20 İyun 2025 10:54
422
CƏMİYYƏT
A- A+
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub  

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub  


Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıran nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.

Nazir V. Eyvazov DİN-in əsas struktur qurumlarından olan Daxili Qoşunların yarandığı gündən şərəfli xidmət yolu keçdiyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, ölkədə sabitliyin, ictimai təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O, Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən hər zaman nəzarətdə saxlanıldığını, müasir silah və texnika ilə təminatı, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarların qəbul edildiyini vurğulayıb, xüsusi diqqət və qayğının nəticəsi olaraq Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadir olduğunu bildirib.

General-polkovnik V.Eyvazov Ali Baş Komandanın rəhbərliyi altında möhtəşəm Qələbə ilə nəticələnən Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının ön cəbhədə qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Hərbi İnstitutun məzunlarının da olmasını bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşmasında əzmkar fəaliyyətin əyani təsdiqi kimi dəyərləndirib.

Daxili Qoşunların Hərbi İnstitutunun bu gün öz təyinatına uyğun olaraq qoşunlar üçün yüksək ixtisaslı, peşəkar zabit heyətinin hazırlanması ilə bağlı çox böyük işlər gördüyünü, bu mühüm vəzifənin gələcəkdə də layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Daxili işlər naziri Qoşunların peşəkar kadr özəyinin formalaşmasında, şəxsi heyətin döyüş hazırlığında yüksək nəticələr əldə etdiyinə görə Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının roluna xüsusi diqqət çəkib.

Qeyd olunub ki, məzunların həyatında yeni bir dövr başlayır. Bu təhsil ocağında komandir peşəsinə yiyələnməklə liderlik, cəsurluq, fədakarlıq, dürüstlük kimi keyfiyyətlər qazanan, peşələrini sevən, müasir düşüncəyə sahib gənc zabitlər аrtıq hаzırlıqlı və pеşəkаr hərbçilər kimi Daxili Qoşunların sıralarında xidmətlərini uğurla davam etdirəcək, qoşunların döyüş ənənələrinə sadiq qalacaqlar.

Nazir V.Eyvazov gənc zabitləri, onların valideynlərini və yaxınlarını təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil ocağının rəhbərliyinə, zabit-müəllim heyətinə təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb.

Kursant Çingiz Cəfərli onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, DİN rəhbərliyinə və Hərbi İnstitutun zabit-müəllim heyətinə minnətdarlığını çatdırıb, gələcəkdə peşəkar zabit olacaqlarını, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərini, hərbçi şərəfini hər zaman uca tutacaqlarını bildirib.

Sonra Döyüş Bayrağı üçüncü kursun kursantlarına təhvil verilib. Gənc zabit Ç.Cəfərli “Yaş kötüyü”nə rəmzi xatirə lövhəsini vurub.

Tədbirin sonunda daxili işlər naziri Hərbi İnstitutu fərqlənmə və "baş leytenant" rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdim edib, gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!