24 Aprel 2022 00:34
1570
Elm və texnika
A- A+
Dini rituallarla başlayan siqaretin yaranışı

Dini rituallarla başlayan siqaretin yaranışı

 

Sağlamlığa ziyan olduğu halda əsrlərdir ən çox satılan və istifadə edilən məhsullardan biri də siqaretdir. Maraqlı inkişaf yolu keçən siqaretlərin tərkibindəki tütündən ilk vaxtlarda dini rituallar zamanı istifadə edilib.

Siqaretin ən qədim formaları siqarla oxşardır. Onların IX əsrdə Meksika və Mərkəzi Amerikada qamış və siqaret boruları şəklində olduğu bildirilir. Tütün Amerikadan Avropaya qitənin kəşfi ilə yayılıb. Xristofor Kolumb Amerikadan Avropaya qayıdanda özü ilə birlikdə tütün toxumları və yarpaqları gətirib. Sonralar tütün Avropa müstəmləkəçiliyini gücləndirən əsas məhsullardan birinə çevrilib. Burada tütünlə ilk dəfə ispanlar tanış olublar. Onlar tütünü digər avropalılara 1528-ci ildə təqdim ediblər. Fransızlar, ispanlar və portuqallar ilkin olaraq bitkini müalicəvi xüsusiyyətlərinə görə "müqəddəs" adlandırdılar. Qeydlərə görə, nikotin sözü Fransanın Portuqaliyadakı səfiri Jan Nikotun adı ilə bağlıdır.

Avropada ilk siqaret fabriki Londonda inşa edilib. 1880-ci illərdə isə ABŞ-da siqaret istehsalı üçün nəzərdə tutulan ilk cihazlar hazırlanıb. Bu zaman siqaretlərdə yeni növ tütünlərdən istifadə olunurdu. Bu siqaretlər filtrsiz idi. İlk patentli siqaret istehsal edən maşın isə 1847-ci ildə meksikalı Xuan Nepomuceno Adorno tərəfindən icad edilib. Bununla belə 1880-ci illərdə Ceyms Albert Bonsak başqa bir siqaret istehsal edən maşın hazırladıqda istehsal nəzərəçarpacaq dərəcədə artıb.

Filtrsiz siqaretlərdən sonra ilk dəfə filtrli versiyalar 1847-ci ildə yaradılan "Philip Morris" şirkəti tərəfindən hazırlanıb. Şirkət 1924-cü ildə qadınlara xitabən Marlboro adlı filtrli siqareti satışa çıxarıb. 1920-ci illərə qədər isə xanımlara siqaretin satılması kəskin etirazla qarşılanıb. Bu addım siqaret istehsalı və satışında yeni başlanğıc olub.

1950-ci illərə qədər siqaretin sağlamlığa təsiri tam məlum deyildi. Hətta siqaret reklamlarında həkimlər və körpələr çəkilirdi. Həmin vaxtlarda Marlboro qadınlar üçün reklamlar hazırlayıb uğurlu satış rəqəmləri əldə edirdi. Lakin 50-ci illərdən sonra bir çox qəzet və jurnalda siqaretin ağciyər xərçəngini tətiklədiyinə dair məqalələr dərc edilməyə başlandı. Bununla da siqaret satışlarının faizi aşağı endi.

Marlboronun filtrsiz siqaretləri cəmiyyətdə "qadın siqareti" kimi formalaşmışdı. Daha sonra şirkət reklamların hədəf kütləsini dəyişmək üçün kişi obrazlarından da istifadə etdi. Bununla da 1972-ci ildə Marlboro dünyanın ən çox siqaret satılan markası oldu.

Müasir dövrdə siqaretlərin inkişaf etmiş versiyası elektron siqaretlərdir. Onların ilkin formasını 1927-ci ildə ABŞ-da Cozef Robinson hazırlamışdı. Bu elektron buxarlandırıcı təqdirəlayiq təşəbbüs olsa da, istifadəyə uyğun hesab edilməmişdi. Sonrakı vaxtlarda bu yöndə istehsal üçün müxtəlif addımlar atılsa da, ilk elektron siqaret 2003-cü ildə Çində əczaçı Hon Likin ixtirasıdır. Hon Lik atasının ağciyər xərçəngindən ölümündən sonra siqareti tərgitmək istəyirdi. Bu məqsədlə də bu kəşf üzərində çalışaraq elektron siqareti ərsəyə gətirib. Elektron siqaretlər üzərində aparılan araşdırmalar onların adi tütün məmulatları kimi zəhərli maddələr buraxmadığı üçün daha az təhlükəli olduğunu sübut edir. Ancaq sağlamlığa zərər verən hər bir tütün məmulatı istisnasız istifadədən kənarlaşdırılmalıdır.

 

Aydan XƏLİLOVA,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!