Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 12-ci, 14-cü, 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608) 77-ci maddəsinin 8-ci hissəsində "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin və həmin hissədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.
Maddə 2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12 (I kitab), maddə 1283; 2025, № 4 (I kitab), maddələr 308, 322, № 6, maddə 526, № 7, maddə 610, № 8, maddələr 736, 743, № 10, maddə 1011) 67-1.4.3-cü maddəsindən "valideynini itirmiş və ya" sözləri çıxarılsın.
Maddə 3. Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126 (Cild I); 2024, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 7, maddələr 763, 765, 769, 772; 2025, № 2, maddə 98, № 4 (I kitab), maddə 322, № 6, maddə 523; Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli 265-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 49.4-cü maddədə "Valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda," sözləri "Valideyn himayəsindən məhrum olmuş" sözləri ilə əvəz edilsin;
3.2. 116.7-ci maddədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
3.3. 116-1-ci maddə üzrə:
3.3.1. adında "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
3.3.2. 116-1.1-ci maddədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
3.4. 119.9.3-cü maddədə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
3.5. 136.4-cü maddədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
3.6. 140.2-ci maddədə "Valideyn himayəsini itirmiş" sözləri "Valideyn himayəsindən məhrum olmuş" sözləri ilə əvəz edilsin;
3.7. 145-2.2-ci maddədə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin.
Maddə 4. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddələr 489, 503, № 8, maddə 934; 2025, № 1, maddə 15, № 4 (I kitab), maddə 322, № 8, maddə 743, № 10, maddə 1011) 175.4-cü maddəsində "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin.
Maddə 5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612 (Cild I); 2024, № 5, (I kitab), maddə 489; 2025, № 3, maddə 219, № 8, maddələr 738, 744) 56.2.2-ci maddəsindən hər iki halda "valideynlərini itirmiş və" sözləri çıxarılsın və həmin maddədə "uşaq" sözü "kiçik qrup" sözləri ilə əvəz edilsin.
Maddə 6. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 88 (Cild I); 2025, № 6, maddə 523, № 7, maddə 629) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2-ci maddənin beşinci hissəsində "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin və həmin hissədən hər iki halda "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
6.2. 9-cu maddənin ikinci hissəsində və 10-cu maddənin beşinci hissəsində "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin və həmin hissələrdən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.
Maddə 7. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477 (Cild I); 2024, № 5 (I kitab), maddə 501, № 12 (II kitab), maddə 1336; 2025, № 4 (I kitab), maddələr 310, 322, № 6, maddə 523; Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli 265-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
7.1. adında "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.2. preambuladan "valideynlərini itirmiş və" və "23 yaşınadək" sözləri çıxarılsın;
7.3. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 1. Əsas anlayışlar
1.1.Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. valideyn himayəsindən məhrum olmuş uşaqlar - bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan və ya hər iki valideyni aşağıda qeyd edilən kateqoriyaların hər hansı birinə aid olan 18 yaşınadək şəxslər:
1.1.1.1.vəfat etmiş;
1.1.1.2. məlum olmayan;
1.1.1.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
1.1.1.4. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edilən;
1.1.1.5. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən;
1.1.1.6. cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
1.1.1.7. uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
1.1.1.8. uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən;
1.1.2. valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslər - valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək şəxslər;
1.1.3. valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr - valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanıldığı və təhsil aldığı təhsil müəssisələri, sosial xidmət müəssisələri (uşaq evləri, ailə tipli kiçik qrup evləri, əlilliyi olan uşaqlarüçün internat evləri, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri), səhiyyə sistemi müəssisələri və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələri;
1.1.4. qəyyumluq və himayə - valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi forması;
1.1.5. övladlığa götürən şəxs - qanunla müəyyən edilmiş qaydada valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən ər-arvad və ya ayrı-ayrı şəxslər;
1.1.6. himayədar valideyn (himayədar ailə) - valideyn himayəsindən məhrum olmuş uşaqları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə olunması üçün himayəyə götürən yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, azı ümumi orta təhsilli, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və Azərbaycan Respublikasının vətəndaşı olan şəxs (ər-arvad);
1.1.7. valideyn himayəsindən məhrum olmuş uşaqların tam dövlət təminatı - valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, həmin uşaqların yaşayışının, təhsil almasının təmin edilməsi, onlara tibbi xidmət göstərilməsi və ya qeyd edilənlərin tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməsi.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.";
7.4. 2-ci maddənin adında və mətnində "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.5. 3-cü maddə üzrə:
7.5.1. adında "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.5.2. birinci hissədə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.5.3. ikinci hissədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
7.5.4. üçüncü, dördüncü və beşinci hissələrdə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.5.5. altıncı hissədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
7.5.6. yeddinci hissədə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.6. 4-cü maddənin adında və mətnində "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.7. 5-ci maddə üzrə:
7.7.1. birinci hissədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
7.7.2. ikinci hissənin birinci və ikinci cümlələrində, üçüncü, dördüncü və altıncı hissələrdə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.7.3. beşinci hissənin birinci cümləsindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
7.7.4. yeddinci hissədə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.8. 6-cı maddənin birinci və ikinci hissələrində "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.9. 7-ci maddə üzrə:
7.9.1. birinci hissənin birinci cümləsində "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.9.2. ikinci hissə üzrə:
7.9.2.1. birinci və ikinci cümlələrdən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
7.9.2.2. üçüncü cümlədə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.9.3. üçüncü hissədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
7.9.4. dördüncü hissədə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin və həmin hissədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
7.9.5. beşinci və altıncı hissələrdə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.9.6. yeddinci hissədən "valideynlərini itirmiş və ya" sözləri çıxarılsın;
7.9.7. səkkizinci hissədən hər üç halda "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
7.9.8. doqquzuncu və onuncu hissələrdə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.9.9. on birinci hissədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
7.9.10. on ikinci hissədə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.10. 8-ci maddə üzrə:
7.10.1. birinci hissədən"valideynlərini itirmiş və" sözləri çıxarılsın;
7.10.2. ikinci hissədə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.10.3. üçüncü hissənin birinci cümləsindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
7.10.4. dördüncü hissədə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.10.5. beşinci və altıncı hissələrdən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
7.10.6. yeddinci hissədə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;
7.11. 9-cu maddənin adında və mətnində "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin.
Maddə 8. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524,№ 7, maddə 626) 11.1.4-cü maddəsində "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin və həmin maddədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.
Maddə 9. "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 231 (Cild I) 1.0.6-cı maddəsindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.
Maddə 10. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 388 (Cild I); 2025, № 2, maddə 97) ilə təsdiq edilmiş "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"nin 5-ci maddəsinin birinci hissəsinin 3-cü, 9-cu, 10-cu və 25-ci (hər iki halda) bəndlərindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.
Maddə 11. "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 417 (Cild I); 2024, № 4, maddə 365) 11.1-ci maddəsində "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin.
Maddə 12. "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 681 (Cild I); 2024, № 1, maddə 3; 2025, № 2, maddə 98, № 6, maddə 523, № 11, maddə 1004) aşağıdakı dəyişikliklər edilsin:
12.1. 11-ci maddə üzrə:
12.1.1. 11.2.1-ci maddədə"valideynlərinin və ya digər qanuni nümayəndələrinin" sözləri "valideyn" sözü ilə əvəz edilsin;
12.1.2. 11.2.4-cü və 11.8.1-ci maddələrdən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
12.2. 14-cü maddə üzrə:
12.2.1. 14.1.1-ci maddədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
12.2.2. 14.1.2-ci maddədə "valideynlərini itirmiş, valideyn, yaxud digər qanuni nümayəndələrinin" sözləri "valideyn" sözü ilə əvəz edilsin;
12.3. 16.1.3 - 16.1.5-ci maddələrdə "valideynlərini itirmiş, valideynlərinin və ya digər qanuni nümayəndələrinin himayəsindən kənarda qalmış" sözləri "valideyn himayəsindən məhrum olmuş" sözləri ilə əvəz edilsin.
Maddə 13. "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 694 (Cild I); 2025, № 2, maddə 98) 16.6-cı maddəsinin ikinci cümləsində "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin.
Maddə 14. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76 (Cild I); 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322)aşağıdakı dəyişikliklər edilsin:
14.1. 4.0.1.9-cu maddədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
14.2. 7-ci maddə üzrə:
14.2.1. 7.0.9-cu maddədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
14.2.2. 7.0.10-4-cü maddədən "valideynlərini itirmiş və ya" sözləri çıxarılsın;
14.3. 9.1.8-ci və 11.1.7-ci maddələrdən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.
Maddə 15. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); 2024, № 2, maddə 137, № 5 (I kitab), maddələr 489, 491, № 6 (I kitab), maddə 644; 2025, № 1, maddə 16, № 2, maddələr 96, 105, № 4 (I kitab), maddə 322, № 6, maddə 528) 8.1-ci maddəsində "Valideynlərini itirmiş və ya valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin.
Maddə 16. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 710 (Cild I); 2025, № 6, maddə 523; Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli 265-VIIQD nömrəli Qanunu) 10.5-ci maddəsində "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin.
Maddə 17. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613 (Cild I); 2024, № 2, maddə 138, № 7, maddə 776) 58.3-cü maddəsindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.
Maddə 18. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684 (Cild I); 2024, № 4, maddə 362, № 5 (I kitab), maddə 500; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 320, № 7, maddə 628) aşağıdakı dəyişikliklər edilsin:
18.1. 14.8-1.1-ci maddədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;
18.2. 29.0.41-ci və 36.4-cü maddələrdən "valideynlərini itirmiş və ya" sözləri çıxarılsın.
Maddə 19. "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 191 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 5, maddə 437) 7.1.1-ci və 7.1.9-cu maddələrindən "valideynlərini itirməsi və ya" sözləri çıxarılsın.
Maddə 20. "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 360 (Cild I) 7.1-ci maddəsinin ikinci cümləsindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.
Maddə 21. "Peşə təhsili haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152 (Cild I); 2024, № 5 (I kitab), maddə 501; 2025, № 4 (I kitab), maddə 320) 20.7-ci maddəsindən "valideynlərini itirmiş və ya" sözləri çıxarılsın.
Maddə 22. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386 (Cild I); 2024, № 5 (I kitab), maddələr 501, 503; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322) 32.3-cü maddəsindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.
Maddə 23. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789 (Cild I); 2024, № 1, maddə 3) 26.5-ci maddəsindən "valideynlərini itirmiş və ya" sözləri çıxarılsın.
Maddə 24. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1419 (Cild I) 18.4-cü maddəsindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.
Maddə 25. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 12 (II kitab), maddə 1336) 2.2-ci maddəsindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.
Maddə 26. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 4 (I kitab), maddə 310) 2-ci maddəsindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2025-ci il