. Onlar Cənubi Qafqazda maraqlarını yalnız Azərbaycanla bərabərhüquqlu və sağlam əməllərə əsaslanan əməkdaşlıq mühiti çərçivəsində təmin edə biləcəklərini anladılar. Əlbəttə, bu, qütblərarası ziddiyyətin dərinləşdiyi və ayırıcı xətlərin daha kəskin formada ortaya çıxdığı bir dönəmdə Azərbaycan Prezidentinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursunun birmənalı uğurudur. Nəticə etibarilə bir zamanlar Azərbaycanın yaratdığı geosiyasi reallığı tanımaq istəməyən və ölkəmizin qələbələrinin nəticələri ilə barışmayacağını bəyan edən beynəlxalq subyektlərin nümayəndələrinin artıq Qarabağ və Şərqi Zəngəzura səfər etməsi özlərinin ənənəvi və beynəlxalq hüquqazidd təcavüzkar mahiyyəti, siyasəti dəstəkləyən siyasətlərindən əl çəkdiyini və Azərbaycanın mövqeyini dolayısı ilə beynəlxalq hüququn aliliyini tanımağa məcbur qaldıqlarını göstərir. 

B.Məhərrəmov bildirib ki, diplomatların Qarabağ və Şərqi Zəngəzur səfərində Fransa səfirinin də iştirakı bu mənada xüsusi qeyd edilməlidir: "Azərbaycan bütün dünya dövlətləri ilə, o cümlədən Fransa ilə də sülh və əməkdaşlıq şəraitində yaşamaqda, bu istiqamətdə qarşılıqlı faydalı fəaliyyətdə hər zaman maraqlıdır. Bu günə qədər Paris və Bakı arasında münasibətlərin gərginləşməsi heç bir halda Azərbaycandan qaynaqlanmayıb. İndiki məqamda Fransa səfirinin işğaldan azad olunmuş ərazilərinə digər diplomatlarla birgə səfəri bu ölkənin Azərbaycanın yaratdığı reallıqları qəbul etməsi və münasibətlərimizdə Parisdən qaynaqlanan gərginliyin aradan qaldırılması istiqamətində mühüm bir addım sayıla bilər. Azərbaycan bizimlə tərəfdaşlıq səviyyəsindən asılı olmayaraq, heç bir dövlətdən lehimizə beynəlxalq hüquqa və onun ümumtanınmış normalarında əksini tapan prinsiplərə zidd tələb və istəklərlə çıxış etməmişdir. Bizim beynəlxalq hüquq subyektlərindən yeganə istəyimiz beynəlxalq hüququn aliliyinə, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına hörmətlə yanaşmaqla, sərhədlərimiz daxilində ölkəmizin yurisdiksiyasında olan məsələlərə müdaxilə cəhdlərində bulunmamaqdır. Belə olan halda əməkdaşlıq mühiti dərinləşə, bundan qarşılıqlı olaraq həm Azərbaycan, həm müvafiq dövlət, bütövlükdə Cənubi Qafqaz faydalana bilər. İrəvanın tərəfdaşları və hamiləri başa düşməlidirlər ki, beynəlxalq hüquqazidd davranışlarla nəinki Ermənistanı müdafiə edə bilməzlər, əksinə, erməni xalqının miflərə əsaslanan ideologiyası və təcavüzkar dövlət siyasəti nəticəsində düşdüyü çıxılmaz vəziyyəti və üzləşdiyi dalan situasiyasını yalnız və yalnız dərinləşdirmiş olurlar". 

Deputat vurğulayıb ki, otuz il ərzində Qarabağ və Şərqi Zəngəzura, bütövlükdə bölgəyə özünün təcavüzkar siyasəti ilə bədbəxtlik və fəlakətlər gətirən Ermənistandan fərqli olaraq, Azərbaycanın bu coğrafiyada həyata keçirdiyi bərpa-quruculuq prosesinə, əhalinin öz doğma torpaqlarına ləyaqətli və təhlükəsiz halda qayıtmasına diplomatik korpus nümayəndələrinin birbaşa şahidlik etməsi ötən dövr ərzində Azərbaycana münasibətdə müşahidə olunan ədalətsiz yanaşmanın nəticələrinin aradan qaldırılması və ölkəmizin beynəlxalq hüququn aliliyi adına atdığı addımların düzgün dəyərləndirilməsi adından mühüm hadisədir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!