13 İyul 2026 11:36
152
CƏMİYYƏT
A- A+
DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

İyulun 11-də və 12-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 39, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 və dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib, ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Yabanı halda bitmiş 1,8 ton çəkidə 4900 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən olunub.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağda yazılan tarix Azərbaycanın gücünün və milli iradəsinin ən parlaq təcəssümüdür

14:09
13 İyul

Prezident İlham Əliyevin diplomatiya uğurları, Zəngəzur mesajları və həqiqət platforması

13:56
13 İyul

BTC ilə indiyədək nəql olunan neft və kondensatın həcmi açıqlanıb

12:18
13 İyul

Azərbaycan ilə Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edir

11:38
13 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

11:36
13 İyul

Prezident İlham Əliyev: Biz sərhədlərimizdə tezliklə sülhün bərqərar edilməsini istəyirik

11:25
13 İyul

Milli Məclisin növbəti plenar iclası keçirilir, 22 məsələ müzakirə olunur

11:24
13 İyul

Bakı, Sumqayıt, Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

11:19
13 İyul

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

11:17
13 İyul

İran XİN: ABŞ-nin son hücumları diplomatik səyləri boşa çıxarıb

11:15
13 İyul

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi vacib layihədir

11:10
13 İyul

Prezident İlham Əliyev: Tramp sülhsevər və sülhü gətirə biləcək insandır

11:09
13 İyul

Ukraynaya atılan Rusiya dronu Moldova ərazisinə düşüb

11:07
13 İyul

Prezident İlham Əliyev: Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var

11:03
13 İyul

Azərbaycan Prezidenti: Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

11:01
13 İyul

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 17 faizədək artıb

10:58
13 İyul

Prezident: Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir

10:58
13 İyul

Prezident: İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir

10:53
13 İyul

Prezident İlham Əliyev: Azərbaycan artıq orta gücə çevrilir

10:53
13 İyul

Qızılın qiyməti 4063 dollardır

10:47
13 İyul

Neft qiymətləri bahalaşıb

10:43
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!