11 Sentyabr 2025 08:55
456
İQTİSADİYYAT
A- A+
Cəlilabadlılar ənənələrinə sadiq qalaraq bu ili də uğurla başa çatdıracaqlar

Cəlilabadlılar ənənələrinə sadiq qalaraq bu ili də uğurla başa çatdıracaqlar


Birinci yarımilin sosial-iqtisadi göstəriciləri belə deməyə əsas verir


Cəlilabad iqtisadi cəhətdən inkişaf edir, aparılan quruculuq işləri nəticəsində daha da müasirləşir. 2025-ci ilin birinci yarısında da rayonun sosial-iqtisadi inkişafında  idarə, müəssisə və təşkilatlar tərəfindən davamlı işlər görülmüşdür. 

Bu ilin ilk 6 ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 416 milyon 285,1 min manat olmuş, bunun 40 milyon 465,5 min manatı sənayenin, 261 milyon 917,4 min manatı kənd təsərrüfatı məhsulu istehsalının, 10 milyon 82,4 min manatı tikintinin, 6 milyon 675 min manatı nəqliyyat xidmətinin, 2 milyon 650,3 min manatı informasiya və rabitə xidmətinin, 94 milyon 494,5 min manatı isə ticarət xidmətinin payına düşür.

Kənd təsərrüfatı sahəsində yaxşı nəticələr əldə edilmişdir. Rayon ərazisində keçən ilin payızında cari ilin məhsulu üçün 46 min 980 hektarda buğda, 13 min 450 hektarda arpa, 4 min 590 hektarda vələmir, habelə 7 min 520 hektarda noxud, 600 hektarda mərci, 60 hektarda lərgə, 3 min 100 hektarda kartof, 125 hektarda tərəvəz, 75 hektarda qarğıdalı, 320 hektarda günəbaxan, 120 hektarda şəkər çuğunduru əkilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən 167 min 140 ton buğda, 42 min 335 ton arpa, 11 min 650 ton vələmir, 7 min 901 ton noxud, 660 ton mərci, 69 ton lərgə, 93 min 44 ton kartof, 463 ton tərəvəz, 263 ton qarğıdalı, 18 min 330 ton çiyələk istehsal olunmuşdur. Rayonda kümçülər tərəfindən 170,3 kiloqram barama istehsal edilərək təhvil verilmişdir. 650 hektar çiyələk sahələrində və 1430 hektar üzüm bağlarında məhsul yığımı davam edir.

Rayonun fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bu ilin birinci rübündə 349 ədəd 4 kilovatlıq, 184 ədəd 10 kilovatlıq elektrik dayağı, 496 ədəd izolyator dəyişdirilmiş,  266 ədəd transformator cari təmir olunmuşdur. Günəşli və Komanlı kəndlərinin və Göytəpə şəhərinin Valeh Heydərov küçəsində  elektrik təsərrüfatının yenidən qurulması davam etdirilir. 

 Rayonda əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə Cəlilabad, Göytəpə şəhərlərində və rayonun kəndlərində ümumilikdə 8 min 396 ədəd sayğac yenisi ilə əvəz edilmişdir. Rayon ərazisində 94 abonent üçün yeni sayğac quraşdırılmışdır. Cəlilabad rayonu ərazisidə 2 nəfər qazi evi qazlaşdırılmış, 1431 sayda qazsızma halları aradan qaldırılmışdır. Cəlilabad rayonunun Hacıməmmədli kəndinin qazlaşdırılması üçün küçələrə qaz kəməri çəkilmiş və hazırda tamamlama işləri aparılır. Eyni zamanda "Azəriqaz" İB-nin Təmir-tikinti İdarəsi tərəfindən rayonun Mehdi Hüseyn küçəsindəki dalanlarda qaz kəmərlərinin yenilənməsi və çəkilməsi işləri davam etdirilir.

Əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə şəhər və kəndlərdə ağac dayaqlar dəmir dayaqlarla əvəz edilmiş, hava xətlərində təmir-bərpa işləri aparılmışdır. İlin birinci yarısında 1149 ədəd yeni qoşulma olmuş, internet istifadçilərinin sayı 24 min 391 nəfərə çatdırılmışdır. Cəlilabad  Poçt filialı üzrə 19 poçt şöbəsi fəaliyyət göstərir. Həmin şöbələrdə bank-maliyyə xidmətləri göstərilməsi üçün kompüter quraşdırılaraq sistemə qoşulmuş, poçt şöbələri tərəfindən 1220 min manat enerji pulu, 2 min 155 min manat  qaz pulu və 79 min manat su pulu yığılmış, bu səbəbdən poçt filialı 70,2 min manat gəlir əldə etmişdir.

Birinci yarımildə əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür. Təmir-bərpa və yeni su-kanalizasiya xətlərinin çəkilişi ilə bağlı edilmiş müraciətlərə vaxtında baxılmış, göstərilən ünvanlarda texniki şərt əsasında 86 metr su və kanalizasiya xətləri çəkilmişdir. 

Payızlıq əkin sahələrinin vaxtında suvarılması və fermerlərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən suvarma kanallarının, kollektor-drenajların lildən və kol-kosdan təmizlənməsi, hidrotexniki qurğuların təmir olunması işlərinə başlanılmışdır. Bu il ümumi uzunluğu 376,7 kilometr olan kanal və arxların təmizlənməsi nəzərdə tutulmuşdur.  Qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi üçün Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən kifayət qədər texnika ayrılmışdır. Bu günə kimi 74,9 kilometr uzunluğunda arx və kanallar təmizlənib və yararlı hala salınmışdır. Eyni zamanda su itkisinin qarşısının alınması məqsədilə Muğan kanalının su götürən hissəsində əvvəlki illərdə 3 min 500 metr hissə betonlanmışdır. Cari ildə isə daha 1500 metrlik sahədə bu işlərin görülməsi nəzərdə tutulmuşdur.

Cəlilabad şəhərinin park və xiyabanlarında abadlıq və təmir işləri aparılmışdır. Cəlilabad və Göytəpə şəhərlərində yaşayış binalarının həyətindəki qanunsuz tikililər sökülmüş, binaların həyətlərinə çınqıl döşənmişdir. Binaların ətrafında mövcud olan yaşıllıqlarda budama işləri aparılmış, yararsız hala düşmüş zibil qabları yenisi ilə əvəz edilmişdir. Bir sıra binaların həyətinə və park ətrafına işıqlandırma sistemi çəkilmişdir. 

Rayonda ümumilikdə 12 min 676 nəfər vətəndaş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq" altsistemində iş axtaran və işsiz kimi qeydiyyata alınmışdır. Onlardan 3 min 993 nəfəri qadınlar, 8 min 683 nəfəri isə kişilərdir. Hazırda "Məşğulluq" altsistemində 725 nəfər özünüməşğulluq proqramına cəlb edilməsi üçün növbəyə yazılmışdır. 2025-ci ilin birinci yarısında ümumilikdə 461 nəfər işlə təmin edilmiş, bunlardan 12-si şəhid ailəsinin üzvləri, 18 nəfəri Vətən müharibəsi iştirakçıları, 431 nəfər isə aztəminatlı ailələrin üzvləridir. Bunlardan başqa, 41 nəfər özünüməşğulluq proqramına cəlb edilmişdir. Dövlət fondu torpaqlarından 40 hektarı şəhid və qazi ailələrinin istifadəsinə verilmişdir.

Dövlət Vergi Xidməti və ərazi nümayəndələri ilə birlikdə Dövlət fondu torpaqlarının icarə haqqının yığılması işləri təşkil edilmişdir. Dövlət fondu torpaqlarından istifadəyə görə yaranmış vergi borclarından 2025-ci ildə 121 min manatının aidiyyəti üzrə ödənişi həyata keçirilmişdir.

Ağac əkini və yaşıllıqların suvarılması diqqət mərkəzində saxlanılır. 2025-ci il sentyabrın 1-dək 50 min 915 ədəd ağac və müxtəlif növ kol bitkiləri əkilmişdir. 

Rayon ərazisində inşa edilən qeyri-yaşayış obyektləri Prezident İlham Əliyevin 17 sentyabr 2018-ci il tarixli fərmanına və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğun aparılır. Rayonun Göytəpə şəhərində Heydər Əliyev Fondu tərəfindən 624 şagirdlik, Kövüzbulaq və Musalı kəndlərində 180 şagirdlik tam orta məktəb binalarının tikintisi tamamlanmaq üzrədir. Bundan əlavə, Cəlilabad şəhərində 8 saylı, Günəşli və Uzuntəpə kəndlərində yeni məktəb tikintilərinin ənədləşmə işləri aparılır. 

Bunlardan əlavə, rayonun 9 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 18 kilometr olan Sərhədabad-Əliabad-Kürdlər-Elcanlı-Xanılı-Ağusəm-Cəngan-Soltankənd-Zəhmətabad avtomobil yolunun əsaslı təmirinə başlanılmışdır. Belə ki, Cəlilabad şəhəri ərazisində uzunluğu 6 min 775 metr olan 19 küçənin və Göytəpə şəhəri ərazisində uzunluğu 1499 metr olan 6 küçənin asfaltlanması üçün hazırlıq işləri aparılmışdır. Cəlilabad şəhəri ərazisində asfaltlanması üçün hazırlıq işləri aparılmış küçələrdən 12 adda küçə şəhid ailələrinin yaşadığı küçələrdir. Yaxın günlərdə asfalt örtüyünün vurulmasına başlanacaq. 

Bütün bunlar göstərir ki, cəlilabadlılar ənənələrinə sadiq qalaraq yaşanan 2025-ci ili də yaxşı nəticələrlə başa vuracaqlar.


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!