14 Yanvar 2025 12:03
3513
Təhsil
A- A+
Ceyhun Kərəmov: Ağdam, Qubadlı və Zəngilanda peşə təhsili müəssisələrinin layihələndirilməsi ilin ortasında tamamlanacaq  

Ceyhun Kərəmov: Ağdam, Qubadlı və Zəngilanda peşə təhsili müəssisələrinin layihələndirilməsi ilin ortasında tamamlanacaq  

İşğaldan azad edilmiş ərazilərdə peşə təhsili sisteminin qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtması ilə əlaqəli vacib bir addımdır.

AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Füzuli və Şuşada peşə təhsili müəssisələrinin tikinti və yenidənqurma işləri aparılır: “Ağdam, Qubadlı və Zəngilan şəhərlərində peşə təhsili müəssisələrinin layihələndirilməsi ilin ortasında tamamlanacaq. Bu addımlar Qarabağın iqtisadi dirçəlişi və orada yüksəkixtisaslı kadrların hazırlanması üçün əsas baza rolunu oynayacaq”.

Ceyhun Kərəmov peşə təhsilinin inkişafının yalnız təhsil sisteminin deyil, həm də ölkənin iqtisadi və sosial inkişafının əsas elementi olduğunu vurğulayıb: “Bu məqsədlə dövlət, özəl sektor və cəmiyyət arasında mövcud dialoqun davamlı olması, əmək bazarının tələblərinə uyğun təhsil sisteminin qurulması və yeni infrastrukturun istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə atılan addımlar və müzakirələr gələcək uğurların təminatıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!