08 Dekabr 2024 08:10
916
SİYASƏT
A- A+
Cənubi Qafqaza terror gətirən sənəd

Cənubi Qafqaza terror gətirən sənəd


I Pyotrun ermənilərin Azərbaycan torpaqlarına köçürülməsini  rəsmiləşdirən fərmanından 300 il ötür


Rus çarı I Pyotrun 1724-cü il noyabrın 10-da imzaladığı fərmandan sonra ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasının icrasına başlanılıb. Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi prosesi növbəti əsrlərdə də davam etməklə özü ilə bərabər bəlalar gətirib. 

Ermənilər əsasən müsəlman əhalinin məskunlaşdıqları ərazilərə köçürülür, bununla da əhalinin etnik tərkibini dəyişməyə çalışırdılar. Məskunlaşdıqları torpaqlarla bağlı ərazi iddialarına başlayan ermənilər birgə yaşadıqları müsəlman əhalinin həmin yerlərdən çıxarılması ilə bağlı hər yola əl atırdılar. Elə o dövrdən vəhşi xislətlərini büruzə verirdilər. 

Ermənilərin Azərbaycan ərazilərinə köçürülmə prosesini daha da dərinləşdirən XIX əsrdə imzalanan Türkmənçay sülh müqaviləsi oldu. Saziş əsasında 40 min erməni ölkəmizin müxtəlif ərazilərində məskunlaşdırıldı. Əsrin sonlarına doğru əhalinin milli tərkibində ermənilərin sayı artdı. Erməni əhalisinin artması XX əsrin əvvəllərində müsəlmanlara qarşı sistemli soyqırımı siyasətinin də başlanğıcı oldu. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Respublikasının təşkil edilməsi ilə ermənilərin məqsədlərinin həyata keçirilməsi üçün əlverişli şərait yarandı. Sonrakı mərhələdə ermənilərin xalqımızın başına gətirdiyi müsibətlər, qətliamlar isə təxminən 35 il əvvəlki tarixə dayanır. Qarabağda məskunlaşan ermənilər silahlanaraq azərbaycanlıları ağır işgəncələrə məruz qoydu, torpaqlarını işğal edərək onları doğma yurd-yuvalarından didərgin saldı, illərlə məcburi köçkün həyatına məhkum etdilər. İşğal illərində isə erməni barbarlarının törətdiyi vəhşiliklər bu gün də göz önündədir.


Ermənilərin Xəzəryanı ərazilərə köçürülməsi regiona ciddi bəlalar gətirdi


Ermənilərin Türkiyə və İran ərazisindən planlı şəkildə Qafqaza köçürülməsinin arxiv sənədlərində əks olunmuş dəqiq tarixi olduğunu qeyd edən Milli Məclisin Sədr müavini Musa Qasımlı deyir ki, Rusiya çarı I Pyotr 1724-cü il 10 noyabr tarixdə imzaladığı fərmanla Azərbaycanın Xəzər dənizi sahillərində, Bakı və Dərbənddə, həmçinin digər ərazilərdə ermənilərin məskunlaşdırılmasının rəsmi başlanğıcı qoyuldu. Buna qədər regionda ermənilər olsa da, onlar azərbaycanlıların həyətlərində, təsərrüfatlarında işləyib çalışanlar idi. Belə bir fərmanın verilməsinin bəlli strateji hədəfləri var idi. Düşünülürdü ki, Şimal müharibəsindən sonra çarizm isti dənizlərə çıxmaq strategiyasını həyata keçirəcək və həmin məqsədin yerinə yetirilməsində ermənilər özünəməxsus rol oynayacaq. I Pyotrun fərmanı rəsmi sənəd olsa da, birdən-birə həyata keçirilmədi. "1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay sülh müqavilələrindən sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin daha geniş mərhələsi başlandı. Onların sayı arxiv sənədlərində var və bu sənədləri Rusiya imperiyasının məmurları tərtib ediblər. Ermənilər Azərbaycanın əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqları ərazilərində yerləşdirilirdilər. Bu münbit torpaqlarda onlara hər cür şərait yaradıldı, vergi güzəştləri edildi. Qısa müddətdə azərbaycanlıların hesabına varlandılar və regionda pozucu qüvvəyə çevrildilər", - deyə deputat əlavə edir. 

M.Qasımlı qeyd edir ki, ermənilərin Cənubi Qafqaza köçürülməsinin növbəti mərhələsi 1877-78-ci - Rusiya-Osmanlı müharibəsindən sonrakı illərə aiddir.

Həmin vaxt ermənilər Cənubi Qafqaza gətirilərək Azərbaycan torpaqlarına yerləşdirildilər və XIX əsrin sonlarında da bu proses planlı şəkildə həyata keçirildi. Ermənilərin köçürülməsi ilə regionda demoqrafik şərait tədricən dəyişilməyə başladı. Onlar özləri ilə regiona düşmənçilik gətirdilər. Qısa müddətdə təşkilatlarını yaratdılar və bu təşkilatın proqramında hədəfə çatmağın başlıca yolu kimi terror müəyyənləşdirildi. Ümumi erməni işi üçün vəsaitini əsirgəyən erməniləri belə terror təşkilatları aradan götürürdülər. Özlərini siyasi təşkilat hesab edən bu dəstələrin təməlində terror və zorakılıq dayanırdı. Onun da ilk təzahürü XIX əsrin sonlarında İrəvanda bazar meydanında azərbaycanlılarla toqquşmada özünü göstərdi. Quberniya sənədlərində yazılır ki, müsəlmanlar özlərini təmkinli apardılar və bunun hesabına böyük qırğının qarşısı alındı. Çar Rusiyası ermənilərə nə qədər himayədarlıq etsə də, erməni təşkilatları və kilsəsi çarizmi arxadan vururdular. Çar hökuməti erməni kilsəsinin mülkünü dövlət nəfinə götürmək istəyəndə, erməni təşkilatları terrora keçdilər və bu akt müxtəlif millətlərdən olan məmurlara qarşı törədildi. Erməni terror təşkilatlarının öldürdükləri məmurların içərisində azərbaycanlılar ilə yanaşı, ruslar, gürcülər, yəhudilər, estonlar, latışlar və digər millətlərin nümayəndələri də var idi.

Ermənilərin Xəzəryanı ərazilərə köçürülməsinin regiona ciddi bəlalar gətirdiyini qeyd edən Azərbaycan Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyir ki, bununla regionda etno-milli zəmində qarşıdurmaların əsası qoyulub. Politoloq qeyd edir ki, İran, Türkiyə ərazilərindən ermənilərin Xəzəryanı bölgələrə köçürülməsi regionda yaşayan digər xalqlar üçün də ciddi problemlər yaratmağa başladı: "Nəzərə almaq lazımdır ki, xüsusilə Türkmənçay sülh müqaviləsindən sonra ermənilərin Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülməsi yerli əhaliyə çox böyük bəlalar gətirdi. Bir məqamı xüsusi qeyd etməliyəm ki, ermənilər ərazilərə yerləşməyə başladıqları elə ilk gündən necə qatı şovinist olduqlarını büruzə verməyə başladılar. Onlar təkcə müsəlman əhaliyə qarşı deyil, qeyri-erməni olanlara da nifrət nümayiş etdirir və bunu gizlətmirdilər. Əraziləri müsəlman əhalisindən təmizləyərək orada özlərinin utopik ideyalarını gerçəkləşdirməyə çalışdıqlarını ilk dövrdən göstərirdilər". 

E.Mirbəşiroğlu xatırladır ki, vaxtilə ermənilərin regiona köçürülməsi prosesində iştirak edən Aleksandr Qriboyedov Rusiya çarına məktubunda qeyd edirdi ki, nəbadə ermənilər Rusiya ərazilərinə köçürülsün. Onlar orada bir müddət yaşadıqdan sonra həmin ərazilərə iddia edəcəklər. Yəni ruslar da ermənilərin mahiyyətini yaxşı dərk edirdi. Qafqazşünas tədqiqatçılardan olan Veliçko və Şavrov öz əsərlərində ermənilərin regionda yerli əhaliyə qarşı hansı vəhşilikləri törətdiklərini yazırdılar. Qeyd olunurdu ki, ermənilər hər vasitə ilə regionun müsəlman əhalisini məhv etməyə çalışırdılar. O dərəcədə düşmənçilik edirdilər ki, yerli əhalinin istifadə etdiyi su mənbəyini belə zəhərləyirdilər. Bununla əhali müxtəlif xəstəliklərə tutulur, kütləvi ölüm halları baş verirdi. Beləliklə, ermənilər sonradan köçürüldükləri torpaqlarda yerli əhaliyə qarşı divan tutur, əraziləri təmizləməyə çalışırdılar. 

Professor E.Mirbəşiroğlu deyir ki, ermənilərin ruslara qarşı aşkar düşmənçilik nümayiş etdirdiklərini də xüsusi vurğulamaq lazımdır: "Mənbələrin birində qeyd olunur ki, Gəncə quberniyasının Tərtər kəndi ərazisində rus icması yaşayırmış. Ora erməni həkim göndərilir. O, rus əhalini məqsədli şəkildə müxtəlif xəstəliklərə yoluxduraraq onları məhv etməyə çalışır. Eləcə də regionda yaşayan digər xalqların nümayəndələrinə qarşı bu cür çirkin əməllərdən istifadə edilirdi". 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov qeyd  edir ki, rus çarı I Pyotr Şimal müharibəsi nəticəsində Baltik dənizini ələ keçirərək, öz dili ilə desək, Avropaya pəncərə açdı, eyni zamanda indiki Sankt-Peterburq şəhərinin əsasını qoydu. Bu, təbii ki, Şimal müharibəsi nəticəsində Rusiyaya qəyyum olan dövlətləri, o cümlədən İsveçi darmadağın etdi. Amma rus çarının Xəzər dənizinə də böyük iddiası var idi. "O, 1721-1723-cü illərdə Xəzəryanı bölgələrə hərbi yürüş həyata keçirdi. Beləliklə, Xəzəryanı əraziləri, o cümlədən Bakını işğal etdi. 

I Pyotr Bakını işğal etdikdən sonra 1724-cü il noyabrın 10-da ermənilərin bu ərazilərə köçürülməsi ilə bağlı fərman verdi. Fərmanın mahiyyəti o idi ki, xristian düşüncəli ermənilər Xəzər dənizinin hansı sahil şəhərində məskunlaşmaq istəyirlərsə, onlarla bağlı heç bir yasaq olmamalıdır. Hətta tapşırılmışdı ki,  müsəlmanlar öz ev-eşiklərindən çıxarılıb evləri və torpaq sahələri ermənilərə verilsin. Bu, I Pyotrun ermənilərin Cənubi Qafqazda, o cümlədən Bakıda yerləşdirilməsi ilə bağlı fərmanı oldu". 


Kütləvi qırğınlar, "böyük Ermənistan" xülyası


Sonrakı mərhələdə ermənilərin artıq aşkar soyqırımı siyasəti həyata keçirmələrinə başladığını qeyd edən E.Mirbəşiroğlu bildirir ki, Azərbaycanın yaşayış məntəqələrində yerli əhaliyə qarşı müxtəlif üsullarla qətliamlar törədildi. Ən böyük soyqırımına isə XX əsrin əvvəllərindən başlanıldı. Bu baxımdan 1918-ci ilin mart soyqırımı kütləvi xarakter daşıyır. Erməni silahlı birləşmələri aldıqları dəstək sayəsində Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağda yerli əhaliyə qarşı qanlı terror həyata keçirdi. Beləliklə, Azərbaycan ərazilərinə iddialarını etno-milli zəmində ifadə etməyə başladılar. Süni yaradılmış Dağlıq Qarabağ vilayəti sonradan erməni separatizminin formalaşması üçün zəmin yaratdı. "Ermənilər həmin ərazilər, ümumiyyətlə, Azərbaycanın, Türkiyənin, hətta Gürcüstanın əraziləri hesabına "böyük Ermənistan" yaratmağı qarşılarına məqsəd qoydular. Bu baxımdan ermənilərin Xəzəryanı ərazilərə köçürülməsi ilə böyük bəlaların başlanğıcının təməli qoyuldu", - deyə o əlavə edir.

A.İsgəndərov I Pyotrun vəsiyyətini xatırladır. Onun vəsiyyətində qeyd edilirdi ki, Rusiya o zaman xoşbəxt ola bilər ki, şiə İranı ilə sünni Osmanlı dövləti üz-üzə gətirilsin, aralarında müharibə baş versin, bu iki dövlət zəifləsin və Rusiya Bosfor və Dardanel boğazlarını ələ keçirsin, Konstantinopol paytaxt olsun və isti dənizlərə çıxış əldə edə bilsin. Pyotrun vəfatından sonra onun vəsiyyəti elan olundu. Doğrudan da, həm Çar Rusiyası, həm də Sovet Rusiyası İran və Osmanlı arasındakı münasibətləri kəskinləşdirməklə onları zəiflətmək və Konstantinopolu ələ keçirmək üçün bir neçə dəfə cəhdlər göstərdilər. Amma xoşbəxtlikdən Rusiyanın cəhdi alınmadı.

M.Qasımlı bildirir ki, 1904-1905-ci illər rus-yapon müharibəsində erməni təşkilatları Rusiyanı arxadan vuraraq ona xəyanət etdilər: "1905-1906-cı illərdə erməni təşkilatları İrəvan, Tiflis, Bakı, Yelizavetpol quberniyalarının müxtəlif qəzalarında amansızlıqla qırğınlar törətdilər. Çarizmin sənədlərində yazılırdı ki, erməni təşkilatlarının məqsədi Gədəbəydən Naxçıvana qədər bütün müsəlman kəndlərini boşaltmaq, onların evlərinə xaricdən erməniləri gətirmək və böyük Ermənistan yaratmaqdır. Çarizm tərəfindən ermənilərin köçürülməsinin ağır nəticələrini Çar Rusiyasının hakimiyyət nümayəndələri də etiraf edirdilər. Bununla bağlı çoxlu arxiv sənədləri var. Çar Rusiyası imperatorluğunun İşlər müdirinin müavini Stepan Yaxontov yazırdı ki, biz imperiya ərazisinə erməniləri gətirib doldurmaqla səhv etdik, onlar öz əməlləri ilə daim bizim üçün problem yaradacaqlar. Erməni təşkilatları Çar Rusiyası ərazisində Rusiyanın əleyhinə olan dövlətlərə qarşı təbliğatda iştirak edir, həmin ölkələrdə Rusiyaya qarşı çirkin təbliğat aparırdılar. 

Milli Məclis Sədrinin müavini vurğulayır ki, ermənilərin Cənubi Qafqaza yerləşdirilməsində növbəti mərhələ I Dünya müharibəsi illəri hesab edilə bilər. Bu illərdə təxminən 250 min nəfərdən çox erməni regiona gətirilib. Buna dair həm Çar Rusiyası orqanlarının, həm də erməni xeyriyyə cəmiyyətinin sənədlərində məlumatlar var. Ermənilər I Dünya müharibəsi illərində Şərqi Anadoluda, Rus-Qafqaz cəbhəsi dağıldıqdan sonra Cənubi Azərbaycan ərazisində, İrəvan, Tiflis, Bakı və Yelizavetpol quberniyalarında amansızlıqla kütləvi qırğınlar törədərək, dinc müsəlman-türk əhalini qırıblar. Bunun da zirvə nöqtəsi 1918-ci il 31 Mart soyqırımı olub.

1918-1920-ci illərdə Azərbaycan torpaqlarının təxminən 9 min kvadratkilometr ərazisində Ararat Respublikasının yaradıldığını xatırladan deputat deyir ki, daşnakların hakimiyyətdə olduğu illərdə bu respublikanın ərazisi genişləndirilərək, qısa müddətdə 12 min kvadratkilometrə çatdırılıb: "Ermənilərdən başqa digər bütün millətlər isə vəhşicəsinə qovulub. Onların içərisində azərbaycanlılarla bərabər, ruslar, yəhudilər və kürdlər də olub. Çarizm 1917-ci ilin fevralında süquta uğrayıb yerinə müvəqqəti hökumət gəlsə də, yenə əvvəlki siyasət davam etdirilib. Daşnak Ermənistanın da o siyasəti daha kəskin formada irəliyə aparılıb. Xarici ölkələrdən ermənilərin gətirilməsi sovet dövründə də planlı şəkildə həyata keçirilib. Bununla bağlı rəsmi sənədlər və qərarlar var. Məsələn, 1923-cü ildə İraqdan - Mosuldan 8 min erməni gətirilərək Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə yerləşdirilib. Ermənilərin köçürülməsi işi 1920-30-cu illərdə də davam etdirilib". 


Bu gün Azərbaycan torpaqlarında heç bir erməni separatçısı yoxdur


A.İsgəndərov qeyd edir ki, I Pyotrdan sonra da ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlı II Yekaterinanın arzu və istəkləri olub: "O, hətta Albaniya erməni dövləti yaratmaq fikrinə düşmüşdü. Ona görə də general Zubovu bu ərazilərə göndərərək Çarqrad şəhərinin əsasını qoymağı tapşırmışdı. Amma II Yekaterinanın ölümü hər şeyi yarımçıq qoydu".

Tarixçi vurğulayır ki, ermənilərin bu ərazilərə köçürülməsi I Pyotrun dövründə kütləvi hal ala bilməsə də, 1813-cü və 1828-ci illərdə imzalanan iki müqavilə ilə, xüsusən Türkmənçay sazişinin 15-ci bəndinə görə, ermənilər Azərbaycan torpaqlarında rahat məskunlaşa bilərdilər. O zaman general Lazaryev ermənilərə müraciətdə deyirdi ki, onlara təzə vətən tapıb. Bu təzə vətən isə Naxçıvan, Qarabağ və Qərbi Azərbaycan torpaqlarıdır.

M.Qasımlı bildirir ki, İkinci Dünya müharibəsindən sonra ermənilərin Ermənistana köçürülməsi ilə bağlı rəsmi qərarlar qəbul edilib. 1945-ci ildə Ermənistanda sovet hakimiyyətinin qurulmasının 25 illiyi münasibətilə SSRİ Xalq Komissarları Sovetinin sədri Stalinin imzası ilə bu barədə qərar qəbul edilib. Sonrakı illərdə də belə sənədlər imzalanıb. Bununla bağlı Ermənistan rəhbərliyinin Moskvaya məktubları var. Onlar yazırdılar ki, Ermənistana xaricdən ermənilər gətirilsin. Onlar istəyirdilər ki, Ermənistan ərazisində olan azərbaycanlılar köçürülsün, evlərinə və təsərrüfatlarına xaricdən gələn ermənilər yerləşdirilsin. Həmin plan həyata keçirildi. SSSİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də Ermənsitan SSR-dən azərbaycanıların köçürülməsinə dair qərar qəbul etdi. Həmin sənədə uyğun olaraq azərbaycanlılar planlı şəkildə deportasiya edildi. Bununla bağlı yüzlərlə arxiv sənərdləri var, bu sənədlərdə Ermənistanda hansı şəhərə, hansı rayona, hansı xarici ölkədən nə qədər erməninin köçürülməsinə dair dəqiq məlumatlar öz əksini tapıb. 

Sədr müavini qeyd edir ki, 1950-ci illərdə ermənilərin xaricdən köçürülməsi dayandırılsa da, sonradan Nikita Xruşşov buna icazə verib. Beləliklə, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi davam etdirilib. Bu proses bütün sovet dövrü ərzində baş tutub. "1985-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Karen Dəmirçyan Sovet İttifaqı Mərkəzi Komitəsi katibliyinə bir məktub yazıb. Həmin məktubda xaricdən ermənilərin köçürülməsi təklifi irəli sürülüb. O sənəddə açıq şəkildə qeyd olunurdu ki, sovet dövründə Ermənistan SSR ərazisinə xarici ölkələrdən təqribən 230 min erməni gətirilib. Çar məmuru Nikolay Şavrov isə yazırdı ki, Qafqazda olan 1 milyon 300 min erməninin 1 milyon nəfərinin yerli əhaliyə heç bir aidiyyəti yoxdur, bizim tərəfimizdən köçürülmüşdür. K.Dəmirçyan həmçinin bildirirdi ki, 230 min erməni sovet dövründə Ermənistana gətirilib. 

M.Qasımlı bildirir ki, demoqrafik inkişaf nəzəriyyəsinə əsasən, bu gün Ermənistanda yaşayan 3 milyona yaxın əhalinin, demək olar ki, əksəriyyətinin yerli əhaliyə heç bir aidiyyəti yoxdur: "İndi Ermənistan adlanan ərazinin yerli əhalisi olan azərbaycanlılar sonuncu dəfə 1988-ci ildən sonra öz doğma torpaqlarından vəhşicəsinə deportasiya olunublar. Ermənilər heç vaxt bu regionda qurucu və birləşdirici olmayıb. Onlar Cənubi Qafqazın mədəniyyət yaradan xalqı deyillər, sonradangəlmədirlər və özləri ilə regiona kin-küdurət, qan və terror gətiriblər.

Elşad Mirbəşiroğlu deyir ki, bu gün Prezident İlham Əliyevin strateji baxışları, onun iradəsi, ordumuzun şücaəti, xalqın birliyi sayəsində Azərbaycan tarixi ədaləti bərpa edib. Torpaqlarımız işğalçılardan tam təmizlənib. Bundan sonra ermənilərin xalqımıza qarşı 300 illik soyqırımı siyasətini həyata keçirmək imkanı olmayacaq. Bu məsələ köklü şəkildə həll olunub. Bundan sonra siyasi, diplomatik müstəvidə mövqelərimizi daha da möhkəmləndirəcəyik. Azərbaycan regionda təhlükəsizlik missiyasını öz çiyinlərində daşımaq gücünü də nümayiş etdirir. Beynəlxalq reytinq göstəricilərinə əsasən, Azərbaycan Ordusu 29-cu yerdə qərarlaşıb. Bu, bir daha göstərir ki, Azərbaycan real hərbi gücə malikdir. Bununla yanaşı, iqtisadi, siyasi gücümüz bundan sonrakı mərhələdə xalqımıza qarşı yönələcək istənilən düşmənçilik meyillərinin qarşısını yerində və zamanında ala bilməyə imkan verəcək.

Bəli, 300 illik tarix  də sübut edir ki, ermənilər iddia etdikləri kimi nə bu ərazilərdə əvvəlcədən mövcud olublar, nə də bu torpaqlar onların olub. Çar və sovet Rusiyasının öz planlarını həyata keçirmək məqsədilə başlatdıqları bu köçürülmə prosesi zamanla genişlənərək regionun bəlasına çevrilib. Amma artıq Azərbaycan torpaqlarında heç bir erməni separatçısı yoxdur. 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri ilə Prezident İlham Əliyevin müzəffər komandanlığı sayəsində Azərbaycan Ordusu torpaqlarımızı terrorçulardan təmizləyərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edib. İkiəsrlik tarixdə ilk dövlət başçısıdır ki, tarixi ədaləti bərpa edib. Güclü liderə, orduya malik olan Azərbaycanda bundan sonra heç bir erməni separatçısı, terrorçusu at oynada bilməyəcək. Bunu artıq Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan öz gücü, iradəsi, yürütdüyü müstəqil siyasəti ilə sübut edib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında

01:54
06 İyun

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında

01:53
06 İyun

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!