11 İyun 2024 10:10
3572
Səhiyyə
A- A+
"Detoks" içkilərinin faydaları

"Detoks" içkilərinin faydaları

 

Qeyri-sağlam həyat tərzi, zəif immunitet və ekoloji çirklilik nəticəsində orqanizmdə yığılan zərərli maddələrin xaric olunması üçün istifadə olunan metodlardan biri "detoks" içkilərinin qəbuludur. Meyvə, tərəvəz və göyərtilərdən hazırlanan bu təbii içkilər orqanizmi yeniləməklə yanaşı, xəstəliklərdən də qoruyur, insanı gümrah edir. 
Həm su, həm də çay şəklindəki "detoks" içkilərinin hazırlanmasında alma, şaftalı, limon, limon yarpağı, ərik, qurudulmuş çobanyastığı və lavanda, böyürtkən, hil toxumu, yerkökü suyu, manqo, itburnu, adaçayı, xiyar, darçın, zəncəfil, mixək, nar, portağal, qaragilə ən effektli qidalar hesab edilir.
Bəs bu içkilərdən hər kəs istifadə edə bilərmi? Onların faydaları nələrdir? Yan təsirləri varmı?

 

Çaylar individual hazırlanmalıdır

 

"Detoks" çayları olduqca faydalıdır. Lakin bununla birlikdə onlar individual hazırlanmalıdır. Belə ki, içkinin tərkibində olan məhsullar insana mənfi təsir də edə bilər. Yüksək təzyiq, diabet, sümük, qanazlığı və ürək-damar  xəstəliklərindən əziyyət çəkənlər, habelə hamilələr, 16 yaşından aşağı uşaqlar, fiziki ağır işdə çalışanlar və sağlamlıq problemi olan yaşlılar "detoks" içkilərinin istifadəsi zamanı xüsusilə ehtiyatlı olmalıdırlar.
"Detoks" çaylarından istifadənin miqdarı və zamanı da önəmlidir. Ayda bir-iki dəfə ondan yararlanmaq olar. Amma içməzdən əvvəl sağlamlığa necə təsir göstərəcəyini araşdırmaq lazımdır, çünki belə çayların həddən artıq qəbulu sağlamlığa mənfi təsirsiz ötüşmür.
"Detoks" çayları bir çox bitki və meyvə qarışığından ibarət olduğundan gün ərzində onları tez-tez içmək tövsiyə edilmir. Mütəxəssislər belə çayları səhər oyandıqdan sonra və gecə yatmazdan əvvəl istehlak etməyi məsləhət görürlər. Bu sayədə gecə yatmazdan əvvəl çayın sakitləşdirici təsirindən faydalanmaq imkanı artır və yuxu prosesində toksinlər təmizlənir. Səhər yuxudan duranda "detoks" çayı içmək  isə təravətləndirici təsir göstərir və gün ərzində bədəndən toksinləri çıxarmağa davam edir.
"Detoks" çaylarının düzgün dəmlənilməsi də vacibdir. Onları 80 dərəcə temperaturda 20 dəqiqə dəmləmək lazımdır. Çünki suyun temperaturunun 80 dərəcəni keçməsi bitkilərin tərkibindəki faydalı maddələrin məhv olmasına səbəb olur.

 

Diqqətli olmaq tövsiyə edilir

 

Bəzən insan su içmək vərdişi qazanmaqda çətinlik çəkir. Bu da onların gündəlik ehtiyacdan daha az su içmələrinə səbəb olur. Suyu müxtəlif meyvə və ya tərəvəzlərlə dadlandıraraq əldə olunan "detoks" suyu faydalı olmaqla birlikdə, həm də lazımi həcmdə su istehlakına səbəb olur.
"Detoks" suyu hazırlayarkən suya meyvə və tərəvəzlərlə yanaşı, darçın çubuqları, mixək, qara bibər kimi ədviyyatların əlavə edilməsi də faydalıdır. Suyun 1-12 saat dəmlənməsini, yəni tərəvəz, meyvə və ədviyyatların dadının, vitamin və mineralların suya keçməsini gözləmək lazımdır. Gözləmə müddətini azaltmaq istədikdə tərəvəz və meyvələr yüngülcə əzilib suya əlavə edilməlidir.
"Detoks" suları bədəndən bütün zərərli maddələri çıxararaq bağırsaqları təmizləməyə kömək edir. Lakin bu sular bağırsaq tənbəlliyinə səbəb ola biləcəyi üçün uzunmüddətli istifadəsi tövsiyə olunmur. Suya əlavə edilən ərzaqların həddindən artıq istehlakı kalium, kalsium, sink, fosfor və bəzi vitaminlərin bağırsaqlar tərəfindən sorulmasına mane ola və əzələ spazmlarına səbəb ola bilər. Buna görə də, "detoks" içkilərini qəbul etməzdən əvvəl onun tərkibini diqqətlə araşdırmaq lazımdır. Çünki bütün təbii maddələr potensial yan təsirlərə də səbəb ola bilər.

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!