08 Yanvar 2024 10:10
557
İQTİSADİYYAT
A- A+
Cəbhədən cəbhəyə

Cəbhədən cəbhəyə

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura artıq qurucu Lider kimi səfər edir

 

2023-cü il sona çatdı. Bizim üçün ötən ilin ən mühüm, ən unudulmaz hadisəsi sözsüz ki, sentyabrın 19-20-də keçirilən 23 saatlıq lokal xarakterli antiterror  tədbiri oldu. Həmin tədbir Qarabağda suverenliyimizi tam və qəti təmin etdi. Azərbaycan  bununla Qarabağdakı qanunsuz separatçı rejimin varlığına birdəfəlik son qoydu.
Oktyabrın 15-i isə Xankəndi şəhərinin mərkəzinə Azərbaycan  bayrağının sancıldığı gün olaraq təqvimə yazıldı. Ali Baş Komandan İlham Əliyevin ucaltdığı bu bayraq Xankəndinin ruhunu qaytardı, görkəminə üç rəng çəkdi.  Xocavənd, Ağdərə və Xocalının Azərbaycanın digər şəhərləri kimi bayrağımıza büründüyü gün də tarixə yazılmış şanlı səhifə kimi hələ on illərlə, yüz illərlə danışılacaq, xatırlanacaq.  Dövlət bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciət edən Ali Baş Komandan demişdir: "Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz inanırdıq ki, bu gün gələcək. Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan  gerbi, Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu qələbə əbədi bizimlə olacaq. Bu qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".
Bəli,  İlham Əliyevin Şərqi Zəngəzur və Qarabağ səfərləri bizim üçün tarix, yaddaş və fəxr etdiyimiz hadisədir. Prezidentin səfərlərini şərtləndirən ən əsas faktor Böyük qayıdışın reallaşması istiqamətində nəzərdə tutulan  layihələrin icrasıdır. Dövlətimizin başçısı ötən üç ildə işğaldan azad edilmiş ərazilərdə onlarla sənaye  və kənd təsərrüfatı obyektinin, infrastruktur layihələrin təməlini qoyub.  Prezidentin Qarabağ və Şərqi Zəngəzura səfərlərinin  mühüm əhəmiyyəti ondan ibarətdir ki, kənd və şəhərlərin  bərpasına  nəzarət edir, görülən işlərlə  yerində tanış olur, tapşırıq və tövsiyələrini verir.  Təbii ki,  üç ildə İlham Əliyevin rəhbərliyi ilə Böyük qayıdış konsepsiyası çərçivəsində xeyli yaşayış evi tikilib, sosial, yol-nəqliyyat, iqtisadi sahələr, infrastruktur, tarixi abidələrimiz bərpa olunub və s. Bunların hamısını sadalamaq sadəcə mümkün deyil. Amma son bir ildə dövlət başçısının Qarabağ və Şərqi Zəngəzura etdiyi səfərləri diqqətə çatdıraraq bu istiqamətdə görülən işlərin bir hissəsini  xatırlatmaq istərdik: 
2023-cü il iyulun 21-də  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun  27 kilometrlik hissəsinin tikintisi ilə tanışlıqdan sonra İlham Əliyev Xocalı rayonunun Çanaqçı və Sığnaq kəndlərində olub. Daha sonra Daşaltı kəndinin yenidən qurulması ilə bağlı işlərə  baş çəkib. Dövlət başçısı bir ay sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Füzuli rayonuna səfər edərək  Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında iştirak edib.  Bu tədbirin  ən önəmli əhəmiyyəti o idi ki, məktəb Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə tikilərək Azərbaycana hədiyyə edilib. İlham Əliyev tədbirdə çıxış edərkən üzünü Özbəkistan Prezidentinə tutub demişdir: "Mən Özbəkistana səfərlərimi böyük səmimiyyətlə xatırlayıram. Göstərilən qonaqpərvərliyi xoş duyğularla xatırlayıram. Həmçinin Qarabağın bərpasında iştiraka görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihədir. Bu, Sizin tərəfinizdən keçmiş köçkünlərə hədiyyə edilən məktəbdir. Biz buna görə çox minnətdarıq. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Tikinti işləri sürətlə gedir. İnşallah bu il birlikdə qeyd edəcəyik".
Keçən il işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində yadda qalan, maraqlı ziyarətlərdən biri də  avqustun 26-da İlham Əliyev və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın Kəlbəcərdəki "Soyuqbulaq" Kiçik Su-Elektrik Stansiyasının, həmçinin "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Çıraq-1" və "Çıraq-2" Kiçik Su-Elektrik stansiyalarının açılışında iştirak etmələri, "İstisu" mineral sudoldurma zavodunun tikintisi və "İstisu" Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanışlıqlarıdır. Hər səfərində yeni obyektin təməlini qoyan Prezident bu dəfə də ənənəsinə sadiq qalıb - Zar kəndinin təməlini qoyub.  Laçında inşa edilən "Mişni" və "Alxaslı" Kiçik Su-Elektrik stansiyalarının açılışında iştirak edən Prezident və xanımı Mehriban Əliyeva  Laçın Beynəlxalq Hava Limanında gedən tikintiyə baş çəkib, görülən işlərlə tanış olublar. Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə maraqlanan Prezident kollektivə tapşırıq və məsləhətlərini verib. Laçında mehmanxana kompleksinin təməlqoyma mərasimi də maraqlı keçib. Dövlət başçısı Laçının sənaye zonasında mebel fabrikinin, "Hocazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı"nın açılışında iştirak edib və  Zabux kəndində görülən işlərlə tanış olub. Kəlbəcər və Laçın səfərinin proqramı Prezidentin gördüyü işlərdən dolayı zəngin keçib. Prezidentin Laçın Şəhəri Günü şənliklərində iştirakı da sakinlər tərəfindən xoş qarşılanıb.
Sentyabrda Cəbrayıl və Zəngilana səfərlər  də  bir çox hadisə ilə  yadda qalıb. İlham Əliyev "Azərişıq" ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəngilan  Konqres Mərkəzi Kompleksinin  açılışını edib, Zəngilan, Alıbəyli  kəndlərinin və şəhərin 2-ci, 3-cü və 4-cü yaşayış komplekslərinin, 160 yerlik uşaq bağçasının  təməlini qoyub, "Cahangirbəyli" Su-Elektrik Stansiyasının açılışında iştirak edib.
Dövlət başçısının oktyabrda Suqovuşana, Ağdərəyə,  Şuşa rayonunun Malibəyli kəndinə, Xocalı rayonunun Əsgəran qəsəbəsinə etdiyi səfərlər zamanı baş tutan  tədbirlərin xoş aurasını Azərbaycan xalqı  oktyabrın 15-16-da yaşadı. Füzuli Şəhəri Günündə iştirak edən Prezident İlham Əliyev Sərsəng su anbarı ərazisində və Əsgəranda bayrağımızı ucaldıb. Bununla bir gün əvvəl Xankəndidə ucaldılan  üçrəngli bayraqla qoşa dalğalanan bu bayraqlar da doğma ünvana qovuşublar. 
8 noyabr... Zəfər günü.  Bu  möhtəşəm qələbəni Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazanıb. Həmin  Zəfər dövlətçilik tariximizin şanlı səhifələrindən biridir. Tarixboyu torpaq itkilərinə məruz qalmışıq, əzəli torpaqlarımızda Ermənistan adlandırılan dövlət qurulub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində bu mənfi tendensiyaya son qoyuldu. Son 200 ilin ən böyük Zəfərini qazandıq. O Zəfər ki, hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyi və tariximizin qəhrəmanlıq səhifəsidir. Zəfər günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Məhz həmin gün Xankəndidə keçirilən hərbi paradı qəbul edən İlham Əliyev bu paradın tarixi əhəmiyyətindən söz açmışdır: "Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin".
O gün Prezident və xanımı Şuşaya da getdilər. Onlar Şuşada 23 binadan ibarət yaşayış kompleksi, həmçinin Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa, Pənahəli xan küçəsində yerləşən bir sıra binada həyata keçiriləcək bərpa-quruculuq  və  "Qızlar gimnaziyası" tarixi abidə binasında aparılacaq işlərlə tanış oldular.  Dövlət başçısı 1 nömrəli tam orta məktəbin və "Yasəmən" hotelinin aşılışında iştirak etdikdən sonra Qarğabazar kəndinin  təməlini qoydu.
İlin sonuncu dekabr ayı da Prezidentin işğaldan azad edilmiş ərazilərə səfərindən dolayı zəngin keçdi. Dekabrın 22-də Xocavənd, Xocalı və Şuşaya səfər edən Prezident Xocavəndin Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində, Xocalının  Naxçıvanlı, Pircamal, Xanabad, Şuşakənd və Dağadağan kəndlərində oldu. Aşağı Gövhərağa və Daşaltı kənd məscidində aparılan işlərlə tanışlıqdan məmnun qaldı.
Hər zaman olduğu kimi Prezident  yenə də doğum gününü iş başında - Ağdamda qeyd etdi. Dekabrın 24-də rayona səfər edən dövlət başçısı Ağdam şəhərində salınacaq  dördüncü və beşinci yaşayış komplekslərinin, mərkəzi parkın, Qiyaslı və Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin təməlini qoydu, "İmarət" kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olduqdan sonra Xaçınçay su anbarının istifadəyə verilməsi mərasimində iştirak etdi.
Azərbaycan xalqı bundan üç gün əvvəl - dekabrın 21-də daha möhtəşəm hadisənin şahidi olmuşdu.  "Qarabaq"la  MOİK futbol klublarının Xankəndi stadionunda qarşılaşması Böyük Zəfərin və antiterror tədbirinin məntiqi sonluğu idi. Sülhə, əmin-amanlığa səsləyən bu sonluğun da təməlini Ali Baş Komandan İlham Əliyev qoydu - həmişə sülh rəmzi sayılan idman yarışmasında topa vurduğu ilk zərbə ilə.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!