Delimitasiya davam edir
"Bu gün isə artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır".
Prezident İlham Əliyevin Almaniyada mətbuat konfransında vurğuladığı kimi, Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması üçün əməli işlər görülür. İki ölkə rəsmiləri problemləri masa arxasında həll edərək razılaşmaya gəlirlər.
Bunun nəticəsidir ki, artıq delimitasiya və demarkasiya işlərinə də başlanılıb. Baş nazirin müavini Şahin Mustafayevin Xidmətinin məlumatına əsasən, Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb. Hər iki dövlətin ekspert qruplarının işi davam edir.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı
Azərbaycanın 44 günlük müharibədə, eləcə də 23 saatlıq antiterror tədbirləri zamanı qazandığı ardıcıl zəfərlər sayəsində onilliklərin ardından bölgədə barış üçün tarixi fürsət yaranıb. Eyni zamanda başda Fransa olmaqla ölkəmizin uğurlarını heç cür qəbul edə bilməyən və bölgədə müharibəyə yenidən başlamaq niyyətində olan qərəzli Qərb təsisatlarına da layiqli cavablar verilərək yerlərinə otuzdurulub. Cənubi Qafqazı koloniyasına çevirmək kimi məkrli planları olan Fransanın davamlı siyasi təxribatları, Ermənistanı silahlandıraraq savaşa qızışdırması sülhə başlıca maneə idi. Məhz Makron hökumətinin sülhpozucu səyləri nəticəsində 2020-ci ildən ötən dövr ərzində iki ölkə arasında normallaşmaya, sülh müqaviləsinin imzalanmasına nail olunmamasıdır. Paris danışıqlarda vasitəçi kimi iştirak etmək adı ilə sülh prosesinə zərbə vurmaqla məşğul idi. O da gerçəklikdir ki, Azərbaycan Ermənistan münaqişəsinin nizamlanmasında 25 illik vasitəçiliyi dövründə də Fransa eyni riyakar siyasəti yürütmüş, problemin əbədiyyətədək çözümsüz qalmasında xüsusi çaba göstərmişdi.
Həyata keçirilən antiterror tədbirləri nəticəsində ərazilərimizdə separatizmə dəstək verən Fransanın da burnu qırıldı, eyni zamanda ondan sonrakı dövrdə Bakının siyasi, diplomatik həmlələri ilə regionda ayırıcı xətlər yaratmaq istəyi iflasa uğradıldı.
Azərbaycanın sülh təşəbbüskarlığı sayəsində bölgədə barışla bağlı gerçək işlərə də start verildi. Həmçinin yeni yaranan vəziyyət özü ilə bərabər bir çox reallıqları da diktə etməyə başladı. Belə ki, Qarabağda separatizmin məhv edilməsi ilə Rusiya sülhməramlılarının fəaliyyətinə də bölgədə ehtiyac qalmadı. Bu, rəsmi şəkildə də təsdiqini tapdı və vaxtından əvvəl Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərini tərk etməyə başladı.
Ehtiyac duyulmadığı üçün aprelin 26-da səhər saatlarında Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırdı.
İlham ƏLİYEV: "Sülhə nail olmaq üçün yaxşı fürsətlər var"
Bir gülə atılmadan, bir itki verilmədən Qazax rayonunun işğal altında olan 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin azad edilməsi isə iki ölkə arasında normallaşma istiqamətində atılan ilk mühüm addım kimi də xüsusi əhəmiyyətə malikdir.
Bu kəndlərin qeyd-şərtsiz qaytarılmalı olduğunun mesajını Prezident İlham Əliyev bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində də vermişdi: "O ki qaldı işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır".
Xatırladaq ki, hələ 2020-ci ildə dövlət başçısı qeyri-anklav kəndlərin qaytarılması məsələsini qaldırmış və ötən müddət ərzində mövzu daim gündəlikdə saxlanılmışdı. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır və delitimasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə olub. Tərəflər razılaşıblar ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.
Göründüyü kimi, Ermənistan və Azərbaycan heç bir vasitəçiyə ehtiyac görmədən birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etdilər. Hadisələrin bu məcrada inkişafı isə tezliklə bölgədə dayanıqlı sülhə nail olunacağına böyük inam yaradır.
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında "Regional təhlükəsizliyə gəldikdə, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını biz yüksək qiymətləndiririk", - deyən Prezident İlham Əliyev qeyd etdi ki, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Dövlət başçısı onu da qeyd etdi ki, bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq: "Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq".
Xatırladaq ki, bu il fevralın 28-də Berlində Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsini müzakirə etmək üçün iki ölkənin xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. İki ölkə XİN başçılarının növbəti görüşü isə Qazaxıstanda keçiriləcək.
Göründüyü kimi, Azərbaycanın sülh istiqamətində davamlı səyləri uğurlu bəhrəsini verir, hər ötən gün sülh müqaviləsinin imzalanmasına doğru əlavə addımlar atılır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
12 May
Niderlandlı müğənni “Avroviziya”dan uzaqlaşdırılıb
12 May
Luka Modriç mövsümün sonunda "Real"dan ayrılacaq
12 May
Əfqanıstanda 150 adamı sel aparıb
12 May
Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
12 May
Premyer Liqa: "Neftçi"dən böyükhesablı qələbə
12 May
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
12 May
ADA Universitetində Millətlər Birliyinin baş katibinin iştirakı ilə tədbir keçirilib
12 May
Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq ...
12 May
Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür
12 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!