Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Xəzərin hüququ statusuna dair qəbul edilmiş konvensiyanın bütün üzv dövlətlər tərəfindən ratifikasiya edilməsi və konvensiyanın qüvvəyə minməsi Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskva görüşünün əsas mövzularından biri idi.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
“Xəzəryanı dövlətlərin müxtəlif əməkdaşlıq platformaları mövcuddur. Həmin əməkdaşlıq platformalarından biri də dövlət başçılarının qərarına əsasən təşkil olunan Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclası formatıdır. Həmin qərara uyğun olaraq bu gün ilk görüş keçirilib. Görüş həm məhdud, həm də geniş tərkibdə olub. Xəzər mövzusu ilə bağlı ən müxtəlif məsələlər, bu istiqamətdə atılan addımlar, VI Xəzər Sammitinin qərarlarının icrası, gələcək planlar barədə geniş müzakirələr aparıldı. Görüşün yekunlarına dair birgə bəyanat qəbul edildi”, - deyə nazir bildirib.
C.Bayramov görüş çərçivəsində Xəzərin hüququ statusuna dair qəbul edilmiş konvensiyanın bütün üzv dövlətlər tərəfindən tam ratifikasiya edilməsi və qüvvəyə minməsi məsələsi, digər açıq qalan məsələlər, habelə bu məsələnin həlli üçün atılacaq addımların müzakirə olduğunu bildirib.
“Vacib olan sazişlər sırasında Xəzəryanı dövlətlər arasında orta və düz xətlərin razılaşdırılması, həmin sazişin hazırlanması istiqamətində yüksək səviyyəli işçi qrupunun növbəti görüşünün keçirilməsi də yer alıb və belə görüşün mart ayında Bakı şəhərində təşkil olunması planlaşdırılır”, - deyə nazir qeyd edib.
Azərbaycan XİN başçısı daha sonra vurğulayıb ki, Xəzər mövzusu ilə bağlı olaraq indiyədək 16 müxtəlif saziş qəbul edilib. Həmin sazişlərin 15-nə Azərbaycan Respublikası da qoşulub.
“Eyni zamanda, Xəzəryanı ölkələrin bir sıra digər istiqamətlər üzrə təşəbbüsləri var. Həmin təşəbbüslərlə bağlı növbəti addımlar da razılaşdırılıb. Ən önəmli məsələlər sırasında Xəzərdə ekoloji problemlər və xüsusi olaraq Xəzər dənizinin səviyyəsinin son onilliklər ərzində azalması və bunun çox ciddi narahatlıq doğurmasıdır. Bu mövzu ilə bağlı olaraq VI sammitdə Azərbaycan Prezidenti İlham Əliyev xüsusi işçi qrupunun yaradılması təklifini irəli sürüb. Təklifə uyğun olaraq Azərbaycan tərəfi artıq üzv dövlətlərə bununla bağlı növbəti addımlara dair sənəd layihələri təqdim edib və hazırda həmin sənədlər müzakirə edilir. Yaxın zamanlarda işçi qrupun görüşü təşkil olunacaq”, - deyə nazir diqqətə çatdırıb.
C.Bayramov Xəzərin hüquqi statusuna dair konvensiyada nəzərdə tutulduğu kimi Xəzər dənizinin sülh məkanına çevrilməsi, burada Xəzəryanı dövlətlərin hərbi sahədə atdıqları addımların digər ölkələr üçün məqbul olması, hər hansı bir gərginliyin yaradılmaması kimi məsələlərin də müzakirə mövzusu olduğunu qeyd edib.
“Ümumilikdə bu görüşü çox faydalı hesab edirik. Düşünürük ki, görüşün növbəti addımlara müsbət təsiri olacaq. Bildiyiniz kimi, beynəlxalq genişformatlı tədbirlər çərçivəsində ikitərəfli görüşlər də keçirilir. Gün ərzində səhər saatlarında Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan-Rusiya münasibətləri kontekstində ikitərəfli görüş keçirdik. İndi isə bir qədər əvvəl İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Azərbaycan-İran münasibətləri kontekstində kifayət qədər ətraflı müzakirələrimiz oldu”, - deyə nazir jurnalistlərə bildirib.
Alimlərdən möcüzəvi kəşf: Artıq pəhriz saxlamadan arıqlamaq mümkündür
Gəncə Dövlət Universitetində yenidən qurulan tədris binası istifadəyə verilmişdir
Binəqədi qəsəbəsinin elektrik şəbəkəsi mərhələli şəkildə yenidən qurulacaq
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayıb YENİLƏNİB
Rəsmi məlumat verilmişdir
Unutmayaq ki, ziyarətgahlar həm də tariximizdir
Kürdəmir-Şamaxı yolunun əsaslı təmirə ehtiyacı var
Məhəlləmizdə aparılan yenidənqurma işləri bizi rahatlığa çıxarıb
Əmək yarmarkasında özümə daimi iş yeri tapdım
Qəsəbəmizi evimiz, gəncləri övladlarımız hesab edirik
Üzeyir bəy Hacıbəyli xatirələrdə
Sahibi kimi işıqlıdır, doğmadır
Klassik musiqimizin Müslüm zirvəsi
ABŞ-dən Azərbaycana dəstək
İran nüvə proqramı ilə bağlı danışıqlara hazırdır
Qərbin Cənubi Qafqaz "sevda"sı
COP29-a kölgə salmaq cəhdi mənasızdır
Azərbaycanın xidmət sektoru beynəlxalq platformaya çıxır
İlham Əliyev Xocalını gülüstana çevirir
Antiterror tədbirləri Qarabağ dastanının qızıl səhifəsidir
"Əsrin müqaviləsi"ndən doğan reallıq
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!