29 Yanvar 2015 12:01
3772
Oxucu məktubları
A- A+
Çöldə quraşdırılan sayğaclara görə məsuliyyəti kim daşıyır?

Çöldə quraşdırılan sayğaclara görə məsuliyyəti kim daşıyır?

 

Əhalinin əksəriyyətini narahat edən bir məsələdən söz açmaq istəyirəm. Bu, elektrik sayğaclarının harada qoyulması ilə bağlıdır. Biz Bərdə rayonunun Alaçadırlı kəndində yaşayırıq. Xeyli əvvəl kənddə köhnə elektrik naqilləri dəyişdirilmiş, yeni sim kabel xətləri çəkilmişdir. Artıq elektrik enerjisinin verilməsindəki fasilələr tamamilə aradan qaldırılmışdır. Kəndimizə gecə-gündüz, fasiləsiz enerji verilir. Bu çox yaxşıdır. Belə rahatlığı bizə bəxş edənlərə minnətdarıq. Amma bir məsələ bizi narahat edir. Elektrik sayğacının çöldə qoyulmasından narazıyıq. Yaşadığımız problem belə deməyə əsas verir. Bu yaxınlarda bir müddət evdə olmadıq. Qayıdıb gələndə dedilər ki, sayğacımızın plombu qırılıb. Buna görə cərimə olunduq. Axı həyətin çölündə olan sayğaca mən necə nəzarət edə bilərəm? Yaxşı olar ki, sayğac həyətin içərisində qoyulsun. Belə olarsa, ona nəzarət etmək mümkündür. Yoxsa həyətin çölündə qoyulan sayğaca yoldan ötən əli dinc durmayanın zərər yetirməsi adi haldır. Hətta belə söz də gəzir ki, plomb qırılması “əməliyyatında” montyorların da barmağı var.

İstəyimiz budur ki, müəyyən edilmiş qaydalara yenidən baxsınlar (əgər elə bir qayda varsa). Kənd yerlərində elektrik sayğaclarının həyətin içəri tərəfində qoyulması daha məqsədəuyğun olar.

 

Ruslan HÜSEYNOV,

Bərdə rayonu, Alaçadırlı kəndi

 

Redaksiyadan:

Problemin aktuallığını nəzərə alaraq başlığa çıxarılmış sualla Bakı Hüquq Mərkəzinə müraciət etdik. Məsələyə hüquqi müstəvidə aydınlıq gətirilməsi ilə bağlı xahişimizə mərkəzin hüquq məsləhətçisi Dünyamin NOVRUZOVUN hazırladığı cavabı diqqətinizə çatdırırıq:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə görə, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.4-cü bəndinə görə, yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına su təchizatı və kanalizasiya müəssisəsi, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır.

Göründüyü kimi, çoxmənzilli binalarda elektrik və su sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmışsa, onda həmin sayğacların, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə müvafiq təchizat müəssisəsi cavabdehlik daşıyır. Eyni qayda, fərdi yaşayış evlərindən kənarda (məsələn, küçədə, evin küçə divarında) quraşdırılmış sayğaclara münasibətdə də tətbiq edilir. Əgər elektrik və su sayğacı mənzildə, fərdi yaşayış evində və həyətyanı sahədə quraşdırılmışsa, onda həmin sayğacın işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına görə istehlakçı cavabdehlik daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabineti qaz sayğacına münasibətdə bir qədər fərqli qayda müəyyənləşdirmişdir. Belə ki, qaz sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7 və 4.8-ci bəndləri).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!