02 Mart 2024 08:05
596
İQTİSADİYYAT
A- A+
"Cənub qaz dəhlizi" tək qalmayacaq

"Cənub qaz dəhlizi" tək qalmayacaq

 

Azərbaycandan Avropaya "yaşıl enerji" dəhlizi də açılacaq

 

Bu,  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasıdır. Keçən ildən başlayaraq  bu tədbirlə yanaşı, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclası da keçirilir. 
2021-ci ildə koronavirus pandemiyası səbəbindən videformat şəklində keçirilən yeddinci  toplantı istisna olmaqla, qalan iclasların hamısına Azərbaycan evsahibliyi edib. Bu da "Cənub qaz dəhlizi" kimi möhtəşəm layihənin təşəbbüskarının və aparıcı qüvvəsinin Azərbaycan olduğunu bir daha təsdiq edir. Bu, həmçinin dövlətimizin başçısı İlham Əliyevin  dünyadakı nüfuzundan  qaynaqlanan bir reallıqdır.
"Cənub qaz dəhlizi"nin təməli Bakı yaxınlığındakı Səngəçal terminalında 2014-cü il sentyabrın  20-də, "Əsrin müqaviləsi"nin 20 ilinin tam olduğu gün qoyulub. Növbəti ilin əvvəlindən isə  ildə bir dəfə Bakıda toplaşan Məşvərət Şurası görülən və görüləcək işlərin müzakirə edildiyi platformaya çevrilib. Bu baxımdan həmin toplantıların "Cənub qaz dəhlizi"nin gerçəkləşməsində müstəsna rolu olub. 
"Cənub qaz dəhlizi" bir-birinə calanan üç  kəməri - genişləndirilmlş CQBK-nı (Cənubi Qafqaz Boru Kəməri), TANAP-ı (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-ı (Trans-Adriatik Qaz Boru Kəməri) birləşdirən 3500 kilometrlik  ixrac xəttidir. 2018-ci ilin may ayından istifadəyə verilib. Həmin ilin iyun ayından Azərbaycan qazı TANAP-la Türkiyəyə, 2020-ci ilin son günündən isə TAP-la Avropaya çatdırılıb. 
Hazırda Azərbaycan qazı "Cənub qaz dəhlizi" ilə 8 ölkəyə - Gürcüstana, Türkiyəyə, Bolqarıstana, Yunanıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana və Serbiyaya nəql edilir.  
Azərbaycandan  qaz ixrac etmək istəyən ölkələrin sayı getdikcə artır. Bir sözlə, Azərbaycan  artıq etibarlı tərəfdaş kimi  də böyük nüfuz və etibar qazanıb.   
Bunu Prezident İlham Əliyev Bakıda,  Gülüstan sarayında  keçirilən  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında  çıxış edərkən də vurğulayıb.  Dövlətimizin başçısı "Cənub qaz dəhlizi"nin artıq üç ildir fəaliyyət göstərdiyini qeyd edərək onun bir uğur hekayəsi, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biri olduğunu deyib. Prezident "Cənub qaz dəhlizi"nin eyni zamanda  enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsi olduğunu  qeyd edib: "Çünki bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı".
Məşvərət Şurasının keçənilki toplantısından bəri "Cənub qaz dəhlizi"nin salnaməsinə yeni uğurlar yazılıb. Belə ki, Azərbaycan qazına artan tələbat qarşıya bir sıra vəzifələr qoyur. Onlardan biri də ixrac infrastrukturunun şaxələndirilməsidir. Ötən il dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyətə başlaması göstərdi ki, nəzərdə tutulan işlər uğurla gerçəkləşir. İki ölkə arasında bu yeni xəttin tikintisinə 2023-cü  il fevralın 1-də başlanmışdı və tamamlanması da məhz planlaşdırıldığı vaxt - ilin sonunda baş verdi. Bu kəmər Serbiyanın Niş, Dimitrovqrad, Bela Palanka və Pirot kimi mühüm şəhərlərinin enerji təhlükəsizliyini möhkəmləndirəcək. Serbiyanın gələcəkdə 6 və ya 7 LNG terminalından qaz almaq imkanı da olacaq ki, bu da ölkənin ümumi enerji təhlükəsizliyində mühüm rol oynayacaq. 
İnterkonnektorun işə salınmasında Prezident İlham Əliyevin iştirak etməsi  ölkəmizin Avropanın enerji təchizatındakı rolunu, etibarlı tərəfdaş kimi qazandığı hörməti və ümumən Prezidentimizin və dövlətimizin nüfuzunu aydın göstərən daha bir önəmli faktdır.  
Azərbaycanın  enerji siyasətinin növbəti reallığı "yaşıl enerji"nin inkişafı ilə bağlıdır. Ölkəmiz bu sahədə də ön sıralardadır. Artıq bir neçə layihəyə uğurlu start verilib. Keçən il oktyabrın 26-da  Birləşmiş Ərəb Əmirliklərinin " Masdar" şirkətilə tikilən "Qaradağ" Günəş-Elektrik Stansiyası müvəffəqiyyətlə istismara daxil olub. Ölkəmizin geniş bir ərazisi - işğaldan azad olunmuş bölgələrimiz Prezident tərəfindən "yaşıl enerji" zonası elan edilib. Bərpaolunan enerji mənbələri ilə zəngin olan Naxçıvan da həmçinin "yaşıl enerji" zonası elan edilib və burada bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur. 
Hədəf bərpaolunan enerjinin payını ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə 2027-ci ilədək hazırkı 20 faizdən 33 faizə yüksəltməkdir. "Yaşıl dünya naminə həmrəylik ili" bu yolda inamlı və uğurlu addımlar atmağa imkan verir. Bir-birinin ardınca həyata keçirilən məqsədyönlü tədbirlər də bunu göstərir.
Həmin tədbirlər sırasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclasında "SOCAR Green" MMC şirkətinin təsis edilməsi qərarının verilməsi özünə önəmli yer aldı.
Bərpaolunan enerji, "yaşıl hidrogen"in istehsalı, karbonun tutulması, utilizasiyası və saxlanılması kimi layihələrin icrası, ölkə üzrə karbon emissiyasının azaldılması üçün strateji yol xəritələrinin hazırlanmasında müvafiq köməkliyin göstərilməsi şirkətin əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Yeni yaradılan şirkət eyni zamanda qeyd olunan sahələrdə beynəlxalq təcrübələrin öyrənilməsini və ölkəmizdə tətbiqini həyata keçirəcək.
"SOCAR Green" MMC-nin "Masdar" şirkəti ilə birgə "Meqa" layihəsinin ilkin mərhələsində quruda 1 QVt gücündə külək və günəş enerjisi layihələrinin icrası nəzərdə tutulur. "SOCAR Green" MMC tərəfindən həmçinin "ACWA Power", "Masdar" və "Energy China" şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələri gerçəkləşdiriləcək. Eləcə də bp şirkəti ilə birgə "Şəfəq" layihəsi çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə günəş enerjisi layihəsi icra ediləcək.
Azərbaycan Avropaya "yaşıl  enerji" körpüsü salmağı hədəfləyib. Görülən işlər, keçirilən tədbirlər də ölkəmizin inamlı addımlarla bu məqsədə doğru irəlilədiyini göstərir. 2022-ci il dekabrın 17-də imzalanan "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası   qarşıda duran hədəflərdən biridir.
Prezident İlham Əliyev  martın 1-də "Gülüstan" sarayında keçirilən iclasda çıxış edərkən bu məsələyə də toxunaraq deyib: "Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bildiyimiz kimi, biz "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya "yaşıl enerji"nin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq. Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə, bunlar bizim planlardır. Əlbəttə ki, bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq".
Azərbaycanın evsahibliyi edəcəyi COP29 ərəfəsində bu məsələlərin bir daha nəzərdən keçirilməsi xüsusi önəm daşıyır. Beləliklə, "Cənub Qaz Dəhlizi" və "Yaşıl Enerji" məşvərət şuralarının builki  toplantısı məhz qarşıya qoyulan məqsədlərə çatmaq  üçün yolları bir daha dəqiq müəyyənləşdirəcək.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!