27 Sentyabr 2024 08:55
1185
CƏMİYYƏT
A- A+
Cəbrayıl - Qayıdışın yeni ünvanı

Cəbrayıl - Qayıdışın yeni ünvanı


"Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək". Prezident İlham Əliyevin bu fikirlərinin reallaşmasının, işğaldan azad olunmuş ərazilərimizdə irimiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsinin, keçmiş məcburi köçkünlərin yurdlarına qayıtmasının hər gün şahidi oluruq.

Yurda qayıdış sevincini yaşamaq Cəbrayıl sakinlərinə də nəsib oldu. Böyük qayıdış proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhəri dünən ilk köçünü qarşıladı. 36 ailə, 117 nəfər uzun illərdir həsrətini çəkdikləri doğma ocaqlarına qayıtdılar.

1993-cü ildə işğal olunan Cəbrayılın Zəfər tariximizdə xüsusi yeri var. Böyük qayıdışımız 2016-cı ilin Aprel döyüşlərində Cəbrayılın Cocuq Mərcanlı kəndinin azad olunması ilə başlayıb. İkinci Qarabağ müharibəsindəki ilk uğurlarımızdan biri məhz Cəbrayıl ilə bağlıdır. Döyüşlərin birinci həftəsində şəhərin azad olunması Vətən müharibəsinin mühüm hadisəsinə çevrildi.

Cəbrayıl şəhəri azadlığına qovuşduqdan sonra məlum oldu ki, şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar yerlə yeksan edilib.

İşğaldan azad olunan bütün ərazilər kimi, Cəbrayılda da bərpa-quruculuq işləri sürətlə davam edir. Cəbrayıl şəhərinin mərkəzində ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi salınıb. Altı kvartaldan ibarət kompleksin inşası sürətlə həyata keçirilir. Burada 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilir. Bu binalarda 712 mənzil olacaq. Onların 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-sinin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur.

Tam təmirli mənzillər mətbəx mebeli, su, qaz və elektrik sayğacları ilə təchiz edilir. Binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunur. Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə verilir.

Keçmiş məcburi köçkünlərin doğma yerlərinə qayıtması ilə yanaşı, bu bölgənin iqtisadi potensialından istifadə edilməsi, orada yaşayan əhalinin məşğulluğunun təmin olunması, həmçinin digər sosial problemlərin həlli də dövlətin diqqət mərkəzindədir. İşğaldan azad edilmiş torpaqlarımız zəngin "yaşıl enerji" istehsal etmək potensialına da malikdir. Tezliklə Cəbrayılda da günəş enerjisi stansiyası tikiləcək.

Əzəli yurdlarına qovuşan cəbrayıllıları qarşıda daha bir xoş gün gözləyir. Prezidentin sərəncamına əsasən, 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra hər il 4 oktyabr - Cəbrayıl Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. 30 ilə yaxın ən ağır sınaqlardan keçən, illərlə məşəqqətlər içərisində yaşayan cəbrayıllılar bu il bayramı öz doğma torpaqlarında keçirəcəklər.

Qarabağ və Şərqi Zəngəzurda nəhəng bərpa-quruculuq işləri davam edir. Qısa müddət ərzində bir çox layihə başa çatdırılıb. İndiyə qədər görülən işlər minlərlə vətəndaşımızın doğma yurdlarına qayıtmasına şərait yaradıb. Artıq 2147 ailə - 8270 nəfər əzəli yurdlarına geri dönüb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 204 ailə (763 nəfər) Şuşa şəhərində, 44 ailə (169 nəfər) Xocalı şəhərində,  36 ailə (117 nəfər) Cəbrayıl şəhərində məskunlaşıb.

Tezliklə bütün keçmiş məcburi köçkünlərin əzəli yurdlarına qovuşmasına şahid olacağıq.


Ü.XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!