21 Yanvar 2026 19:41
160
İQTİSADİYYAT
A- A+
Davos 2026: Azərbaycan Dövlət Neft Fondu və “Brookfield” infrastruktur sahəsində strateji əməkdaşlığı möhkəmləndirir  

Davos 2026: Azərbaycan Dövlət Neft Fondu və “Brookfield” infrastruktur sahəsində strateji əməkdaşlığı möhkəmləndirir  


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə aktivlərin idarə olunması üzrə ixtisaslaşmış dünyanın ən iri şirkətlərindən biri olan “Brookfield Asset Management” arasında niyyətlər haqqında protokolun imzalanması təkcə formal addım deyil, konkret investisiya istiqamətlərinə və strateji prioritetlərin üst-üstə düşməsinə əsaslanan praqmatik və uzunmüddətli əməkdaşlığın qurulmasına qarşılıqlı marağın ifadəsidir.

AZƏRTAC xəbər verir ki, tərəflər arasında əməkdaşlığın perspektivləri Azərbaycan iqtisadiyyatının əsas inkişaf istiqamətləri ilə birbaşa bağlıdır.

Tərəfdaşlıq çərçivəsində enerji keçidi sahəsində, o cümlədən enerji saxlama sistemləri, bərpaolunan enerji, eləcə də rəqəmsal infrastruktur üzrə investisiya imkanlarının öyrənilməsi planlaşdırılır. Bu istiqamətlər həm Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi üzrə uzunmüddətli strategiyasına, həm də dünyanın müxtəlif regionlarında energetika, infrastruktur və rəqəmsal platformalar sahəsində iri layihələr həyata keçirən “Brookfield” şirkətinin investisiya profilinə uyğundur. Bu sektorlar üzrə potensial birgə layihələr ölkənin infrastrukturunun modernləşdirilməsində və qlobal iqtisadi və enerji çağırışlarına davamlılığının artırılmasında mühüm rol oynaya bilər.

Azərbaycan üçün “Brookfield Asset Management” ilə əməkdaşlıq uzunmüddətli institusional kapitalın cəlb edilməsi və ARDNF-in investisiya portfelinin diversifikasiyası baxımından praktiki əhəmiyyət daşıyır. Real aktivlərə investisiyalar ənənəvi maliyyə alətlərindən asılılığın azaldılmasına imkan verir və infrastrukturun, energetikanın və müasir texnologiyaların inkişafına əsaslanan dayanıqlı iqtisadi artım üçün baza yaradır.

“Brookfield Asset Management” üçün Azərbaycanla tərəfdaşlıq artan investisiya potensialına və sabit makroiqtisadi mühitə malik bazarda layihələrdə iştirak imkanları açır. Ölkənin suveren fondu ilə birgə fəaliyyət layihələrin institusional etibarlılığını gücləndirir və şirkətə infrastruktur və enerji aktivlərinin uzunmüddətli idarə edilməsində qlobal təcrübəsini tətbiq etməyə şərait yaradır.

Xatırladaq ki, yanvarın 21-də Prezident İlham Əliyev Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti Konnor Teskey ilə görüşüb. “Brookfield Asset Management”in real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, görüş zamanı ölkəmizdə maraq doğuran investisiya sahələri və Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə əməkdaşlıq çərçivəsində mümkün layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində ARDNF ilə “Brookfield Asset Management” arasında uzunmüddətli strateji əməkdaşlıq üzrə niyyətlər haqqında protokol imzalanıb. Sənəd mövcud strateji münasibətlərin institusional səviyyədə daha da dərinləşdirilməsini, fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bundan əlavə, 3–4 il ərzində ARDNF tərəfindən “Brookfield” tərəfindən idarə olunan fondlara və birgə investisiya layihələrinə 1,4 milyard ABŞ dollarınadək investisiya yatırılması imkanlarının qiymətləndirilməsi planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə İşçi Qrupunun növbəti iclası keçirilib  

21:35
21 Yanvar

Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb 

21:16
21 Yanvar

Nikol Paşinyan: Ermənistan–Azərbaycan sərhədində ideal sülh bərqərar olub  

21:01
21 Yanvar

Azərbaycan regionda və dünyada sülhə töhfələr verir

20:53
21 Yanvar

Çempionlar Liqası: “Qarabağ” və “Ayntraxt”ın start heyətləri açıqlanıb

20:41
21 Yanvar

Avropada böyük narkotik şəbəkəsi çökdürülüb  

20:21
21 Yanvar

Tramp Rusiya-Ukrayna münaqişəsinin kifayət qədər qısa müddətdə həll olacağını açıqlayıb 

20:13
21 Yanvar

Davos gündəliyi: Azərbaycanın etibarlı investisiya mühiti diqqət mərkəzindədir  

20:07
21 Yanvar

Türkiyədə zəlzələ olub  

19:58
21 Yanvar

Davos 2026: Azərbaycan Dövlət Neft Fondu və “Brookfield” infrastruktur sahəsində strateji əməkdaşlığı möhkəmləndirir  

19:41
21 Yanvar

ABŞ Prezidenti: Qrenlandiya bizim ərazimizdir  

19:34
21 Yanvar

Tramp Davosda Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb 

19:29
21 Yanvar

Donald Tramp: Venesuela “fantastik şəkildə çiçəklənəcək”  

19:23
21 Yanvar

Tramp tezliklə FED sədri vəzifəsinə namizədini açıqlayacaq  

19:17
21 Yanvar

ABŞ Prezidenti: Avropa düzgün istiqamətdə getmir

19:14
21 Yanvar

Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik  

19:13
21 Yanvar

Tramp: Kanada ABŞ sayəsində yaşayır

19:12
21 Yanvar

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

18:46
21 Yanvar

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında dörd məsələ müzakirə edilib

18:29
21 Yanvar

BMT qlobal “su müflisliyi” barədə xəbərdarlıq edir  

18:01
21 Yanvar

Davos Forumu mühüm siyasi və iqtisadi dividendlər əldə etmək baxımından Azərbaycan üçün əhəmiyyətlidir  

17:48
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!