07 Dekabr 2023 10:20
478
İQTİSADİYYAT
A- A+
COP 28 Azərbaycan üçün nə ilə yadda qalacaq

COP 28 Azərbaycan üçün nə ilə yadda qalacaq

 

"Yaşıl enerji" bumu ölkəmizə də iqtisadiyyatını şaxələndirməyə imkan verəcək

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin də qatıldığı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkil olunmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci (COP 28) sammitində 140-dan çox ölkənin liderləri iştirak edirlər. Həmçinin 70 mindən çox nümayəndənin, o cümlədən iri biznes və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tədqiqatçılar, ekspertlər və jurnalistlərin iştirakı ilə keçirilən sammit dekabrın 12-dək davam edəcək. 
Sammit çərçivəsində "SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivləri" mövzusunda  keçirilən tədbirdə  Azərbaycanda  ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində görülən işlər, həyata keçirilən proqramlardan ətraflı bəhs olunub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl enerji", "yaşıl kənd təsərrüfatı", habelə təbiətə dost olan texnologiyaların tətbiqi ilə karbon neytrallığının təmin edilməsinin əsas hədəflərdən olduğu diqqətə çatdırılıb. Tədbirdə çıxış edən Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, emissiya intensivliklərinin azaldılmasının, "Sıfır metan", 2050-ci ilə qədər "Xalis sıfır" (Net Zero) hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğunu bildirib. O, bu addımların SOCAR-ın korporativ sosial məsuliyyəti ilə yanaşı, ətraf mühitin mühafizəsi baxımından nümunəvi enerji şirkətinə çevrilməsi istiqamətində atıldığını da vurğulayıb. 
Dünyanın hər yerində olduğu kimi, Azərbaycan da  hər gün iqlim dəyişikliyi ilə bağlı ciddi problemlərlə üzləşir. Ölkənin bəzi yerlərində quraqlıq və su  qıtlığı müşahidə olunur. Bu və digər səbəblərdən torpağın deqradasiyaya uğraması ölkənin təbii ehtiyatlarının  tükənməsinə  səbəb olur. Neft-qaz hasilatı da torpağın deqradasiyasına və suyun çirklənməsinə "kömək" edir. Ona görə də bərpa edilən enerji ekoloji tarazlığın pozulmasını aradan qaldıran önəmli faktor olduğundan alternativ enerji mənbələrindən istifadə gündəlikdə duran ən vacib məsələdir. 
Bu gün alternativ enerji mənbələrindən olan günəş enerjisindən dünyanın bir çox ölkəsində istifadə  edilir. Evlərin damlarına və divarlarına düşən günəş enerjisindən istifadə bu evlərin sakinlərinin illik enerji tələbatını xeyli azaldır. Günəş və istilik enerjisi təmizdir, sadədir və onun bütün formalarının alınması təbii üsullarladır. Onu da deyək ki, Azərbaycanda günəş və külək enerjisindən sistemli şəkildə istifadə edilməsi "yaşıl enerji" konsepsiyasının əsas elementlərindəndir. 
İşğaldan azad olunan ərazilərimizin günəş və külək potensialı həmin ərazilərdə istehsal olunan elektrik enerjisinin digər rayonlara nəql edilməsinə imkan yaradacaq. Məlumat üçün bildirək ki, Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu regionda formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Bölgədə mövcud olan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir. Həmçinin ilkin təhlillərə əsasən, Kəlbəcərdə günlük 3093, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Xüsusilə Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatadək qiymətləndirilir. Bu ərazilərdə 2025-ci ilədək 11 hidroloji, 8 meteoroloji, 1 radiometeoroloji (radar), 4 radioekoloji, 2 hava keyfiyyəti üzrə kompleks avtomatik ölçmə stansiyaları və 1 aerozond stansiyasının quraşdırılması nəzərdə tutulub. Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarında 5 meteoroloji stansiyanın quraşdırılması ilə bağlı tədbirlər görülür. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın qurulması işlərinə başlanılıb.
Təbii ki, bu resurslardan istifadə  etmək üçün iri məbləğdə vəsait tələb olunur. Bunu isə Dünya Bankı yaxşı bilir. COP 28 sammitinin işə başladığı ərəfədə Dünya Bankı Qrupunun (DB)  Bakıda təqdim etdiyi Ölkə İqlim və İnkişaf Hesabatına əsasən deyə bilərik ki,  Azərbaycana 2060-cı ilə qədər davamlı inkişaf və karbonsuzlaşdırma tədbirlərinin həyata keçirilməsi üçün 44 milyard dollar investisiya lazımdır. Dünya Bankının hesabatında deyilir ki, bu xərclərin əhəmiyyətli hissəsi kommersiya və özəl sektorların maliyyələşdirilməsi hesabına təmin edilməlidir. Hesabatda da o da qeyd olunub ki, karbonsuzlaşdırma üzrə öhdəliklərini gücləndirməsinə baxmayaraq, Azərbaycan hələ də öz milli hədəflərinə tam nail ola bilməyib. 2030-cu ilə qədər istixana qazı emissiyaları 1990-cı ildəki səviyyədən 35, 2030-cu ilə qədər isə 40 faiz azalmalıdır. Təsadüfi deyil ki, COP 28 sammitində də "SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivləri" mövzusunda keçirilən tədbirdə Rövşən Nəcəf SOCAR-da ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, həyata keçirilən layihələr, qeyd olunan hədəflər və onlara çatmaq üçün gələcək addımlar, neft-qaz əməliyyatlarında "yaşıl enerji"nin tətbiqi, dekarbonizasiya və enerji keçidi sahəsində strateji məqsədlərə dair ətraflı təqdimat keçirildiyi ilə xatırladıb.
BMT-nin iqlim üzrə COP 28 konfransında inkişaf etməkdə olan ölkələrin liderləri Zirvə görüşü zamanı BMT-nin Baş katibi Antonio Quterreş qazıntı yanacağından bərpaolunan enerji mənbələrinə "ədalətli və dayanıqlı" keçidi təmin edəcək komissiyanın yaradıldığını elan edib. Baş katib xüsusi qeyd edib ki,  "yaşıl" energetika bumu zəngin xammal ehtiyatlarına malik inkişaf etməkdə olan ölkələrə öz iqtisadiyyatlarını şaxələndirmək və transformasiya etmək imkanı verəcək. 
Azərbaycan dünyanın müxtəlif şirkətləri və investorları ilə günəş və külək-elektrik stansiyalarının tikintisinə dair sazişlər və memorandumlar imzalayıb. Onlardan sonuncusu oktyabr ayında SOCAR ilə BƏƏ-nin "Masdar" şirkəti arasında ümumi gücü  1 giqavat olan günəş və külək-elektrik stansiyalarının tikintisinə dairdir. Azərbaycan 2030-cu ilə qədər ümumi enerji balansımızda bərpaolunan enerji mənbələrinin payının artırılması hədəfinə və ya hədəflərinə vaxtından əvvəl nail olmağı planlaşdırır.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Uqandalı hüquqşünas: COP29 dünya üçün böyük töhfələr verə bilər  

11:56
11 Noyabr

Beynəlxalq təşkilatın icraçı direktoru: COP29-un maliyyə probleminin həllinə müsbət təsir edəcəyini düşünürəm  

11:55
11 Noyabr

Macarıstanlı ekspert COP29-a böyük ümidlər bəsləyir

11:54
11 Noyabr

BƏƏ-nin nümayəndəsi: Azərbaycan ev sahibi vəzifəsini çox yaxşı yerinə yetirir  

11:36
11 Noyabr

Braziliyalı iştirakçı: Qonaqpərvərlik ruhu ilə Azərbaycan unudulmaz bir təcrübə yaradır  

11:35
11 Noyabr

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub  

11:34
11 Noyabr

Bakıda COP29-un açılış mərasimi keçirilir  

11:33
11 Noyabr

Cənubi Sudanlı katib: COP29 öz layihələrimizi həyata keçirə bilməyimizdə bizə kömək olacaq  

11:32
11 Noyabr

Kuk Adalarının Baş naziri COP29-da iştirak etmək üçün Azərbaycana gəlib  

11:31
11 Noyabr

Prezident İlham Əliyev Monqolustan Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

11:16
11 Noyabr

Cibuti Qeyri-Kommersiya Təşkilatının nümayəndəsi: İqlim problemlərini təhsil və iqlim fəaliyyəti ilə gündəmə gətirməliyik  

11:15
11 Noyabr

Lucille Apis Overhoff: Biz COP29-dan ölkəmizin gələcək taleyini həll edəcək dəyişikliklər gözləyirik VİDEO  

11:14
11 Noyabr

Cənubi Koreyanın nazir müavini: Azərbaycan COP29 tədbirinə yüksək səviyyədə hazırlaşıb  

11:09
11 Noyabr

Millətlər Birliyi təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib  

11:08
11 Noyabr

Qəmər Adalarının rəsmisi: Ümid edirəm ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün maliyyə məsələsində razılığa gələ biləcəyik  

11:08
11 Noyabr

Medianın İnkişafı Agentliyi SOCAR-ın zavodunda baş verən yanğınla əlaqədar jurnalistlərə müraciət edib  

10:42
11 Noyabr

Kuala Lumpur şəhərinin qubernatoru Azərbaycanda səfərdədir

10:39
11 Noyabr

Dünya birjalarında neft ucuzlaşıb

10:38
11 Noyabr

Lixtenşteyn Knyazlığının Baş naziri Azərbaycanda səfərdədir  

10:38
11 Noyabr

COP29 müddətində H1 və H2 ekspress avtobusları Bakı hava limanı istiqamətində fasiləsiz fəaliyyət göstərəcək  

10:37
11 Noyabr

İraq Prezidentinin Azərbaycana səfəri başlayıb

10:36
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!