05 Dekabr 2023 20:43
461
İDMAN
A- A+

Çingiz Hüseynzadə: İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının iki ildən bir keçirilməsi planlaşdırılır

 

“MOK-un yubileyi ərəfəsində ilk dəfə təşkil olunan festival böyük marağa səbəb olub”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un inzibati binasında təşkil olunan film festivalı ilə bağlı tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.

Festivalın ilk dəfə iki il əvvəl Milli Olimpiya Komitəsinin yubileyi ərəfəsində həyata keçirildiyini xatırladan Ç. Hüseynzadə layihənin uğurlu alındığını bildirib: “Ona görə qərara gəldik ki, İdman Filmləri və Proqramları Milli Televiziya Festivalını yenidən təşkil edək. Festivalın iki ildən bir keçirilməsi planlaşdırılır. Bununla bağlı tərəfdaşlarımıza müraciət etmişik. İlk olaraq “Cüdo klub-2012” İctimai Birliyi ilə müqavilə imzaladıq. Azərbaycan televiziya kanalları və bir sıra tərəfdaşlarla da müqavilələr bağlanacaq. Bu ilin sonunda başlayacaq festivala gələn il yekun vurulacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video