25 İyun 2017 12:06
2677
Təhsil
A- A+
Cəlilabad Peşə Liseyində 12 ixtisas üzrə kadrlar hazırlanır

Cəlilabad Peşə Liseyində 12 ixtisas üzrə kadrlar hazırlanır

 

Cəlilabad rayonunun Göytəpə kəndində yerləşən peşə liseyi respublikamızda fəaliyyət göstərən ilk belə təhsil ocaqlarındandır. Burada təkcə Cəlilabad üçün deyil, ölkəmizin digər bölgələri, habelə region üçün peşəkar kadrlar hazırlanır. Bu məktəbi bitirən yüzlərlə məzun fədakar əməklərinə görə ad-san qazanmış, dövlət tərəfindən yüksək mükafatlara layiq görülmüşlər.

Bu günlərdə liseyin direktoru Etibar Sadıqovla görüşdük, məktəbin fəaliyyəti ilə tanış olduq. Öyrəndik ki, hazırda burada geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü, meliorasiya işləri maşinisti, kəndlərin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, traktor və avtomobillərin avadanlıqları üzrə elektrik-çilingər, elektrik-qaz qaynaqçısı, kompüter ustası ixtisasları üzrə peşəkarlar hazırlanır. Rayonda pambıq əkilməsini nəzərə alıb bu ildən pambıqçılıq ixtisası üzrə kadr hazırlığına da başlanılmışdır. 2016-2017-ci tədris ili üçün liseyə 220 yeni şagird qəbulu planlaşdırılmış və yerinə yetirilmişdir. Cari tədris ilində şagirdlərin təlim-tərbiyəsi ilə 19 nəfər müəllim, 17 nəfər istehsalat təlimi ustası, 8 nəfər təlimatçı-sürücü məşğul olmuşdur.
Təhsil Nazirliyi ilk peşə təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə liseyə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin verilməsi işini davam etdirmişdir. Bütün bunlar təhsil ocağının maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına, mütəxəssis hazırlığı işində səmərəliliyinin artırılması məqsədinə xidmət edir. Bu məsələ liseyin pedaqoji kollektivinin də daim diqqət mərkəzində olmuşdur. Liseydə 10 ümumtəhsil və 12 ixtisas fənn kabineti, habelə avtomobil quruluşu, avtomobillərin istismarı və traktor laboratoriyaları, çilingərlik və qaynaq işləri üzrə emalatxanalar fəaliyyət göstərir. Yeni yaradılmış kənd təsərrüfatı maşınları laboratoriyaları tədris ili ərzində daha da zənginləşdirilmiş, fənn kabinetləri və sinif otaqları tədris plan və proqramlarının müasir tələblərinə uyğun olaraq yenidən qurulmuş, emalatxana və laboratoriya otaqları günün tələblərinə cavab verəcək səviyyədə təchiz olunmuşdur.
Liseydə müasir tələblərə cavab verən yeni informatika kabineti qurulmuş və Avropa təhsil sistemi çərçivəsində “Müəllim” şəbəkə proqramı ilə yüklənmiş, 21 ədəd kompüter dəsti quraşdırılmış, onların hər biri internet şəbəkəsinə qoşulmuşdur. Şagirdlər bu kabinetdəki kompüterlərdən istifadə etməklə bilik və bacarıq səviyyələrini genişləndirirlər. 5 sinif otağına elektron proyektor və interaktiv qurğular, digər sinif otaqlarına isə yeni marker lövhələr quraşdırılmış, otaqlar müasir mebel dəstləri ilə təchiz edilmişdir. Fizika kabinetinə yeni laboratoriya dəsti, elektrik qaynağı laboratoriyasına isə yeni qaynaq aparatları gətirilmişdir. Şagirdlər laboratoriya və emalatxanalarda işləmək üçün xüsusi geyim dəstləri ilə təmin edilmişlər. Liseyin mütəxəssisləri tərəfindən avtomobillərin quruluşu, onların istismarı və kənd təsərrüfatı maşınları laboratoriyaları zənginləşdirilmiş, yeniləşdirilmiş texniki təlim vasitələri və texnikalar şagirdlərin istifadəsinə verilmişdir ki, bu da onların əl vərdişlərinin formalaşmasına öz müsbət təsirini göstərməkdədir.
Təlimata uyğun olaraq liseyin həyətyanı sahəsində çox mühüm əhəmiyyət kəsb edən fərdi sürücülük üzrə təlim-məşq meydançası - avtodrom daha da genişləndirilmiş, təlimatın tələblərinə cavab verəcək həddə çatdırılmış, orada olan avadanlıqlar və qurğular rənglənmiş, səliqə-sahman işləri aparılmışdır. Avtomobillər üzrə fərdi sürücülük dərslərini keçmək üçün liseyin yük avtomobilləri təmir olunaraq standartlara cavab verəcək səviyyəyə gətirilmişdir.
2016-cı ildə liseyi müxtəlif ixtisaslar üzrə 216 nəfər şagird bitirmişdir. Onlardan 135 nəfəri hərbi xidmətə çağırılmış, 42 nəfəri isə ixtisaslı kadr kimi müxtəlif idarə və müəssisələrdə, özəl sektorda işləmək üçün göndərilmişdir.
Liseyin müəllimlərindən Mirzəağa Əliyev, İlyas Kərimov, Əli Gözəlov, Rasim İbrahimov, Tofiq Şükürov, ustalardan Həsən Həsənov, İqbal Abdullayev, Fətman Əliyev öz bilik və bacaqıqlarını böyük həvəslə gənclərə öyrədirlər. Bu il Təhsil Nazirliyi ilə BMT-nin UNDP layihəsi çərçivəsində Cəlilabadın əmək bazarının tələbləri öyrənilmiş, ilk peşə ixtisası təhsilinin inkişafına dəstək proqramının hazırlanmasına start verilmişdir ki, bu da müasir tələblərə cavab verə bilən ixtisaslı kardların hazırlığının yeni mərhələsindən xəbər verir.
Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında hər gün keçirilən səhər toplantısının mühüm əhəmiyyəti var. Hər səhər liseydə şagird və müəllimlər tərəfindən dövlət himninin oxunması artıq ənənə şəklini almışdır. Məktəbdə Ümumdünya Mülki Müdafiə Günlərinə həsr olunmuş təlimlər, DİN yanında İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və QHT tərəfindən “İnsan alverinin mahiyyəti və formaları” mövzusunda mühazirələr və toplantılar keçirilmişdir. Eləcə də liseydə 20 Yanvara, 26 fevral - Xocalı soyqırımına həsr edilmiş tədbirlərin keçirilməsi şagirdlərin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik tərbiyəsinə öz töhfəsini vermişdir. Burada gənclərin fiziki tərbiyəsinə də böyük diqqət yetirilir. Liseydə 1 idman zalı, gimnastika şəhərciyi, basketbol və futbol meydançaları var. Bu il daxili imkanlar hesabına əsas korpusda bir sahədə müasir tələblərə cavab verən trenajor zalı yaradılıb. Orada 3 ədəd müxtəlif trenajor qurğusu, 1 ədəd qaçış və velotrenajor, 2 ədəd paralel qollar, turnik və digər avadanlıqlar quraşdırılmışdır. Liseydə badminton meydançası da yaradılmışdır. Bu meydança və idman qurğuları şagirdlərin boş vaxtlarının səmərəli keçirmələrinə şərait yaratmaqla bərabər, həm də onların sevimli guşələrinə çevrilmişdir. Cari ildə də il boyu idmanın müxtəlif növləri üzrə liseydə yarışlar olmuş, qaliblər keçici kubok ilə mükafatlandırılmışdır.
Təhsil ocağında çalışan mühəndis-pedaqoji işçilərin mütərəqqi texnologiyalara və müasir təhsil üsullarına yiyələnmələrinə nail olmaq məqsədilə müəllim və ustalar qrafikə əsasən ixtisasartırma kurslarında iştirak edirlər. Son zamanlar təlim-tərbiyə prosesinin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə liseyin elmi-metodik və informasiya təminatı yaxşılaşdırılmış, müasir texnika və texnologiyalara dair dərs vəsaitləri, müxtəlif növ plakat və əyani vasitələr alınmış və texniki fənlər üzrə bir neçə dərsin disklərə köçürülmüş elektron versiyaları əldə olunaraq şagirdlərin istifadəsinə verilmişdir.
Bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, liseyə şagird qəbulu ilbəil çoxaldığından mövcud tədris korpusu bu tələbatı ödəyə bilmir. Hal-hazırda 12 sinif otağı və fənn kabinetləri yataqxana binasının I və II mərtəbəsində yerləşdirilmişdir. Bu da müasir tələblərə uyğun gəlmir.
Liseyin həyətində abadlıq, səliqə-sahman işlərinin aparılması daim nəzarətdə saxlanılır. “Yaz həyəti” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilmiş, liseyin həyətində 300-dən yuxarı müxtəlif növ ağac əkilmiş, geniş yaşıllaşdırma işləri görülmüşdür.

Seyran CAVADOV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!