20 Avqust 2024 08:30
657
CƏMİYYƏT
A- A+
Coşqu və böyük cəsarətdən doğan qəhrəmanlıq 

Coşqu və böyük cəsarətdən doğan qəhrəmanlıq 

 

Qəhrəmanlıq haqqında çox deyilib, çox yazılıb. Həmin yazılarda qəhrəmanlıq böyük qürur və məhəbbətlə tərənnüm olunub. Bu da təbiidir. Çünki qəhrəmanlıq ucalıq, rəşadət və ülviyyətlə dolu bir hissdir. İnsan qəlbində dolaşan hisslərin ən alisi və yüksəyidir. 
Adına, şərəfinə dastanlar qoşulmuş qəhrəmanlıq hər kəsin qəlbində bir cür doğulur, bir cür formalaşır. Qəhrəmanlıq insan mənəviyyatını daim işıqlandıran və heç vaxt sönməyən əbədi məşələ bənzəyir. Yandıqca tarixin qəhrəmanlıqlarla dolu  səhifələrini nura boyayır, dünyaya yenicə göz açmış nəsillərə yol göstərir. Cəsurlar isə zaman-zaman bu məşəldən od götürərək onu daha da gur şölələndirirlər. 
Döyüşçünün qəhrəmanlıq göstərdiyi məqam onun hiss və duyğularının vulkan kimi qəflətən püskürdüyü andır. Həmin anın qarşısını alıb saxlamaq qeyri-mümkündür. Çünki o, bir göz qırpımındaca daşıb kükrəyərək sədləri aşır. Bu elə bir coşqu, elə bir yüksəliş, elə bir əzəmətdir ki, insana adi vaxtlardakından on qat artıq güc verib onu uğura kökləyir. Qollarında dolaşan bu qeyri-adi güc və bacarıq döyüşçünün ürəyini cəsarətlə, hünər və fədakarlıqla dolduraraq, qələbə qazanacağına böyük ümid və inam verir. İnsan bu coşqunun ağuşunda çoxlarının bacara bilməyəcəyi bir addımı ataraq, qəhrəmanlıq zirvəsinə yüksəlir. Cəsarəti və hünəri ilə tarix yazaraq gələcək nəsillər üçün fəxr ediləsi, qürur duyulası bir örnək qoyub gedir.
Dünya binə olandan qəhrəmanlıq canında və qanında cəsurluq gəzdirən insanları təsir dairəsində saxlayıb, onları özünə çəkib. Qəhrəmancasına vuruşmağa can atan insanlar seçilənlərdən olub, tarixdə pozulmaz izlər qoymağa çalışıblar. Onlar qəhrəmanlıq məqamında hətta ölümü də göz altına almadan cəsarətli addım atıb, düşmən üstünə şığıyıblar. Sözün bu yerində Şeyx Şamilin söylədiyi bir fikir yada düşür: "Aqibətini düşünən heç vaxt qəhrəman ola bilməz". Qəhrəmanlıq yolunun yolçuları yalnız cəsur insanlardır. Onlar bu yollarda ürəklərində döyüş ruhu qorxuya meydan oxuya-oxuya daim irəli - zəfərlərə doğru addımlayırlar.  
Bütün elmlər tədris olunur, öyrədilir və bir müddətdən sonra müxtəlif variantlarda hazırlanmış testlərlə sınaqdan keçirilir. Sonda bilik və bacarığın göstəricisi olan ballar üst-üstə toplanaraq cəmlənib qiymətləndirilir. Qəhrəmanlıq dərsləri isə tədris olunmur. Onu insanlara həyat özü öyrədir, yaxud insanlar onu həyatdan özləri öyrənirlər. Qəhrəmanlar üçün test və sınaq imtahanının əbədi məkanı yalnız hərb meydanlarında gedən qanlı döyüşlərdir. 
Yaşanmış və artıq bizim üçün keçmişin bir parçasına çevrilmiş tariximizin səhifələrində elə qəhrəmanlar olub ki, onlar igidlikləri ilə daim bizi heyrətləndiriblər. Əlimizdən tutaraq bizi öz arxalarınca qəhrəmanlıq məkanına çəkib aparıblar. Heç tarixin çox dərinliklərinə getməyək. 44 gün davam edən İkinci Qarabağ müharibəsində zabit və əsgərlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çox böyük igidlik və qəhrəmanlıqlar göstərdilər. Məhz gənclərimizin igidliyi və qəhrəmanlığı sayəsində torpaqlarımız 30 ilə yaxın davam edən erməni işğalından azad olundu. Bu cəsur oğulların savaş meydanlarında göstərdikləri igidlik və cəsarət heç vaxt unudulmayacaq. Təbiidir ki, döyüşlər zamanı zabit və əsgərlərimizə güc verən, qəhrəmanlığa kökləyən yurd təəssübkeşliyi, Vətən sevgisi, doğma el-obanın hər tərəfini azad görmək arzuları  və istəyi idi. Bu istəyin, bu amalın bətnində, mayasında daim ölməyən bir yüksəliş, qürur və məğlubedilməzlik ruhu yaşayır.
Qoy gələcək nəsillər bu qəhrəmanların igidliyi və cəsarəti qarşısında baş əyib adlarını hörmətlə çəksinlər, xatirələrini ehtiramla ansınlar. Sabahımızın gəncləri igidliyi və cəsarəti bu qəhrəmanlardan öyrənsinlər, onlardan örnək götürsünlər. Bünövrəsi şərəf və cəsarətlə qoyulmuş qəhrəmanlıq yolunu elə şərəflə də davam etdirsinlər. Qəhrəmanlıq tariximizə daha möhtəşəm, daha önəmli səhifələr yazsınlar. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!